Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksKimya >> Üzvi Kimya və Kimya Texnologiyası Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN KİMYA FAKÜLTƏSİ - Üzvi Kimya və Kimya Texnologiyası Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya Fakültəsinin - Üzvi Kimya və Kimya Texnologiyası Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya Fakültəsinin - Üzvi Kimya və Kimya Texnologiyası Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Kimya Fakültəsinin - Üzvi Kimya və Kimya Texnologiyası Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları chemistry_organic@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Kimya Fakültəsinin - Üzvi Kimya və Kimya Texnologiyası Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Kimya Fakültəsinin - Üzvi Kimya və Kimya Texnologiyası Kafedrasının Müdiri,
dos.V.S.Həsənov
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN KİMYA FAKÜLTƏSİ - Üzvi Kimya və Kimya Texnologiyası Kafedrası 
Üzvi kimya və kimyanın texnologiyası kafedrası 1966-cı ildə ümumi kimya kafedrasının bazası əsasında təşkil edilmişdir.
Kafedraya müxtəlif illərdə dos. Ə.S.Rzayev (1966-1972), prof. İ.İ.Hüseynov (1972-1979), prof. R.Q.Ələkbərov (1979-2004) rəhbərlik etmişdir. 2004-cü ildən etibarən kafedra müdiri vəzifəsində dos. V.S.Həsənov çalışır.
Kafedrada 1985-ci ilə kimi iki problem – «Praktiki əhəmiyyəti olan kompleks xassəli birləşmələrin sintez üsullarının inkişaf etdilirməsi» və «Karbohidrogenlərin funksional əvəzli törəmələrinin sintezi və tədqiqi» üzrə elmi – tədqiqat işi aparılırdı.
Son illərdə kafedrada «Təbabətdə, kənd təsərrüfatında və texnikada tətbiq edilə biləcək yeni bioloji aktiv birləşmələrin sintezi və tədqiqi» problemi üzrə elmi tədqiqatlar aparılır. R.Q.Ələkbərov səmərəli pedaqoji fəaliyyətinə, kadr hazırlığı və tədris vəsaitləri yaratmaq sahəsindəki xidmətlərinə görə professor elmi adına layiq görülmüşdü.
O, 1992-ci ildə «Funksional əvəzli aminlər və alkonollar əsasında virus inaktivatorlarının, kimyəvi mutagenlərin və biosidlərin məqsədli sintezi» adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Kafedranın üzvləri: S.B.Əliyeva (1981), Ə.X.Əfəndiyeva (1982), E.M.Abbasov (1982), V.S.Həsənov (1984), Y.C.Qasımova (1985), İ.N.Səfərov (1986), Ş.Ə.Mustafayev (1990) və N.Ə.Şirinova (2001) biri-birinin ardınca dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışlar.
Kafedranın nəzdində 1989-cu ildən «Yeni bioloji aktiv birləşmələr» problem laboratoriyası fəaliyyət göstərir. Tərkibində azot və kükürd saxlayan yeni bioloji aktiv birləşmələrin sintezi və tədqiqi sahəsində aparılan tədqiqatların nəticələri həmin laboratoriyanın əməkdaşları Ş.Ə.Mustafayev və N.Ə.Şirinovanın namizədlik dissertasiyalarında əks olunmuşdur. Hazırda laboratoriyada 1 baş elmi işçi (İ.A.Cəfərov), 3 kiçik elmi işçi (S.Z.Abdullayeva, R.S.Məmmədova və V.Ə.Qurbanova) çalışır.
Kafedrada tədris olunan fənlər üzrə 30-dan artıq dərslik, dərs vəsaiti, proqram və metodik vəsait hazırlanıb çap edilmişdir.
Hazırda kafedrada 14 nəfər (8 elmlər namizədi, dosent, 2 elmlər namizədi, baş müəllim və 1 elmlər namizədi, müəllim və 3 müəllim): dos.V.S.Həsənov (kafedra müdiri), dosentlər – Ə.S.Rzayev, X.X.Şamilov, N.T.Mehmandarova, M.M.Nəsirova, R.K.Məmmədova, T.İ.Rəsulbəyova, Y.C.Qasımova, baş müəllim: E.S.Hüseynova, N.İ.Ələkbərov, müəllim, k.e.n. Ə.Ə.Mahmudova, müəllim M.T.Cəfərova, G.V.Babayeva və M.Ə.Mirzəyeva) çalışır.
Kafedra 1930-cu ildə təşkil edilmişdir. Hazırda kafedraya kimya elmləri doktoru, prof. Ə.N.Qurbanov rəhbərlik edir.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  KİMYA FAKÜLTƏSİ - Üzvi Kimya və Kimya Texnologiyası Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksKimya >> Üzvi Kimya və Kimya Texnologiyası Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center