|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mühəndis-Pedaqoji və Bədii
Qrafika Fakültəsinin - Təsviri incəsənət, rəsmxət və onların tədrisi metodikası Kafedrasının Web Səhifəsinə - "XOŞ
GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mühəndis-Pedaqoji
və Bədii Qrafika Fakültəsi - Təsviri incəsənət, rəsmxət və onların tədrisi metodikası Kafedrasının Web Səhifəsində
salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsi - Təsviri incəsənət, rəsmxət və onların
tədrisi metodikası Kafedrasının
Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri,
sualları engineering_artmethodology@aspu.az elektron poçt ünvanı
ilə bizə çatdıra bilərsiniz.
Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsi - Təsviri incəsənət, rəsmxət və onların
tədrisi metodikası Kafedrasının
Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar,
müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsi - Təsviri incəsənət, rəsmxət və
onların tədrisi metodikası Kafedrasının
Müdiri,
Azərbaycan Rəssamlar İttifaqının üzvü, dos. S.H.Atayev
|
|
|
|
|
UNİVERSİTETİN MÜHƏNDİS-PEDAQOJİ VƏ BƏDİİ QRAFİKA FAKÜLTƏSİ
- Təsviri incəsənət, rəsmxət və onların tədrisi metodikası Kafedrası
Kafedraya 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, dos.
S.H.Atayev rəhbərlik edir.
Kafedrada tədrisin keyfiyyətini yüksəltmək məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş,
yeni fənn kabinələri və laboratoriyalar yaradılmışdır.
Kafedrada tədris edilən incəsənət tarixi, təsviri incəsənətin tədrisi metodikası,
dekorativ tətbiqi sənət, rəsmxət, tərsimi həndəsə, perspektiva, rəsmxət və təsviri
incəsənətin tədrisi metodikası, məktəbdə bədii tərtibat fənləri üzrə proqramlar,
metodiki göstərişlər hazırlanmışdır.
Kafedra üzvlərindən T.Məmmədov, N.Yusifova və D.Qasımovun iki hissədən ibarət “Perspektivanın
tədrisi metodikası”, N.Məhərrəmov və S.Quliyevin “Tərsimi həndəsə və perspektiva”,
S.Quliyevin “Aksonometrik proyeksiyaların qurulması metodikası”, Ç.Rüstəmovun və
S.Atayevin “Orta məktəblərdə təsviri incəsənət dərslərində kompozisiyanın öyrədilməsi”
adlı dərs vəsaiti və metodik göstərişlər çap olunmuşdur.
Dos. S.H.Atayevin “İbtidai siniflərdə təsviri sənətin tədrisi metodikası” bu sahədə
ilk dərslikdir.
Kafedra üzvlərindən 5 nəfəri S.H.Atayev, M.N.Yüzbaşiyev, R.H.Səmədov, İ.A.Aşumova
və R.H.Quliyev Azərbaycan Rəssamlar İttifaqının üzvləridir. Onlar pedaqoji fəaliyyətlə
yanaşı, tez-tez respublikamızda və xaricdə təşkil olunmuş sərgilərdə öz əsərləri
ilə iştirak edirlər.
Hazırda kafedrada 11 nəfər: dosentlər S.H.Atayev, T.İ.Məmmədov, Ç.A.Rüstəmov, M.N.Yüzbaşiyev,
T.M.Abbasov, baş müəllimlər D.K.Qasımov, S.M.Quliyev, R.H.Səmədov, R.K.Quliyev,
müəllimlər O.G.Sarıyeva, İ.A.Aşumova çalışır.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|