|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mühəndis-Pedaqoji və Bədii
Qrafika Fakültəsinin - İstehsalatın əsasları Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən,
Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsi - İstehsalatın əsasları
Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!"
deyirəm.
Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsi - İstehsalatın əsasları Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir.
Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları engineering_basisofindustry@aspu.az
elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsi - İstehsalatın əsasları Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji
təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası
üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsi - İstehsalatın əsasları Kafedrasının Müdiri,
dos.S.M.Musayeva
|
|
|
|
|
UNİVERSİTETİN MÜHƏNDİS-PEDAQOJİ VƏ BƏDİİ QRAFİKA FAKÜLTƏSİ - İstehsalatın əsasları Kafedrası
Kafedra 1957-ci ildən fəaliyyət göstərir.
2003-cü ildən indiyə qədər kafedraya dos.S.M.Musayeva rəhbərlik edir.
Kafedrada materialların kəsilməsi, dəzgah və alətlər, texniki fənlərin tədrisi metodikası,
peşə hazırlığı və texniki yaradıcılıq, avtomobil, kənd təsərrüfatının mexanikləşdirilməsi,
tədris emalatxanası praktikumu kimi fənlər tədris edilir. Kafedranın 5 tədris emalatxanası,
4 ixtisas laboratoriyası, 3 fənn kabinəsi mövcuddur ki, bunlar da müasir cihaz və
avadanlıqlarla təchiz edilmişdir.
Kafedrada 5 nəfər tədris köməkçi heyəti çalışır.
Kafedrada tədris olunan bütün fənlərin proqramları hazırlanmış və Təhsil Nazirliyi
tərəfindən təsdiq edilmişdir.
Müntəzəm olaraq kafedra üzvləri tərəfindən dərs vəsaitləri, metodik göstərişlər,
elmi-metodiki məqalələr yazılıb nəşr edilmişdir.
S.İ.Əlainin “Tədris emalatxanası praktikumu” I və II hissə (1980), S.İ.Abdullayevlə
birlikdə “Materiallar texnologiyasından laboratoriya işlərinə rəhbərlik” (1982),
Ş.H.Əhmədova və S.İ.Abdullayevin “Metalların kəsilməklə emalı, dəzgah və alətlər
fənni” üzrə kurs layihəsinə rəhbərlik” (1985), Ş.Əhmədova və Ə.M.Əliyevin “Pedaqoji
institutun texniki fakültəsində pedaqoji təcrübənin təşkili və aparılmasına dair
metodik göstəriş” (1987), S.M.Musayevanın “Şagirdlərin texniki yaradıcılığı” (2000),
Ş.Əhmədova, S.Abdullayev və Ə.Əliyevin «Texniki fənlərin tədrisi metodikası» (2000),
S.İ.Abdullayevlə F.C.İsmayılova və Q.H.Əliyevin “Tədris emalatxanası praktikumu”
(2003), S.M.Musayeva və C.İ.Səfərovun “Ağac materiallarının xassələri və emal texnologiyaları”
(2006), S.M.Musayeva və S.M.Əliyevanın “Pedaqoji təcrübənin aparılmasına dair metodik
göstəriş (2006)-adlı dərslik və dərs vəsaitləri bu qəbildəndir.
Kafedranın elmi-tədqiqat işləri təlim-tərbiyə müəssisələri üçün yüksək ixtisaslı
pedaqoji kadr hazırlığının elmi-metodiki əsaslarına istiqamətlənmişdir. Əsasən kafedra
üzvləri texniki fənlərin tədrisində müasir təlim metodlarının tətbiqi ilə texnoloji
proseslərin araşdırılması məsələləri üzərində çalışırlar.
Hazırda kafedrada 11 nəfər: 3 elmlər namizədi dos. S.Musayeva, dos.S.İ.Abdullayev,
dos.Ş.H.Əhmədova, 1 dosent S.M.Əliyeva, 3 baş müəllim Ə.M.Quliyev, F.C.İsmayılova,
O.Ş.Həmidova; 3 müəllim Q.H.Əliyev, A.A.Haqverdiyeva, S.Ə.Məmmədova çalışır.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|