|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya Fakültəsinin
- Biologiyanın Tədrisi Metodikası Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya Fakültəsi
- Biologiyanın Tədrisi Metodikası Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza
- "XOŞ GƏLDİNİZ!" deyirəm.
Biologiya Fakültəsi - Biologiyanın Tədrisi Metodikası Kafedrasının Web Səhifəsi Sizin
xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları
biology_methodology@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Biologiya Fakültəsi - Biologiyanın Tədrisi Metodikası Kafedrasının Web Səhifəsi Azərbaycanın
ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş
oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Biologiya Fakültəsi - Biologiyanın Tədrisi Metodikası Kafedrasının Müdiri,
professor Ə.M.Hüseynov
|
|
|
|
|
UNİVERSİTETİN BİOLOGİYA FAKÜLTƏSİ - Biologiyanın Tədrisi
Metodikası Kafedrası
Universitetimizdə ilk dəfə 1941-ci ildə fənlərin tədrisi metodikası
kafedrası yaradılmışdır.
Onun ilk müdiri dosent (sonra akademik) M.Mehdizadə olmuşdur. Əvvəlcə hər fənnin
metodikasına dair ayrıca kurslar təşkil olunmuş, sonra müxtəlif ixtisas fakültələrinin
tərkibinə verilmişdir.
1945-1946-cı illərdə BTM ixtisası zoologiya kafedrasına verilmişdir (müdiri, prof.
Z.M.Şahtaxtinskaya idi). 1969-cu ildə yaradılan müstəqil kafedraya dos. F.c.Əliyev
(1969-1982) müdir seçilmişdir. Sonralar ardıcıllıqla prof. Ə.Ə.Salahov (1982-1988)
və dos. T.M.Rüstəmov (1988-1998) kafedra müdiri seçilmişdir.
1998-ci ildən kafedraya dos. (sonra professor) Ə.M.Hüseynov rəhbərlik edir. Kafedra
əməkdaşları BTM-in, təbiətşünaslığın, ətraf aləmlə tanışlığın tədrisi metodikası,
təbiətşünaslığın əsasları, entomologiya və bitkilərin mühafizəsi, təbiətin mühafizəsi
fənlərindən mühazirələr oxuyur. Kafedrada ixtisaslaşmış laboratoriya fəaliyyət göstərir.
Orada ayrı-ayrı fənlərin tədrisinə aid praktik işlər aparılır.
Kafedrada təcrübəli müəllim və laborantlar fəaliyyət göstərir. Ə.M.Hüseynov 2003-cü
ildə «Orta məktəbdə biologiya tədrisinin nəzəri və metodik əsasları» mövzusunda
dissertasiya müdafiə edərək, pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır.
Kafedra əməkdaşlarının kifayət qədər dərslik, dərs vəsaitləri, elmi və metodik məqalələri
nəşr olunmuşdur. F.C.Əliyevin «Biologiya tədrisi üsulu praktikumu» (1976), Ə.Ə.Salahovun
«Biologiya tədrisinin ümumi metodikası» (1984). «Zoologiya tədrisinin ölkəşünaslıq
materialları ilə əlaqələndirilməsi» (1979), Ə.M.Hüseynovun III, IV, V siniflər üçün
«Təbiətşünaslıq» (1985-2006), «Botanika» V sinif (1985), VI sinif üçün «Təbiyyat»
eksperimental dərsliyi (1991), III, IV siiflər üçün «Həyat bilgisi» (2006), Ali
məktəb tələbələri üçün «Təbiətşünaslığın tədrisinin ümumi metodikası» (2001), «Biologiya
tədrisi metodikasından mühazirələr», (1998), «Biologiya tədrisinin ümumi metodikası»,
(Ə.M.Məhərrəmovla birgə) (2003), «Orta məktəbdə biologiya tədrisinin nəzəri və metodik
əsasları» (2000), Ə.M.Məhərrəmovun «Azərbaycanda Ali Pedaqoji təhsilin inkişaf tarixindən»
(1998), Ə.M.Məhərrəmov, H.Hacıyeva «Ətraf aləmlə tanışlıq» (2004), H.Hacıyevanın
«Heydər Əliyevin iqtisadi baxışlarından biologiya tədrisində istifadə» (1998), «Uşaq
anatomiya və fiziologiyası» (1998), «Tibbi biliklərin əsasları» (2000, 2004), A.Şahmurovanın
«Zoologiya kursu üzrə təcrübələrin qoyulması» (1997), R.İ.Quliyevin «Biologiya kursunun
insan və onun sağlamlığı bölməsinin tədrisində anatomik və morfoloji anlayışların
formalaşdırılması» (1994), Ə.Hüseynovla birlikdə «Təbiətşünaslığın tədrisinin ümumi
metodikası» (2001), Ə.Hüseynov və T.Abdullayevanın «Biologiyadan məsələlərin həlli»
(2004), H.Hacıyeva və T.Abdullayevanın «Biologiyadan laboratoriya və praktik işlərin
fəal təlim metodları ilə təşkili» (VI-VII siniflərdə, 2004), G.Hacıyevanın «Biologiyadan
praktik vəsait» (2006) adlı dərslik və dərs vəsaitləri tələbələrimizin istifadəsində
olan dəyərli mənbələrdir.
Kafedra əməkdaşları Azərbaycan Müəllimlər İnstitutu, Təhsil Problemləri İnstitutu,
Amerika Bioqrafiya İnstitutu, İngiltərənin Kembric Universiteti, Türkiyə və Rusiya
Universitetləri ilə əlaqə saxlayırlar.
Ə.M.Hüseynovun 1998-ci ildə Kembric Universitetinin buraxdığı «Kim-kimdir» ensiklopediyasında
ingilis dilində tərcümeyi-halı nəşr olunmuşdur. O, «Beynəlxalq biologiya cəmiyyəti»nin
diplomunu almış, «Qızıl medal və «Qızıl ulduz» medalına layiq görülmüş, Amerika
bioqrafiya institutunun «Qızıl heykəl» mükafatı ilə təltif olunmuşdur (1999). O,
1993-cü ildə isə akademik X.Məmmədov adına, 1996-cı ildə isə Təhsil Nazirliyinin
təsis etdiyi mükafata layiq bilinmişdir.
Kafedrada 1 professor Ə.M.Hüseynov, 5 dosent Ə.M.Məhərrəmov (fakültə dekanı), Ə.M.Hacıyeva,
Ə.M.Quliyeva, H.M.Hacıyeva, İ.H.İbrahimova, elmlər namizədləri: S.A.Ələkbərova,
T.Q.Abdullayeva, İ.M.Kazımov, G.N.Hacıyeva, E.Ə.Hacıbəyova, baş müəllim R.İ.Quliyev,
müəllimlər: N.N.Əliyeva, A.Ş.Mirzəzadə fəaliyyət göstərirlər.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|