Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksKimya >> Analitik və Fiziki Kimya Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN KİMYA FAKÜLTƏSİ - Analitik və Fiziki Kimya Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya Fakültəsinin - Analitik və Fiziki Kimya Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya Fakültəsinin - Analitik və Fiziki Kimya Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Kimya Fakültəsinin - Analitik və Fiziki Kimya Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları chemistry_physical@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Kimya Fakültəsinin - Analitik və Fiziki Kimya Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Kimya Fakültəsinin - Analitik və Fiziki Kimya Kafedrasının Müdiri,
k.e.d., prof. N.A.Verdizadə
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN KİMYA FAKÜLTƏSİ - Üzvi Kimya və Kimya Texnologiyası Kafedrası 
Analitik və fiziki kimya kafedrası 1969-cu ildə k.e.d., prof. A.Ə.Verdizadənin rəhbərliyi ilə yaradılmışdır (A.Ə.Verdizadə 1959-1964-cü illərdə ADPU-nun «Ümumi kimya» kafedrasına rəhbərlik etmişdir).
1976-cı ildən hal-hazıra kimi kafedraya k.e.d., prof. N.A.Verdizadə rəhbərlik edir.
1981-ci ildən kafedra əməkdaşlarından 3 nəfəri elmlər doktoru (N.A.Verdizadə, Ə.N.Qurbanov və T.Ə.Ağdamski) və 5 nəfər elmlər namizədi (T.İ.Əmrahov, Z.B.Rəhimova, K.Ə.Quliyev, Ə.Z.Zalov, Y.N.Rüstəmova (elmi rəhbəri prof. N.A.Verdizadə olub) alimlik dərəcəsi almışlar.
Kafedrada iki istiqamət üzrə elmi-tədqiqat işi aparılır: analitik kimya və kataliz.
A.Ə.Verdizadə (1914-1973) elmi fəaliyyətinin ilk dövründə yodun üzvi həlledicilərinin tətbiqi ilə dəmirin mikroyodometrik təyini sahəsində tədqiqatlar aparmışdır. Onun əsas elmi istiqaməti peryodatometrik və yodometrik üsulların tətbiq sahəsinin inkişafı olmuşdur.
O, mis, dəmir, natrium, molibden, nikel, kobalt, qalay, sink, kadmium, sirkonium, civə, terium, serium, indium, qurğuşun və s. elementlərin qravimetrik, titrimetrik və fotometrik təyini üsullarını işləyib hazırlamış və bu üsulları müxtəlif obyektlərə tətbiq etmişdir. Elmi fəaliyyətinin sonrakı illərində isə o, bəzi d-keçid elementlər üçün həssas və seçici yeni ekstraksiyalı-fotometrik üsulların işlənilməsi ilə məşğul olmuşdur. O bir nəfər elmlər doktoru və üç nəfər elmlər namizədi hazırlamışdır (Ə.N.Qurbanov, N.A.Verdizadə, S.M.Şirəliyeva).
Prof. N.A.Verdizadənin elmi fəaliyyətinin ilk illərində qələvi torpaq metalların peryodatları ilə talliumun qravimetrik, titrimetrik, ekstraksiyalı-fotometrik və diferensial-fotometrik təyini üsullarının işlənilməsinə həsr edilmişdir. Əsas elmi istiqamət isə (1972-ci ildən hal-hazıra kimi) d-keçid elementlərin tərkibində azot və kükürd olan liqandlarla əmələ gətirdikləri komplekslərin spektrofotometrik tədqiqi və analitik tətbiqi olmuşdur.
N.A.Verdizadənin rəhbərliyi altında kafedrada 6 nəfər elmlər namizədi hazırlamışdır. Prof. N.A.Verdizadə 250 adda elmi əsərin, o cümlədən 33 dərslik, dərs vəsaiti və metodik göstərişin müəllifidir.
Kataliz sahəsində kafedrada işlər prof. T.Ə.Ağdamski tərəfindən aparılmışdır.
Onun əsas elmi tədqiqatları katalizatorların sintezi, tədqiqi və seçilməsinin nəzəri əsaslarının işlənilməsinə və koordinasiya kimyasına aiddir. O, xrom-alüminium katalizatorlarının sintez şəraitini müəyyənləşdirərək, onları dehidrogenləşmə və polimerləşmə reaksiyalarında tədqiq etmişdir.
Prof. T.Ə.Ağdamski koordinasiya kimyası üzrə 1985-2000-ci illərdə İsveçrədə, Yunanıstanda, Avstraliyada, Portuqaliyada, Almaniyada, Yaponiyada, Kanadada keçirilmiş XXIII-XXXI-Beynəlxalq konqres və simpoziumlara və karbon-4-oksidin işlənilməsinə həsr olunmuş I, II, III, V və VI beynəlxalq konfranslara (1990, Almaniya), (1993, İtaliya), (1994, 1997, Yaponiya), (2001 Amerika) dəvət edilmişdir.
Prof. T.Ə.Ağdamski 115 elmi əsərin, 3 dərs vəsaitinin, 3 ədəd müəlliflik şəhadətnaməsinin müəllifidir.
Kafedra əməkdaşları tərəfindən 1981-ci ildən bəri 35-dən çox dərs vəsaiti çap etdirilib, şagird və tələbələrin istifadəsinə verilmişdir. Bu işdə kafedranın üzvləri N.A.Verdizadə, T.Ə.Ağdamski, Ə.N.Qurbanov, N.Q.Xəlilova, S.M.Şirəliyeva, T.İ.Əmrahov, M.H.İsgəndərov, H.İ.İbrahimov, K.Ə.Quliyev, S.N.Quliyev, Ə.Z.Zalov xüsusilə fərqlənmişlər.
Analitik və fiziki kimya kafedrasının elmi əlaqələri həm xarici ölkə, həm MDB ölkələri, həm də respublika daxili elm müəssisələrini əhatə edir.
1989-cu ildən hal-hazıra kimi kafedra nəzdində N.A.Verdizadənin rəhbərliyi altında «Koordinasion birləşmələr» elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriya tərkibində kükürd olan liqandlarla üç komponentli metal kompleks-lərinin tədqiqi və onların müxtəlif materialların analizinə tətbiqi ilə məşğul olur. Aparılan tədqiqatlar nəticəsində 1 nəfər (Ə.Z.Zalov) namizədlik dissertasiyasını müdafiə etmişdir.
Uzun illərdir ki, N.A.Verdizadə və T.Ə.Ağdamski respublikada namizədlik və doktorluq dissertasiyaların müdafiəsi üzrə ixtisaslandırılmış elmi şuraların üzvləridir. 2004-cü ildən T.Ə.Ağdamski Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya elmləri üzrə ekspert şurasının üzvüdür.
1981-ci ildən etibarən kafedra üzvləri dəfələrlə müxtəlif dərəcəli təltiflər almışlar. Prof. N.A.Verdizadə D.İ.Mendeleyev adına Ümumittifaq kimya cəmiyyətinin Azərbaycan bölməsinin diplomu ilə, SSRİ Ali və Orta İxtisas Nazirliyi tərəfindən ali təhsil sahəsindəki nailiyyətlərə görə «Za otliçnıe uspexi v rabote» döş nişanı ilə təltif edilmişdir.
Prof.N.A.Verdizadə 2005-ci ildə «Azərbaycanca-ingiliscə-rusca kimya, kimya texnologiyası, neft və qazın emalına dair lüğət» çap etdirdiyinə görə «Humay» Milli mükafatı laureatı adına layiq görülmüşdür.
Hal-hazırda kafedrada 9 nəfər prof.-müəllim fəaliyyət göstərir.
Onlardan 2-si kimya elmləri doktoru, prof. (N.A.Verdizadə, T.Ə.Ağdamski), 2-si kimya elmləri namizədi, dosent (S.M.Şirəliyeva, N.Q.Xəlilova), kimya elmləri namizədi, baş müəllim (M.H.İsgəndərov, H.İ.İbrahimov, Ə.Z.Zalov) və müəllimdir (S.N.Quliyev, K.Ə.Quliyev).

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  KİMYA FAKÜLTƏSİ - Üzvi Kimya və Kimya Texnologiyası Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksKimya >> Analitik və Fiziki Kimya Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center