|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İxtisasartırma və Yenidənhazırlanma Fakültəsinin Web
Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin İxtisasartırma
və Yenidənhazırlanma Fakültəsinin
Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
İxtisasartırma və Yenidənhazırlanma Fakültəsinin Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi
düşündürən məsələləri, sualları development@aspu.az elektron poçt ünvanı
ilə bizə çatdıra bilərsiniz.
İxtisasartırma və Yenidənhazırlanma Fakültəsinin Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan
tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
İxtisasartırma və Yenidənhazırlanma Fakültəsinin Dekanı,
dos. Mehralı Yusifov
|
|
|
|
|
İxtisasartırma təhsili Azərbaycan təhsil sisteminin mühüm tərkib
hissələrindən biridir.
Təhsilin bu forması diplomdan sonrakı təhsil olub, yaşlıların təhsili də adlanır
və müxtəlif formalarda həyata keçirilir:
ixtisasartırma kursları;
stajirovka;
yenidənhazırlanma təhsili;
ikinci ali təhsil alma.
İxtisasartırma təhsilinə dövlət qayğısının təzahürü olaraq Universitetdə uzun müddət
fəaliyyət göstərən ixtisasartırma şöbəsinə 1995-ci ildə fakültə statusu verilmiş
və müstəqil fəaliyyət göstərən ixtisasartırma və yenidənhazırlanma fakültəsi yaradılmışdır.
Bu fakültədə bir neçə istiqamətdə iş aparılır:
- Universitetin professor-müəllim heyətinin beş ildən bir Azərbaycan Müəlllimlər
İnstitutunda ixtisasartırma kurslarında iştirakının təmin edilməsi;
- professor-müəllim heyətinin AMEA-nın aparıcı elmi tədqiqat institutlarında, universitetlərində,
ölkəmizdən kənarda tanınmış elm və tədris müəssisələrində stajirovka keçmələrinin
təmin edilməsi;
- orta ixtisas məktəblərində və ali təhsil müəssisələrində ADPU-ya ixtisasartırma
kurslarına göndərilən müəllimlərin müvafiq kafedralarda staj keçmələrini və peşə
ixtisas məsələlərini həll etmək;
- ali təhsilli kadrların mövcud normativ qanunlara əsasən yenidənhazırlanma təhsilini
təşkil etmək;
- son üç ildə pedaqoji sahədə çalışmayan ali pedaqoji təhsilli kadrların bərpaedici
ixtisasartırma kurslarını təşkil etmək;
- dövlət və özəl ali məktəbləri bitirmiş ali təhsilli kadrların ikinci ali təhsil
almalarını təşkil etmək.
İxtisasartırma təhsilinə cəlb olunanlar təhsillərini müvəffəqiyyətlə başa vurduqdan
sonra onlara vahid formalı vəsiqə verilir.
Pedaqoji kadrlar ixtisasının artırılması və onların yenidən hazırlanması ayrı-ayrı
əsasnamələrlə reqlamentləndirilir. ADPU-da fəaliyyət göstərən hər bir pedaqoji işçi
və rəhbər kadr 5 ildən bir attestasiyadan keçir, burada onun tutduğu vəzifəyə müvafiq
olub-olmamasını müəyyənləşdirən əsas şərtlərdən biri də onun ixtisasartırma kurslarında
və ya stajirovkada olmasıdır. Ona görə də universitetdə hər il 100-ə yaxın pedaqoji
kadr qısa və ya uzunmüddətli stajirovkaya cəlb olunurlar.
İxtisasartırma kursları Respublika Təhsil Nazirliyinin qərarına əsasən mərkəzləşdirilmiş
qaydada Azərbaycan Müəllimlər İnstitutunda təşkil olunur. Bu kurslarda dinləyici
kimi iştirak edən müəllimlərlə yanaşı ADPU-nun tanınmış professor və müəllimləri
mühazirə oxumağa dəvət olunurlar.
Bunlardan prof. M.Murquzov fizikanın müasir problemlərindən, AMEA-nın müxbir üzvü,
prof. A.Qurbanov Azərbaycan dilçiliyinin problemlərindən mühazirələr oxumuşlar.
Respublikamızın digər təhsil müəssisələrindən ADPU-ya ixtisasartırmaya göndərilmiş
müəllimlərin ixtisaslarına uyğun kafedralarda ixtisasartırması və peşə hazırlığı
məsələləri yüksək səviyyədə təşkil olunur. Onların təhsilinin yüksək səviyyədə təşkil
olunması üçün kafedralarla birlikdə müasir təhsil standartlarına cavab verən tədris
proqramları hazırlanmış və istifadə olunur.
Fakültənin əsas iş istiqamətlərindən biri də kadrların yenidənhazırlanması təhsilinin
həyata keçirilməsidir.
Yenidənhazırlanma təhsili Respublika Nazirlər Kabineti 11 iyul 1997-ci il tarixli
77 saylı sərəncamı və Təhsil Nazirliyinin 27 oktyabr 1995-ci il tarixli 428 saylı
sərəncamının qərarına müvafiq həyata keçirilir.
Bu qərarlara müvafiq olaraq yenidənhazırlanma təhsilinə ali təhsilli pedaqoji kadrlar,
təhsil müəssisələrində çalışan ali məktəbi qeyri-pedaqoji ixtisaslar üzrə bitirən
kadrlar cəlb olunurlar.
Son illərdə ADPU-da kadrların yenidən hazırlanması itisaslarının şəbəkəsi xeyli
genişləndirilmişdir. Burada əvvəlki və yenidən alınacaq ixtisaslar üzrə proqramla
arasındakı fərqin əsasında tutulmuş xüsusi fərqləndirilmiş-diferensiallaşdırılmış
tədris proqramları tədbiq edilir, elmi nöqteyi-nəzərdən əsaslandırılmış diferensiasiya
metodlarından istifadə olunur.
Respublika hökumətinin təsdiq etdiyi müvafiq əsasnaməyə uyğun olaraq yenidənhazırlanma
kurslarını bitirən şəxslər dövlət təhsil sənədi-diplom alırlar ki, həmin sənədə
uyğun olaraq diplomda göstərilən yeni ixtisasa uyğun əmək fəaliyyətinə başlamaq
imkanı qazanırlar.
Bu diplom ali təhsil diplomu deyil, ancaq ikinci ixtisas qazanmaq hüququ verir.
Yenidənhazırlanma təhsili pedaqoji kadrlara olan real tələbatın daha dinamik sürətdə
ödənilməsinə imkan yaradır.
Fakültədə yaşlıların yenidənhazırlanma yolu ilə təhsil formasından əlavə həmçinin,
xüsusi əsasnamələrlə reqlamentləşdirilən ikinci ixtisas almaq forması da vardır.
Həm yenidənhazırlanma, həm də ikinci ixtisasalma fərdi proqramlarla həyata keçirilir.
Əgər birinci istiqamət konkret planlaşdırmaya əsaslanırsa, ikinci istiqamət öz təhsilini
plandan kənar olmaqla tələbatı ödəmək üçün davam etdirilir.
Təhsilin bu formalarına cəlb olunmuş kadrlar digər təhsil alanlar eyni hüquqa malik
olub, Universitetin maddi-texniki bazasından: laboratoriya, kitabxana, oxu zalları,
kompüter laboratoriya və s. istifadə etmək hüququna malikdirlər.
Hazırda yenidənhazırlanma təhsili bir neçə ixtisas üzrə: Azərbaycan dili və ədəbiyyat,
riyaziyyat və informatika, tarix, psixologiya, kimya-biologiya, ibtidai təhsilin
pedaqogikası və metodikası, musiqi təhsili və xarici dil (ingilis dili) – ixtisasları
üzrə həyata keçirilir.
Dinləyicilərin təhsili ilə tanınmış alimlərdən prof. H.Ə.Qasımov, prof. T.Novruzov,
prof. N.Ş.İsgəndərov, dos. İ.Əliyev və başqaları məşğul olurlar.
Universitet rəhbərliyinin diqqət və qayğısı sayəsində fakültədə ixtisasartırma və
kadrların yenidən hazırlanması təhsili təkmilləşdirilir, yeni ixtisasların açılması
üçün şərait yaradılır.
Hazırda fakültəyə «Hesablama riyaziyyatı və informatika» kafedrasının dosenti Mehralı
Yusifov rəhbərlik edir.
Yaradıcı Kollektiv
|
|
|
|
|
Əsas Fəaliyyət İstiqamətləri
"Main Development
Department Page"
Hazırlanma İxtisasları
"Spesialiation
Development Department Page"
Əməkdaşlar
"Personals
Page"
Elmi Əsərlər və Məqalələr
"Publications
Page"
Məzunlar
"Graduates
Page"
|
|
|
|
|
|
|
|
|