|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya Fakültəsinin - Ümumi
Kimya və Kimyanın Tədrisi Metodikası Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya Fakültəsinin
- Ümumi Kimya və Kimyanın Tədrisi Metodikası Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza
- "XOŞ GƏLDİNİZ!" deyirəm.
Kimya Fakültəsinin - Ümumi Kimya və Kimyanın Tədrisi Metodikası Kafedrasının Web Səhifəsi
Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları
chemistry_methodology@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra
bilərsiniz.
Kimya Fakültəsinin - Ümumi Kimya və Kimyanın Tədrisi Metodikası Kafedrasının Web Səhifəsi
Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər,
tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Kimya Fakültəsinin - Ümumi Kimya və Kimyanın Tədrisi Metodikası Kafedrasının Müdiri,
kimya elmləri doktoru, prof. Ə.N.Qurbanov
|
|
|
|
|
UNİVERSİTETİN KİMYA FAKÜLTƏSİ - Ümumi Kimya və Kimyanın
Tədrisi Metodikası Kafedrası
Kafedrada 3 problem – yarımkeçirici materiallar, kompleks birləşmələr
və tədris-tərbiyə işlərinin təkmilləşdirilməsi üzrə elmi-tədqiqat işləri aparılır.
Son 20 ildə kafedrada 15 nəfər elmlər namizədi hazırlanmışdır.
Kafedranın professoru R.Y.Əliyev 1999-cu ildə «Orta ümumtəhsil məktəblərində kimya
tədrisinin təkmilləşdirilməsi problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə
etmişdir. O, kimyanın tədrisi metodikası sahəsində ilk elmlər doktorudur.
Kafedra müdiri k.e.d., prof. Ə.N.Qurbanov 2000-ci ildə «d-elementlərinin oksinaftoy
turşusu, onun törəmələri və hidrofob aminlərlə müxtəlifliqandlı kompleksləri fotometrik
analizdə» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 14 dərslik və
dərs vəsaiti, 106 elmi və elmi-metodik məqalələrin müəllifidir.
Kafedra əməkdaşları 80-dən çox dərs vəsaiti və metodik göstəriş nəşr etdirmişlər.
Prof. İ.O.Nəsibov, T.İ. Sultanovla birlikdə 2S-elementlərinin kimyasına giriş» (1988),
«P-elementlərinin kimyasına giriş» (1988), B.H.Həsənov, T.İ.Sultanovla şərikli «Qeyri-üzvi
kimyadan laboratoriya məşğələləri» (1989), T.İ.Sultanov, B.N.Mardaxayev və A.Z.Məmmədova
ilə birlikdə «Keçid elementlərinin kimyasına giriş» (1990) və «Qeyri-üzvi kimyadan
yoxlama yazı işlərinin variantları» (1990), S.Ə.Quliyeva ilə şərikli «VI qrupun
əsas yarımqrup elementləri» (1997), «Kimya terminlərinin izahlı lüğəti» (1997),
İ.Nəsibov və T.İ.Sultanovun «Ümumi kimya» (2001), İ.O.Nəsibov, T.İ.Sultanovun «Qeyri-üzvi
kimya» dərsliyi ali məktəblərin kimya fakültələrinin tələbələri, ümumtəhsil məktəblərinin
müəllimləri və aspirantlar üçün çox dəyərli ədəbiyyatlardır.
Prof. R.Y.Əliyev «Kimya tədrisi üsulunun ümumi məsələləri» (1987), «Kimya tədrisinin
ümumi metodikası» (1991), dos. V.İ.Salmanovla birlikdə «Kimyadan yoxlama yazı işləri»
(1993), baş müəllim Ə.Q.Əhmədovla şərikli «Kimyanın tədrisi metiodikasından mühazirə
mətnləri» (1997), dos. Ə.N.Xəlilov «Biz kimya əsrində yaşayırıq» (1981), «Əsrin
böyük kəşfləri» (1982), «Kimya tarixindən səhifələr» (1984), «Qeyri-üzvi kimyadan
mühazirə mətnləri» (1989), «Azərbaycan kimya aləminə səyahət» (1990), «Nizami yaradıcılığında
elmi anlayışlardan istifadə» (1991), «Kimyanın tədrisində yerli materiallardan və
Azərbaycan alimlərinin elmi nailiyyətlərindən istifadə» (1993), habelə R.Əliyev,
B.Mardaxayev, M.Şahbazov, H.Zülfüqarlı, P.Rüstəmov, H.Məmmədov, Y.Abışova ilə şərikli
«Elementlər kimyasına dair metodik işləmə» (1984), «Qeyri-üzvi kimyadan yoxlama
işlərinə aid metodik göstəriş» (1986), «Kimya terminləri lüğəti» (1987), «Böyük
alim Dmitri İvanoviç Mendeleyev» (1994), «Kimyadan əyləncəli təcrübələr və söhbətlər»
(1997) adlı tədris vəsaitləri, metodik göstərişlər, elmi-kütləvi kitab və kitabçalar
hazırlayıb nəşr etdirmişlər.
Hazırda kafedrada 18 nəfər (3 elmlər doktoru, professor, 13 elmlər namizədi, dosent
və 2 müəllim): kimya elmləri doktoru, prof. Ə.N.Qurbanov (kafedra müdiri), professorlar:
Ö.M.Əliyev, R.Y.Əliyev, dosentlər: T.İ.Sultanov, Ə.N.Xəlilov, T.Ə.Cəlilzadə, N.Ə.Seyidova,
A.Z.Məmmədova, C.B.Musayev, M.H.Şahbazov, M.N.Hüseynov, S.Ə.Quliyeva, İ.H.Əliyev,
A.C.Quliyev, G.G.Şəfəqqətova, müəllimlər: G.V.Cəfərova, G.N.İsmayılova, S.Ə.Qəhrəmanova
çalışırlar.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|