Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksBiologiya >> Zoologiya Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN BİOLOGİYA FAKÜLTƏSİ - Zoologiya Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya Fakültəsinin - Zoologiya Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya Fakültəsi - Zoologiya Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Biologiya Fakültəsi - Zoologiya Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları biology_zoology@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Biologiya Fakültəsi - Zoologiya Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Biologiya Fakültəsi - Zoologiya Kafedrasının Müdiri,
Prof. B.İ.Ağayev
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN BİOLOGİYA FAKÜLTƏSİ - Zoologiya Kafedrası 
Zoologiya kafedrası 1930-cu ildə yaradılmış və onun müdiri vəzifəsinə professor F.Ə.Rzabəyli təyin olunmuşdur.
Kafedraya 1932-1936-cı illərdə prof. V.S.Yelpatevski, 1936-1937-ci illərdə S.Y. Veysiq rəhbərlik etmişlər.
1937-1977-ci illərdə kafedraya əməkdar elm xadimi, biologiya elmləri doktoru prof. Z.M.Şaxtaxtinskaya rəhbərlik etmişdir. Onun kafedraya rəhbərlik etdiyi 40 il müddətində xeyli gənc tədqiqatçı namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdir. Onlardan bəziləri prof. B.Ağayev, dosentlər M.Əliyeva, F.Əliyev, T.Tahirova, Ə.Salahov, Q.Quliyev, S.Hüseynova, C.Sailov, Y.Mustafayev, Z.Dadaşova, R.Sadıqov, Z.Vəliyeva və b. Kafedrada, xeyli hissəsi isə respublikanın digər ali məktəblərində və elmi-tədqiqat institutlarında fəaliyyət göstərirlər.
Z.M.Şaxtaxtinskayanın rəhbərliyi ilə kafedrada tədrislə yanaşı elmi tədqiqat işi də aparılmış, dərslik və dərs vəsaitləri yazılmışdır. Z.M.Şaxtaxtinskayanın “Onurğasızlar zoologiyası” (I hissə), “Zoologiya” (I hissə 2-ci kitab), “Təbiətşünaslığın əsasları”, “Çiyinayaqlılar”, “Mollyuskalar”, “Dərisitikanlılar” adlı dərs vəsaitləri; dos. C.İ.Sailovun “Onurğasızlar zoologiyasından laboratoriya məşğələləri” (dərs vəsaiti), “Parazitologiyadan ixtisas kursu” (I-II hissələr) (dərs vəsaitləri), M.Əliyevanın “Quşlar”, “Sürünənlər” adlı (qiyabiçilər üçün) vəsaitləri nəşr olunmuşdur.
1977-1990-cı illərdə kafedraya biologiya elmləri doktoru prof. S.Y.Əliyev rəhbərlik etmişdir. Bu dövrdə də kafedranın əməkdaşları tədris ilə bərabər elmi tədqiqatla da məşğul olmuşlar. Bu tədqiqatların nəticələri namizədlik və doktorluq dissertasiyaları kimi müdafiə olunmuşdur. Belə ki, kafedranın dosenti B.İ.Ağayev 1990-cı ildə Ukrayna EA-nın Zoologiya Institutunda doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
Prof. B.İ.Ağayevin elmi tədqiqat işi bir çox xarici ölkə alimlərinin marağına səbəb olmuşdur. O, ABŞ, Kanada, İtaliya, Çexoslavakiya, Polşa, Macarıstan, Bolqarıstan və s. ölkələrin alimləri ilə sıx əməkdaşlıq etmişdir. B.İ.Ağayev elm üçün 15 yeni növ aşkar etmiş və onların təsvirini vermişdir.
Kafedranın əməkdaşları Z.Dadaşova və L.Məhərrəmova namizədlik dissertasiyalarını müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışlar.
Prof. B.İ.Ağayev 1993-cü ildən kafedraya rəhbərlik edir. Bu dövrdə kafedra üzvləri səmərəli işləmişlər. E.Mehdiyeva, Ş.Hüseynova, A.Həsənova, Z.Zeynalova namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişlər.
Bu kafedra əməkdaşları bakalavr pilləsində onurğasızlar və onurğalılar zoologiyası, təkamül təlimi, genetika və seleksiyanın əsasları, ekologiya, heyvanların ekologiyası, müqayisəli anatomiya, magistratura pilləsində isə teriologiya, herpetologiya, yerli fauna, entomologiya, torpaq faunası, zoologiyanın müasir problemləri, helmintologiya və s. fənləri tədris edilir. Kafedranın nəzdində respublikada və müxtəlif ölkələrdə nadir və geniş halda yayılan onurğasız və onurğalı heyvanlara aid müqəvvalar, mulyajlar, həşərat və qurdlara aid xeyli daimi preparatlarla zəngin muzeyi vardır. Həmin muzey materiallarının keyfiyyətli saxlanması üçün lazımi şərait yaradılmış və onun yeni materiallarla zənginləşdirilməsi davam etdirilir. Tədris prosesində muzey materiallardan geniş şəkildə istifadə olunur.
Kafedranın əməkdaşları tədris ilə yanaşı “Parazit xəstəliklərin törədicilərinin fauna, növdaxili dəyişkənliyi, ekologiyası və parazit-sahib sisteminin qarşılıqlı əlaqəsi” problemi üzrə elmi tədqiqat işi aparırlar. Aparılan tədqiqatların nəticələri respublikanın və xarici ölkələrin elmi mətbuatında dərc olunmuşdur.
Kafedra müdiri B.İ.Ağayev 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru, 1996-2006-cı illərdə həmin universitetin rektoru vəzifəsində çalışmışdır.
B.İ.Ağayevin “Ümumi entomologiya” (dərs vəsaiti, I-II –hissə,1979-1981), “Onurğasızlar zoologiyasından praktikum” (I-II hissə, 1993, 1995), “Onurğasızlar zoologiyasından laboratoriya məşğələləri” (1997), “Zoocoğrafiya zoologiyanın əsasları ilə” ( dərslik, 1999), “Onurğalılar zoologiyası” (dərslik, dos. Z.P.Dadaşova ilə birlikdə, 2000), “Ümumi entomologiya” (dərslik latın qrafikası ilə, 2004), “Onurğasızlar zoologiyasından laborator məşğələləri” (dərslik, latın qrafikası ilə 2005) adlı dərslik və dərs vəsaitləri nəşr olunmuşdur. Bu dərslik və dərs vəsaitlərinin bir qismi orijinaldır. Azərbaycan dilində ilk dəfə yazılan bu əsərlərdən mütəxəssislər, gənc elmi tədqiqatçılar, tələbələr və magistrlər dəyərli ədabiyyat kimi istifadə edirlər.
Bunlardan başqa prof. B.İ.Ağayevin 60 elmi məqaləsi və 3 monoqrafiyası çap olunmuşdur. Dosent S.M. Hüseynovanın 17 elmi məqaləsi, “Zoologiya, heyvanların ekologiyası ilə birlikdə” fənnindən (həm tərcümə, həm də tərtib) hazırladığı proqramlar çap olunmuşdur. Həmin proqram üzrə tərtib olunmuş dərs vəsaiti çapa hazırlanır.
Dosent Z.C.Vəliyeva kimya-biologiya fakültəsinin dekan müavini, hazırlıq şöbəsinin dekanı vəzifələrində işləmişdir. Onun 20 elmi və metodiki məqaləsi, “Etologiya və ekologiya” dərs vəsaiti (1991), “Onurğalılar zoologiyası” adlı proqramı çap olunmuşdur.
Dosent R.C.Sadıqovun 18 elmi və metodiki məqaləsi, “Onurğasızlar zoologiyasından metodiki işləmələri” (I-II-III hissələrin tərcüməsi) (1987,1989,1991) çap olunmuşdur. Bunlardan II hissə (“Buğumayaqlılar”) latın qrafikası ilə çapdan çıxmışdır (2006). Onun “Bir ağacdan dərilmiş yarpaqlar üzrə dəyişkənliyin statistik hesablanması” adlı metodik vəsaiti (L.Məhərrəmova ilə birlikdə) (2000), “Onurğasızlar zoologiyası” fənni üçün hazırladığı proqram (2003) çap olunmuşdur.
Dosent L.M.Məhərrəmovanın 16 elmi və metodik məqaləsi, “Praktiki məşğələlərdə irsiyyət qanunlarına aid məsələ həlli” (metodik vəsait,1997), “Bir ağacdan dərilmiş yarpaqlar üzrə dəyişkənliyin statistik hesablanması” (metodik vəsait, R.Sadıqovla birlikdə 2000), “Ekoloji genetika” (dərslik və onun proqramı, 2004) əsərləri çap olunmuşdur.
Dosent İ.C.Namazovun 34 elmi məqaləsi və zoocoğrafiya fənni üçün proqramı çap olunmuşdur. Dosent E.C.Mehdiyevanın 11 elmi məqaləsi və “Onurğalılar zoologiyasından məşğələlər (Balıqlar)”adlı metodik vəsaiti (2000) çap olunmuşdur.
Dosent A.Z.Namazovun 18 elmi məqaləsi və onurğasızlar zoologiyasından çöl tədris təcrübəsinə aid metodik vəsaiti çap olunmuşdur (2001).
Dosent Z.A.Zeynalovanın 11 elmi məqaləsi, “Onurğasızlar zoologiyası (Briozoylar, Çiyinayaqlılar, Foronidlər, Poqonoforlar” (2002), “Onurğasızlar zoologiyası (Yumşaqbədənlilər, Dərisitikanlılar)” adlı dərs vəsaitləri (2006), “Onurğasızlar zoologiyası” və “Ümumi entomologiya”ya proqramları nəşr olunmuşdur.
Baş müəllim Ş.Ə.Hüseynovanın 12 elmi məqaləsi, “Ekologiya və təbiətdən səmərəli istifadə” fənnindən proqramı çap olunmuşdur.
Baş müəllim A.M.Həsənovanın 12 elmi məqaləsi və “Tikanbaşlılar” adlı dərs vəsaiti (2003) çap olunmuşdur.
Baş müəllim Q.K.İsmayılov 1994-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun 40 elmi və metodik məqaləsi çap olunmuşdur.
Hazırda kafedrada 13 nəfər – 1 elmlər doktoru, professor B.İ.Ağayev (kafedra müdiri), 8 elmlər namizədi, dosent – Z.Vəliyeva, R.Sadıqov, S.Hüseynova, L.Məhərrəmova, İ.Namazov, E.Mehdiyeva, 3 elmlər namizədi, baş müəllim – Ş.Hüseynova, A.Həsənova, Q.İsmayılov və müəllim S.Həsənova çalışır.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  BİOLOGİYA FAKÜLTƏSİ - Zoologiya Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksBiologiya >> Zoologiya Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center