|
ALI PEDAQOJI TƏHSILIN INNOVATIV INKIŞAFINDA İNFORMASIYA TEXNOLOGIYALARININ ROLU |
|
|
|
|
dos. İlham Əhmədov tərəfindən yazıldı
|
|
Çərşənbə, 23 İyun 2010 16:08 |
ALI PEDAQOJI TƏHSILIN INNOVATIV INKIŞAFINDA İNFORMASIYA TEXNOLOGIYALARININ ROLU
dos. İlham Əhmədov, ADPU “Kompüter Mərkəzi”nin direktoru,
Bu e-Poçt ünvanı arzuedilməz spamdan qorunulur, görünməsi üçün JavaScript aktiv olmalıdır
1. TƏHSILDƏ INNOVASIYALAR ÖLKƏNIN INNOVATIV INKIŞAFININ ƏSASIDIR Bu gün artıq biz informasiya cəmiyyətinin üzvüyük. Informasiya cəmiyyətinin xarakterik xüsusiyyəti informasiya texnologiyalarının insan həyatının bütün sahələrinə nüfuzu, informasiya sənayesi və biliklərin intensiv inkişaf etməsidir. Informasiya cəmiyyəti IKT-nin inkişafı nəticəsində formalaşan yeni tip cəmiyyətdir, buna biliklər cəmiyyəti də deyilir. Burada insanın rifahının əsas şərti bilik, informasiya və onların səmərəli tətbiqidir. Informasiya cəmiyyəti zaman, məkan və siyasi sərhədləri aşaraq informasiya mübadiləsinə imkan verir. İnformasiya cəmiyyəti tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının iqtisadi inkişafının strateji məqsədi xammala əsaslanan iqtisadiyyatdan yüksək texnologiyalara, innovasiyalara əsaslanan iqtisadiyyata keçiddən ibarətdir. Enerji resurslarının ixracından əldə edilən vəsaitlər qeyri neft sektorunun formalaşmasına, insan kapitalının inkişafına yönəlir. Ölkəmizdə reallaşan «qara qızılı insan kapitalına çevirmək» siyasəti dünyanın müasir inkişafı meyllərinə uyğundur, çünki, bu gün hər hansı ölkənin zənginliyi onun insanlarının təhsil səvviyyəsi ilə ölçülür. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev demişdir: “İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olması, tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik”. Göründüyü kimi strateji kurs zamanın tələbinə uyğundur, indi biz onu reallaşdırmaq yollarını tapmalıyıq. Bu yol təhsildən, ilk növbədə müəllim hazırlığından, pedaqoji təhsil sisteminin inkişafından keçir. Bir çox ölkələr texnoloji inkişafı hədəf seçərək, az zaman kəsiyində intensiv sosial-iqtisadi inkişafa nail ola bilmişlər. Hələ 1997-ci ildə Dünya Bankının proqnoz ssenarisində qeyd edilirdi: ”Təhsil islahatları, təhsil investisiyaları, yeni texnologiyalar yaxın gələcəkdə inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafına güclü təkan verəcək. Rusiya, Çin, Hindistan, İndoneziya, Braziliya kimi ölkələr 2010-2015-ci illərdə dünya qlobal iqtisadiyyatında söz sahiblərinə çevriləcəklər”. Bu proqnozun həyata keçməsinin artıq biz şahidiyik. Cəmiyyətin innovativ inkişaf ideyası bir çox ölkələrin inkişaf strategiyasının əsasının təşkil edir. Ölkənin innovativ inkişafı sənaye əsaslı iqtisadiyyatın biliyə əsaslanan iqtisadiyyata keçidini təmin edir. İnkişaf etmiş ölkələrdə ÜDM artımının 80%-i yeni texnologiya, avadanlıq və istehsalatın təşkili prosesində istifadə edilən innovasiyalar təşkil edir. Bu səbəblərdən müasir dünyada elm, təhsil, innovasiyalar və bunların əsasında yaradılan elmtutumlu məhsullar iqtisadi inkişafın əsas amilləridir. Innovativ məhsulların bu gün dünya bazarında tutumu 2,5 trilyon dollardır. İnkişaf etmiş ölkələrdə innovasiyaların yaradılması və tətbiqi üçün hər il elmi-tədqiqatlara yüz milyardlarla dollar investisiya qoyulur. Təkcə ABŞ-da innovasiyaların yaradılması üçün elmi-tədqiqatlara hər il 148 milyard dollar investisiya qoyulur. İnnovasiya amili İnformasiya Cəmiyyətinə keçidin maraqlı bir xüsusiyyətini aşkar edir: bu gün daha çox elmi informasiya istehsal edən ölkələr yox, bu informasiyadan səmərəli istifadə edən, onları praktikada operativ tətbiq edən ölkələr intensiv inkişaf edir. Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrin innovativ inkişafında bu amil aydın sezilir. Bu gün İnnovasiyalar İnternet vasitəsilə informasiyanın, intellektual tutumlu məhsulun elektron ticarəti olaraq, İC-də intellektual sahibkarlığın mühüm növü kimi qlobal fəaliyyət meydanına çevrilməkdədir.
|
|
Daha Ətraflı...
|
|
|
“FASILƏSIZ PEDAQOJI TƏHSILDƏ ELEKTRON TƏLIM TEXNOLOGIYALARININ TƏTBIQI” mövzusunda elmi-praktik konfrans |
|
|
|
|
Administrator tərəfindən yazıldı
|
|
Çərşənbə, 16 İyun 2010 14:08 |
ELAN
Azərbaycan Dövlət Pedaqoji Universitetində 2010-cu il 18-19 iyunda “FASILƏSIZ PEDAQOJI TƏHSILDƏ ELEKTRON TƏLIM TEXNOLOGIYALARININ TƏTBIQI” mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir.
KONFRANSIN TƏŞKİLATÇILARI:
Azərbaycan Respublikası Təhsil Nazirliyi Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurası,
Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu.
Konfrans öz işini aşağıdakı bölmələrdə həyata keçirəcək:
I BÖLMƏ
Pedaqoji təhsil müəssisələrində elektron təlim texnologiyalarının işlənməsinin və tətbiqinin nəzəri- konseptual və metodoloji problemləri;
II BÖLMƏ
Pedaqoji təhsil müəssisələrində elektron təlim texnologiyalarının istifadə olunmasının pedaqoji– psixoloji problemləri;
III BÖLMƏ
Pedaqoji təhsil müəssisələrində elektron təlim texnologiyalarının istifadə olunmasının texnoloji problemləri;
IV BÖLMƏ
Pedaqoji təhsil müəssisələrində elektron təlim texnologiyalarının istifadə olunmasının metodik problemləri.
NƏŞRLƏR:
Konfransın proqramına daxil ediləcək məruzələr 20 may 2010-cu il tarixindən gec olmayaraq Azərbaycan, rus və ya ingilis dillərindən birində A4 formatlı kağızda çap olunmuş və müəlliflər tərəfindən imzalanmış şəkildə iki nüsxədə, surəti elektron daşıyıcıda olmaqla təşkilat komitəsinə təqdim edilməlidir. Məqalələr Microsoft Office Word 97-2003, Times New Roman, 12 formatında yığılaraq, həcmi 5 səhifədən artıq olmamalıdır (elektron variant
Bu e-Poçt ünvanı arzuedilməz spamdan qorunulur, görünməsi üçün JavaScript aktiv olmalıdır
ünvanına gündərilə bilər). Hər məqaləyə mütləq onun yazılış dilindən fərqli olan iki dildə annotasiya əlavə olunmalıdır.
Təşkilat komitəsi
Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küç.34, otaq 130, telefon 498-89-33,
Bu e-Poçt ünvanı arzuedilməz spamdan qorunulur, görünməsi üçün JavaScript aktiv olmalıdır
|
|
Daha Ətraflı...
|
|
TÜRKDİLLİ UNİVERSİTETLƏR ŞƏBƏKƏSİ |
|
|
|
|
Administrator tərəfindən yazıldı
|
|
Çərşənbə, 16 İyun 2010 13:46 |
|
Bu yaxınlarda Türkiyə Respublikası Elaziq vilayəti “Firat Universiteti”ndə «Qafqaz ölkələri, Türk cumhuriyyətləri və Türkiyə universitetlərinin İnformasiya Sistemləri işbirliyi problemləri ( BSİ-2009) » adlı I Beynəlxalq konfrans keçirilmişdir. Konfransda türkdilli universitetlərdə distant təhsil, universitet informasiya sistemləri və elektron kitabxana sistemlərinin yaradılması və inkişafı, perspektivdə vahid platforma əsasında bu sistemlərin inteqrasiyası və türkdilli universitetlərin vahid informasiya təhsil məkanının yaradılması məsələləri müzakirə edilmişdir. Konfransın işində bizim respublikanın da nümayəndə heyəti iştirak etmişdir. Əməkdaşımız konfransın iştirakçısı - ADPU-nun “Kompüter Mərkəzi»nin direktoru, dos. İlham Əhmədovla konfransın işi barədə söhbət etmişdir.
|
|
Daha Ətraflı...
|
|
|
Administrator tərəfindən yazıldı
|
|
Çərşənbə, 16 İyun 2010 14:45 |
|
Hacettepe Üniversitesi Eğitim Fakültesi ve Azerbaycan Devlet Pedagoji Üniversitesi işbirliğiyle 16 – 18 Mayıs 2010 tarihleri arasında Ankara’da düzenlenen II. Uluslararası Öğretmen Yetiştirme Politikaları ve Sorunları Sempozyumu’nun amacı öğretmen yetiştirme politika, program ve sorunlarını tartışmak ve öğretmenlik mesleğinin geliştirilmesidir. Japon eğitim felsefesini oluşturan şu sözler toplumlar için öğretmenlik mesleğinin ne denli önemli olduğunu açıkça ortaya koymaktadır. “Yetiştirdiği her insanı yeniden kullanabilen toplum, akılcı, uygar, ileri bir toplumdur. Ancak, yetişkin insanlarının en iyilerini öğretmenlik mesleğine seçebilen toplum en güçlü toplumdur.” Toplumun güçlü olması bireyin güçlü olmasıyla orantılıdır. Bireyin güçlü olması ise onun bireysel yeteneklerini kullanabilen, bağımsız karar verebilen, kişiliğini bulmuş, başkalarına bağımlı olmadan yaşayabilen bir kişi olarak yetiştirilmesi ile sağlanabilmektedir. Bu da öğretmen yetiştirmenin ne kadar ciddi bir iş olduğunu göstermektedir. Ayrıca, üniversitelerin temel görevlerinden biri, entelektüel liderliktir ve bu kapsamda, topluma önderlik etme, yol gösterme, tetikleme görevleri bulunmaktadır. Bu sempozyum, üniversitemizin entelektüel liderlik görevinin bir parçası olarak, üniversitelerin birbirleriyle ve toplumla etkileşimlerine katkıda bulunmak hedefiyle de gerçekleştirilmiştir. Uluslararası Öğretmen Yetiştirme Politikaları ve Sorunları Sempozyumu'nda sunulan bildiriler aşağıdaki başlıklar altında yer almaktadır.
|
|
Son Yenilənmə: Çərşənbə, 16 İyun 2010 15:20 |
|
Daha Ətraflı...
|
|
Beynəlxalq əlaqələrin yeni imkanları |
|
|
|
|
Administrator tərəfindən yazıldı
|
|
Çərşənbə, 16 İyun 2010 13:40 |
Beynəlxalq əlaqələrin yeni imkanları
Öz müstəqilliyi yolunda inamla irəliləyən doğma respublikamız təhsil sahəsində də uğurlu islahatlar həyata keçirilməkdədir. Belə bir zamanda digər ali məktəblər kimi bizim təhsil ocağımızda da son illərdə xeyli müsbət işlər görülmüşdür. Onlardan biri də Universitetimizin fəaliyyət sahəsinin genişləndirilməsi, beynəlxalq təhsil məkanına sürətlə inteqrasiya olunması prosesinə qoşulma təşəbbüsləridir. Qeyd edək ki, universitetimizin həyatında son üç ildə bu cür əlaqələr daha da artmaqdadır. Son dövrlərin təcrübəsi onu sübut etməkdədir ki, belə əlaqələrin qurulması tərfdaşlar üçün olduqca faydalı olub, qarşıda duran problemlərin birgə həlli yollarında səmərəli addımlar atılmasına geniş imkanlar açır. Bu baxımdan universitetimizlə qardaş Türkiyə Cümhuriyyətinin Hacettepe Universiteti arasında qurulmuş əlaqələri digər universitetlərimiz üçün bir örnək kimi göstərə bilərik. Məlum olduğu kimi bu əlaqələrin yenicə formalaşmağa başlamışdır. Universitetimizin rektoru AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədovun şəxsi təşəbbüsü və Təhsil Nazirliyimizin dəstəyi ilə baş tutuan bu beynəlxalq əlaqə universitetimizin professor-müəllim heyətinin təcrübə keçmələrinə, qardaş ölkədəki tədris, təlim-tərbiyə sahəsində əldə olunan təcrübə barəsində fikir mübədiləsi aparmalarına, elmi-metodiki nailiyyətlərlə bir-birilərinə məlumat vermələrinə geniş imkanlar açmaqdadır. Xüsusən də indiki şəraitdə bu sahədə hər iki müstəqil dövlətin təhsil qurumlarının birgə fəaliyyətinə, qarşılıqlı anlaşmalarına ciddi ehtiyac vardır. Belə ki elə sahələr vardır ki, bizdən öyrənilməli, elələri də vardır ki, biz qardaş ölkədəki həmkarlarımızdan götürməliyik.
|
|
Daha Ətraflı...
|
|
|
|
|
|
|
Səhifə 1 Sayı 2 |