|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya Fakültəsinin Web
Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya Fakültəsinin
Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Kimya Fakültəsinin Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi
düşündürən məsələləri, sualları chemistry@aspu.az elektron poçt ünvanı
ilə bizə çatdıra bilərsiniz.
Kimya Fakültəsinin Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan
tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Kimya Fakültəsinin Dekanı,
dos. V.S. Həsənov
|
|
|
|
|
Ali Pedaqoji İnstitut yaradılarkən burada təşkil edilən üç şöbədən biri təbiyyat-coğrafiya
idi.
İnstitut 1926/1927-ci dərs ilində Bakı Dövlət Universitetinin tərkibinə verildiyindən
təbiyyat-coğrafiya şöbəsi öz fəaliyyətini müvəqqəti dayandırdı.
Keçmiş SSRİ-də 1930-1934-cü illərdə bütün universitetlər bağlandığından Bakı Dövlət
Universiteti də bir müddət öz fəaliyyətini dayandırdı. Onun fakültələrinin bazası
əsasında yeni ali məktəblər təşkil edildi. Müstəqil ali təhsil ocağı kimi Azərbaycan
Dövlət Pedaqoji İnstitutu yenidən təşkil ediləndə (1930) onun əsas fakültələrindən
biri təbiyyat-kimya idi.
1945-ci ilin ikinci yarısında fakültənin adında və strukturunda əsaslı dəyişikliklər
edildi. Təbiyyat-kimya fakültəsi 1968-ci ilin ikinci yarısında iki müstəqil fakültəyə
bölündü: biologiya və kimya. Biologiya fakültəsinə prof. R.Z.Qafarova (1968-1981),
kimya fakültəsinə isə prof. R.Y.Əliyev (1968-1971), prof. R.Ə.Əbdürrəhimova (1971-1976),
prof. T.Ə.Ağdamski (1976-1981) rəhbərlik etdilər.
1981/82-ci dərs ilində bu iki fakültə əsasında yenidən kimya-biologiya fakültəsi
yaradıldı və fakültəyə 1997-ci ilədək əməkdar elm xadimi, prof. R.Z.Qafarova, 1997-ci
ildən 2005-cı ilin noyabrınadək kimya elmləri doktoru, prof. Ə.N.Qurbanov rəhbərlik
etmişlər. 2 may 2006-cı ildə dekan vəzifəsinə dos. V.S. Həsənov seçilmişdir.
Fakültənin nəzdində kimya ixtisası üzrə 3 kafedra – ümumi kimya və kimyanın tədrisi
metodikası; üzvi kimya və kimya texnologiyası; analitik və fiziki kimya kafedraları
fəaliyyət göstərir.
Fakültədə kimya, biologiya əlavə kimya, kimya əlavə biologiya, kimya və pedaqogika
(bir qəbul) ixtisasları üzrə kadr hazırlanmışdır. Hal-hazırda fakültədə 2 ixtisas
üzrə ( kimya və kimya-biologiya) müəllim kadrları hazırlanır.
Fakültədə bakalavr pilləsində 483 tələbə, magistr pilləsində isə 20 magist təhsil
alır. Magistraturada təhsil alanlardan 6 nəfəri qeyri-üzvi kimya, 2 nəfəri analitik
kimya və 12 nəfəri isə üzvi kimya ixtisası üzrədir.
Fakültədə 41 nəfər professor-müəllim: 5 elmlər doktoru, professor, 21 elmlər namizədi,
dosent; 6 elmlər namizədi, baş müəllim; 4 elmlər namizədi, müəllim və 5 müəllim
çalışır.
Fakültədə tədrisin təşkili günün tələbləri səviyyəsində qurulur, kadr hazırlığına
xüsusi diqqət yetirilir və bu işlər bu gün də müvəffəqiyyətlə davam etdirilir.
Azərbaycan Respublikası EA-nın akademikləri Yusif Məmmədəliyev, Bahadur Zeynalov,
müxbir üzvləri Heydər Əfəndiyev, Şamxal Məmmədov, Məmməd Mövsümzadə, Cümşüd Zülfüqarlı,
kimya elmləri doktorları və professorlar Yusif Musabəyov, İsgəndər Bağbanlı, Şıxbala
Əliyev, Püstəxanım Rzazadə, Ağarəfi Ağayev, Zəlimxan Qarayev, Allahverdi Verdizadə,
Reyhan Əbdürrəhimova kimi tanınmış elm adamları məhz fakültənin məzunlarıdır.
Fakültənin məzunları professorlar Ş.Ə.Məmmədov, A.İ.Qarayev, Z.M.Şahtaxtinskaya,
M.M.Mövsümzadə, Ə.Ə.Əbdürrəhimov, A.Ə.Verdizadə, R.Ə.Əbdürrəhimova, İ.O.Nəsibov
və başqaları uzun müddət doğma universitetdə səmərəli fəaliyyət göstərmişlər.
Fakültədə eyni zamanda aspiranturada təhsil alanlar da vardır. Hazırda üzvi kimya
ixtisası üzrə X.N.Rəsulova əyani aspirantdır.
Fakültədə hər il TEC xətti ilə 50-yə yaxın tələbənin elmi işlərinə rəhbərlik edilir.
Tələbə elmi tədqiqat işləri hər il xüsusi toplu halında çap olunur. Bu işə fakültə
TEC-nin sədri k.e.n. M.H.İsgəndərov rəhbərlik edir.
Respublikamızda və onun hüdudlarından kənarda Universitetimizin şərəfini uca tutan,
öz əmək fəaliyyəti ilə seçilən ləyaqətli məzunlarımız çoxdur: Onlardan AMEA-nın
müxbir üzvü, prof. V.M.Abbasov, prof. Ə.N.Qurbanov, prof. N.A.Verdizadə, prof. R.Y.Əliyev,
prof. Ö.M.Əliyev, prof. Ə.M.Məmmədov, prof. Y.K.Əhmədov, prof. Ə.N.Fərəcov, pedaqoji
elmlər doktoru M.M.Abbasov və onlarla başqalarının adını çəkmək olar.
Fakültənin kafedralarında aparılan elmi-tədqiqat işlərinin nəticələri Bakı, Moskva,
Sankt-Peterburq, Novosibirsk, Kiyev, Tbilisi və digər şəhərlərdə nəşr olunan elmi
və metodik jurnallarda (1000-dən artıq məqalə) və 100-ə qədər müəlliflik şəhadətnaməsində
öz əksini tapmışdır.
Elmi səviyyəsi ilə seçilən fakültə əməkdaşları 100-ə yaxın dərslik, dərs vəsaiti,
metodik göstəriş və tövsiyələrin nəşrinə, ali və orta məktəblər üçün proqramların
tərtibinə nail olmuşlar.
Fakültənin tanınmış alimləri Bakı, Moskva, Sankt-Peterburq, Novosibirsk, Sverdlovsk,
Ufa, Kişinev, Sumi, Daşkənd, Fərqanə, Saratov, Voronej, Tallin, Surix, Afina, Porto,
Gera, Vyana, İstanbul şəhərlərində keçirilən elmi məclislərdə məzmunlu məruzələrlə
çıxış etmişlər.
Yaradıcı Kollektiv
|
|
|
|
|
Üzvi Kimya və Kimya Texnologiyası
Kafedrası
"Organic
Chemistry Department Page"
Ümumi Kimya və Kimyanın Tədrisi Metodikası Kafedrası
"Methodology
and General Chemistry Department Page"
Analitik və Fiziki Kimya Kafedrası
"Analyst
and Physical Chemistry Department Page"
Əməkdaşlar
"Personals
Page"
Elmi Əsərlər və Məqalələr
"Publications
Page"
Məzunlar
"Graduates
Page"
|
|
|
|
|
|
|
|
|