|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya Fakültəsinin Web
Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya Fakültəsinin
Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Biologiya Fakültəsinin Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi
düşündürən məsələləri, sualları biology@aspu.az elektron poçt ünvanı
ilə bizə çatdıra bilərsiniz.
Biologiya Fakültəsinin Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan
tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Biologiya Fakültəsinin Dekanı,
dos.Ə.M.Məhərrəmov
|
|
|
|
|
Ali Pedaqoji İnstitut yaradılarkən burada təşkil edilən üç şöbədən
biri təbiyyat-coğrafiya idi.
İnstitut 1926/27-ci dərs ilində Bakı Dövlət Universitetinin tərkibinə verildiyindən
təbiyyat-coğrafiya şöbəsi öz fəaliyyətini müvəqqəti dayandırdı.
Müstəqil ali təhsil müəssisəsi kimi Pedaqoji İnstitut yenidən təşkil olunanda (1930)
onun əsas fakültələrindən biri təbiyyat-kimya idi.
1945-ci ilin ikinci yarısında fakültənin adında və strukturunda əsaslı dəyişikliklər
edildi. Təbiyyat-kimya fakültəsi 1968-cı ilin sonunda iki müstəqil fakültəyə bölündü:
biologiya və kimya.
Biologiya fakültəsinə R.Z.Qafarova (1968-81), kimya fakültəsinə isə prof. R.Y.Əliyev
(1968-1971), prof. R.Ə.Əbdürrəhimov (1971-1976), dos. T.Ə.Ağdamski (1976-1978) rəhbərlik
etdilər.
1981/82-ci tədris ilində bu iki fakültə əsasında yenidən kimya-biologiya fakültəsi
yaradıldı. Əməkdar elm xadimi, prof. R.Z.Qafarova ömrünün sonuna (1997) kimi fakültənin
dekanı vəzifəsində çalışdı. 1997-ci ilin oktyabr ayının 15-dən 2002-ci il may ayının
20-dək fakültəyə kimya elmləri doktoru (1999-cu ildən) Ə.N.Qurbanov rəhbərlik etdi.
2002-ci ilin may ayının 20-dən kimya-biologiya fakültəsi ayrılaraq, iki müstəqil
fakültəyə bölündü: biologiya və kimya. 2002-ci ilin may ayının 20-dən okytabr ayının
8-dək biologiya fakültəsinə tədris hissəsinin müdiri, dekan əvəzi, dos.V.S.Həsənov
rəhbərlik etdi. 2002-ci ilin oktyabr ayının 8-dən biologiya fakültəsinə dos.Ə.M.Məhərrəmov
rəhbərlik edir.
Fakültənin nəzdində beş kafedra-botanika, zoologiya, insan və heyvan fiziologiyası,
biologiyanın tədrisi metodikası, habelə bir ümumuniversitet kafedrası (tibbi biliklərin
əsasları) fəaliyyət göstərir.
Ötən dövrlərdə fakültə biologiya əlavə kimya, kimya əlavə biologiya, kimya və pedaqogika
(bir qəbul) ixtisasları üzrə kadr hazırlamışdır.
Hal-hazırda fakültədə 2 ixtisas üzrə (biologiya, biologiya-gigiyena) yüksək ixtisaslı
müəllim hazırlanır.
Yaradıcı Kollektiv
|
|
|
|
|
İnsan və heyvan fiziologiyası Kafedrası
"Human
and Animal Physiology Department Page"
Zoologiya Kafedrası
"Zoology
Department Page"
Botanika Kafedrası
"Botany
Department Page"
Tibbi biliklərin əsasları Kafedrası
"Medicine
Department Page"
Biologiyanın Tədrisi Metodikası Kafedrası
"Biology
Methodology Department Page"
Əməkdaşlar
"Personals
Page"
Elmi Əsərlər və Məqalələr
"Publications
Page"
Məzunlar
"Graduates
Page"
|
|
|
|
|
|
|
|
|