|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya Fakültəsinin
- Botanika Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya Fakültəsi
- Botanika Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza
- "XOŞ GƏLDİNİZ!" deyirəm.
Biologiya Fakültəsi - Botanika Kafedrasının Web Səhifəsi Sizin
xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları
biology_botany@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Biologiya Fakültəsi - Botanika Kafedrasının Web Səhifəsi Azərbaycanın
ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş
oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Biologiya Fakültəsi - Botanika Kafedrasının Müdiri,
prof. Y.K.Əhmədov
|
|
|
|
|
UNİVERSİTETİN BİOLOGİYA FAKÜLTƏSİ - Botanika Kafedrası
Botanika kafedrası 1930/31-ci tədris ilində yaradılmışdır.
Kafedra yaradıldığı ilk dövrdə prof. A.A.Qrossheym, prof. B.Şutov, dos. S.X.Osmanzadə,
dos. M.Ağamirov, V.M.Hacıyev, Y.M.İsayev kimi yüksək ixtisaslı kadrlarla komplektləşdirilmişdi.
İnstitut fəaliyyətə başlayan vaxtdan Peterburq ali qadınlar kursunu bitirmiş Səlimə
xanım Osmanzadə kafedra ilə əməkdaşlıq etmişdir. 1930-cu illərdə institutda fəaliyyət
göstərən prof. F.A.Rzabəyli biologiyanın aktual məsələlərinə həsr edilmiş 30-dan
artıq əsər yazmışdır. O, həmçinin “Biologiya terminləri lüğəti”, “Ümumi biologiya”
kimi əsərlərin müəllifidir. 1931/32-ci tədris ilində prof. A.A.Qrossheymin ümumi
redaktəsi ilə “Abşeron bitkilərinin təyinedicisi” əsəri yazılmışdır. 1924-30-cu
illərdə kafedrada 4 cildlik “Qafqaz florası”, 1934-36-cı illərdə 3 cildlik “Azərbaycan
florası” əsərləri nəşr etdirilmişdir.
Əməkdar elm xadimi, prof. H.M.Qədirov 1946-cı ildən V.İ.Lenin adına APİ-nin botanika
kafedrasının dosenti, sonralar professoru, 1950-ci ildən 1984-cü ilə qədər fasiləsiz
olaraq həmin kafedranın müdiri işləmişdir.
Prof. H.M.Qədirov 1951-ci ildə V.İ.Lenin adına APİ-nin tədris işləri üzrə direktor
müavini, 1951-54-cü illərdə direktoru işləmişdir. 1954-62-ci illərdə isə APİ-nin
tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.
H.M.Qədirov akademik A.A.Qrossheym kimi dünya şöhrəti qazanmış görkəmli alimlərlə
birlikdə dəfələrlə botanika üzrə ekspedisiyalarda iştirak etməklə, respublikamızın
Böyük Qafqaz, Kiçik Qafqaz, Talış, Kür-Araz ovalığı və s. ərazilərinin zəngin florasının
öyrənilib xalq təsərrüfatının müxtəlif sahələri üçün dəyərli fond yaradılmasında
gərgin əmək sərf etmişdir.
Həmin tədqiqatın nəticələri prof. H.M.Qədirovun 100-ə qədər elmi işində, o cümlədən
16 adda kitabda öz əksini tapmışdır. Bununla yanaşı H.M.Qədirov “Azərbaycan florası”
/1,5,6,7-ci cildlər/ və “Abşeronun yaşıllaşdırılması” kimi qiymətli monoqrafik əsərlərin
müəlliflərindən biridir. Prof. H.M.Qədirov tərəfindən ali məktəb tələbələri üçün
“Bitki coğrafiyası”, “Bitki coğrafiyasından laborator məşgələləri”, “Ali bitkilərin
sistematikasından laborator məşğələləri”, “Sərbəstləçəkli ikiləpəlilər”, “Bitişikləçəkli
ikiləpəli və birləpəlilər”, “Ali bitkilərin sistematikası” adlı tədris kitabları
nəşr olunmuşdur.
Kafedrada 6 namizədlik dissertasiyası müdafiə edilmişdir. Kafedra əməkdaşları tərəfindən
40-dan artıq dərslik və dərs vəsaitləri (H.Qədirov və Q.Əliyev “Bitki coğrafiyası”,
Ə.İsayev və T.Əliyev “Torpaq coğrafiyasından laborator məşğələləri”, Ə. Salamzadə,
Q.Əliyev, Y.Ağayeva “İbtidai bitkilər sistematikasından laborator məşğələləri”,
Y.Əhmədov “Bitki fiziologiyasından praktikum”, “Mikrobiologiyanın əsasları ilə bitki
fiziologiyasından laborator məşğələləri”, M.Atakişiyev və T.Əliyev “Kənd təsərrüfat
əsaslarından laborator məşğələləri” T.Əliyev və F.Əliyeva “Sitologiyadan praktikum”
M.Atakişiyev, T.Əliyev, Y.Əhmədov “Bitki ekologiyasının əsasları ilə botanikadan
laborator məşgələləri”, Y.Əhmədov, T.Əliyev “Botanikadan laborator məşğələləri”
və s.) yazılmışdır.
Kafedranın əməkdaşı O.Cərrahova tərəfindən “Şuşa xaşası” adlı yeni bitki növü tapılmışdır.
Hazırda kafedra Rusiya EA Botanika və Bitki Fiziologiyası İnstitutları, AMEA Botanika,
Mikrobiologiya, Genetika və Seleksiya İnstitutları, həmçinin Humboltd adına Berlin
Universiteti ilə (prof.Y.K.Əhmədov həmin universitetdə stajirovka keçmişdir) elmi
əməkdaşlıq edir. Kafedra əməkdaşları beynəlxalq, respublika və ümumi institut konfranslarında
elmi məruzələrlə çıxış edirlər.
Prof. Y.K. Əhmədov Sankt-Peterburq şəhərində çağırılan bitki fiziologiyası fənninin
tədrisi problemlərinə həsr olunmuş elmi konfransda, Moskva şəhərində keçirilmiş
“Yeni qeyri ənənəvi bitkilər və onlardan istifadə perspektivləri” adlı IV beynəlxalq
simpoziumda, “Bitkilərin böyümə və inkişafının tənzimləyiciləri” adlı beşinci və
altıncı beynəlxalq konfranslarda, Ukraynanın Kiyev şəhərində “Fotosintez və onun
məhsulları” adlı beynəlxalq konfransda, Türkiyənin Malatya şəhərində XVI ulusal
bioloji konqresdə məruzələrlə çıxış etmişdir.
Prof. Y.K.Əhmədov və dos. Q.H.Əliyev Alma-Ata şəhərində çağırılmış Ümumittifaq Botanika
qurultayına nümayəndə seçilərək, orada məruzələrlə çıxış etmişlər.
Kafedrada bitki aləminin mühafizəsi, dəyişdirilməsi və ondan səmərəli istifadə olunması
istiqamətində elmi tədqiqat işləri aparılır.
Aparılan tədqiqat işlərində əsas məqsəd yeni bitki növlərinin aşkara çıxarılması,
fizioloji aktiv maddələrin bitki orqanizmində böyümə, inkişaf və məhsuldarlığa təsirinin
öyrənilməsi, həmçinin həmin maddələrin optimal dozalarının təyin edilməsindən ibarətdir.
Kafedra dəfələrlə aparıcı müəssisə kimi dissertasiyalara rəylər vermiş, kafedra
üzvlərindən prof. Y.K.Əhmədov, dos. M.Ə.Atakişiyev, dos. T.Ə.Əliyev, dos. Q.H.Əliyev
rəsmi opponent və rəyçi kimi müdafiələrdə iştirak etmişdir. Prof. Y.K.Əhmədov ixtisaslaşdırılmış
Müdafiə Şuralarının üzvü olmuşdur.
1984-cü ildən hal-hazıra kimi kafedraya prof. Y.K.Əhmədov rəhbərlik edir.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|