Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksBiologiya >> Tibbi biliklərin əsasları Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN BİOLOGİYA FAKÜLTƏSİ - Tibbi biliklərin əsasları Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya Fakültəsinin - Tibbi biliklərin əsasları Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya Fakültəsi - Tibbi biliklərin əsasları Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Biologiya Fakültəsi - Tibbi biliklərin əsasları Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları biology_medicine@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Biologiya Fakültəsi - Tibbi biliklərin əsasları Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Biologiya Fakültəsi - Tibbi biliklərin əsasları Kafedrasının Müdiri,
professor T.Ə.Feyzullayeva
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN BİOLOGİYA FAKÜLTƏSİ - Tibbi biliklərin əsasları Kafedrası 
Kafedrada 19 nəfər – 2 professor (Y.K.Əhmədov, M.Ə.Salmanov), 7 dosent (M.Ə.Atakişiyev, T.Ə.Əliyev, F.Ə.Əliyeva, O.C.Cərrahova, F.R.Feyzullayeva, F.S.Cəfərova, K.Q.Əfəndiyeva), 4 elmlər namizədi, baş müəllim (X.Ə.Vəliyeva, O.A.Tağıyeva, X.S.İsmayılova, A.Ə.Yusifova), 6 müəllim (G.A.İsmayılova, K.A.Məmmədova, Z.R.Sultanova, D.O.Sadıqova, F.Ə.Kərimov, S.M.Cəbrayılzadə) fəaliyyət göstərir.
Kafedra 1971-ci ildə “Məktəb gigiyenası” adı altında yaradılmışdır. Onun ilk müdiri dos. İ.M.Süleymanov olmuşdur.
İnstitutda 1967-ci ildə tibb bacıları hazırlıq kursu təşkil olunmuşdu. Onun rəhbəri N.Rəhimxanov idi.
Əməkdar həkim, polkovnik İ.M.Sadıqovun rəhbərliyi altında 1975-ci ildə mülki müdafiə və tibbi hazırlıq kafedrası yaradılmış və bu adla 1991-ci ilə kimi fəaliyyət göstərmişdir.
Yeni tədris proqramlarına keçilməsi ilə əlaqədar məktəb gigiyenası ilə mülki müdafiə və tibbi hazırlıq kafedraları birləşdirilərək “Tibbi biliklərin əsasları” şəklində formalaşdırılmışdır. Birləşmiş kafedraya prof. T.Ə.Feyzullayeva rəhbərlik edir.
Kafedranın əməkdaşları universitetin bütün fakültələrində mülki müdafiə və tibbi biliklərin əsasları, idman – təbabəti və müalicəvi idman, pediatriyanın və məktəbəqədər yaşlı uşaqların gigiyenasının əsasları, defektologiyanın əsasları, ümumi patologiya, qulaq, burun, boğaz, orqanlarının anatomik-fizioloji xüsusiyyətləri və xəstəlikləri, ümumi gigiyenanın əsasları, məktəb gigiyenası fənlərini tədris edirlər.
Son illərdə “Tibbi biliklərin əsasları və uşaqların sağlamlığının dinc və fövqəladə şəraitdə mühafizəsi” mövzusu üzrə metodik göstərişlər hazırlanıb nəşr olunmuşdur.
Eləcə də aparılmış elmi-tədqiqat işləri üzrə 2 monoqrafiya, 5 dərs vəsaiti, 22 metodik göstəriş, 270-dən çox elmi məqalə işıq üzü görmüşdür. “Şagirdlərin orqanizminin tədris və fiziki yüklərə uyğunlaşması” (prof. T.Ə.Feyzullayeva, akademiklər A.X.Xripkova və M.V.Antropovanın redaktorluğu ilə) və “Məktəbəqədər yaşlı uşaqların orqanizmində əsas fizioloji sistemlərin morfo-funksional yetişməsi” monoqrafiyaları Moskvada çapdan çıxmışdır (1983). Birinci kitab YUNESKO xətti ilə ispan dilinə təcrümə edilmişdir.
Kafedranın əməkdaşları keçmiş Ümummittifaq (Moskva, Leninqrad, Xarkov, Odessa, Stavropol və başqa şəhərlərdə) və respublika elmi konfranslarında məruzələr oxumuşlar.
Elmi-tədqiqat işlərinin aparılması ilə yanaşı kafedrada dərs vəsaitləri də nəşr olunub: “Məktəb gigiyenası üzrə mühazirə mətnləri” (İ.M.Süleymanov, Ş.B.Əliyeva və T.Ə.Feyzullayeva), “Pediatriyanın və məktəbəqədər yaşlı uşaqların gigiyenasının əsasları” (T.Ə.Feyzullayeva), “Mülki Müdafiə və tibbi biliklərin əsasları “ (T.Ə.Feyzullayeva, S.Ələkbərova, F.Məmmədova) və s. göstərmək olar.
Kafedranın lazımi əyani vasitələrlə təchiz edilmiş 2 ixtisaslaşdırılmış auditoriyası var.
Kafedranın əməkdaşları “Məktəblilərin sağlamlığı və təlim tərbiyənin aktual prinsipləri”, “Həyat fəaliyyətinin təhlükəsizliyi” məsələləri üzrə tədqiqatlar aparır və bir çox ali təhsil ocaqlarının müvafiq kafedraları ilə sıx elmi-metodik əlaqələr saxlayırlar.
Hazırda 22 nəfər (1 elmlər namizədi, professor; 2 elmlər namizədi, dosent; 19 baş müəllim) – professor T.Ə.Feyzullayeva (kafedra müdiri), dosentlər – Ş.Əliyeva, S.Ələkbərova, baş müəllimlər: F.Rəhimova, Z.Quliyeva, L.Mürsəlbəyova, R.Məmmədova, N.Mirzəyev, A.Abdinova, R.Xəlilova, F.Hüseynova, N.Mirsalayeva, T.Abbasova, S.Hüseynova, X.Quliyeva, Ə.Zülfüqarova, F.Məmmədova, R.Atakişiyeva, G.Əzimova, S.Bəbirova, N.Nağıyeva, R.Əkbərova çalışırlar.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  BİOLOGİYA FAKÜLTƏSİ - Tibbi biliklərin əsasları Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksBiologiya >> Tibbi biliklərin əsasları Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center