Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation Links::: FAKÜLTƏLƏR ::: >> Qrafika
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN MÜHƏNDİS-PEDAQOJİ VƏ BƏDİİ QRAFİKA FAKÜLTƏSİNƏ XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsinin Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsinin Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsinin Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları engineering@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsinin Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsinin Dekanı,
prof. H.İ.Həşimov
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN MÜHƏNDİS-PEDAQOJİ VƏ BƏDİİ QRAFİKA FAKÜLTƏSİ 
1962-ci ildən etibarən V.İ.Lenin adına APİ-də fizika fakültəsinin tərkibində fizika və istehsalatın əsasları ixtisası üzrə müəllim kadrları hazırlanmağa başlanıldı.
1972-ci ildə həmin baza əsasında ümumi texniki fənlər fakültəsi yaradıldı. Fakültəyə müxtəlif illərdə dos.S.İ.Abdullayev (1972-77), prof.Ə.H.Rüstəmov (1977-82), dos.İ.Q.Bənənyarlı (1982-88), prof. K.D.Hüseynov (1990-98), prof. H.İ.Həşimov (1998-2006) rəhbərlik etmişlər.
Fakültənin yaradıldığı ilk dövrlərdə cəmi 2 kafedra fəaliyyət göstərirdi:
1. Ümumitexniki fənlər kafedrası (kafedraya müxtəlif illərdə dos. A.M.Məmmədov (1971-75), prof.A.M.Quliyev (1971-77) rəhbərlik etmişlər).
2. Materialların texnologiyası və əmək təliminin metodikası kafedrası (kafedraya müxtəlif illərdə dos.S.İ.Əlai (1971-77), dos. M.G.Seyidov (1977-82), dos. Ş.Əhmədova (1984-86), dos. S.İ.Abdullayev (1986-94) rəhbərlik etmişlər).
1994-cü ildə ümumitexniki fənlər kafedrasının əsasında 2 kafedra yaradıldı:
1. Maşınşünaslıq kafedrası. Kafedraya 1994-2004-cü illərdə dos.A.M.Məmmədov rəhbərlik etmişdir. 2005-ci ildən isə kafedra müdiri dos.N.V.Qasımovdur.
2. İstehsalatın əsasları kafedrası. Kafedraya 1994-98-ci illərdə prof.K.D.Hüseynov, 1998-ci ildə dos.S.M.Əliyeva, 1998-2002-ci illərdə dos.S.İ.Abdullayev rəhbərlik etmişlər. 2003-cü ildən etibarən kafedraya dos.S.M.Musayeva rəhbərlik edir.
Fakültənin genişlənməsilə əlaqədar olaraq burada 1974-cü ildə yeni elektroradiotexnika kafedrası yaradıldı.
1974-83-cü illərdə dos.Ə.M.Ağalarov, 1983-99-cu illərdə prof.H.İ.Həşimov kafedra müdiri olmuşlar. 1999-cu ildən kafedraya yenə dos. Ə.M.Ağalarov rəhbərlik edir.
Fakültədə rəsm və rəsmxət ixtisası üzrə müəllim kadrlarının hazırlanması ilə əlaqədar olaraq 1971-ci ildə təsviri incəsənət kafedrası yaradıldı. Kafedraya 1971-1981-ci illərdə dos. P.Hacıyev, 1981-88-ci illərdə dos.H.Hüseynov, 1988-1993-cü illərdə dos.Ç.Rüstəmov rəhbərlik etmişdir.
1981-ci ildə Universitetdə aparılan struktur dəyişikliyi ilə əlaqədar olaraq ayrıca bədii qrafika fakültəsi yaradıldı. Bu fakültəyə 1981-1988-ci illərdə dos.T.İ.Məmmədov, 1989-1998-ci illərdə isə dos.M.N.Yüzbaşıyev rəhbərlik etmişdir. Bu fakültə nəzdində 3 kafedra fəaliyyət göstərmişdir:
1. Rəsm, heykəltaraşlıq və boyakarlıq kafedrası. Kafedraya 1981-1995-ci illərdə prof.İ.Zeynalov, 1995-2000-ci illərdə dos. L.Məmmədova rəhbərlik etmiş, 2002-ci ildən hal-hazıra kimi kafedraya dos.F.İ.Zeynalov rəhbərlik edir.
2. Rəsmxət və onun tədrisi metodikası kafedrası. Kafedraya 1981-1993-cü illərdə dos.H.X.Məhərrəmov, 1994-1999-cü illərdə dos.T.Məmmədov rəhbərlik etmişdir.
3. Təsviri incəsənət və onun tədrisi metodikası. Kafedraya 1988-1993-cü illərdə dos.Ç.Rüstəmov, 1993-cü ildən 2000-ci ilə qədər dos.S.H.Atayev rəhbərlik etmişdir.
2000-ci ildə təsviri incəsənət və onun tədrisi metodikası, eləcə də rəsmxət və onun tədrisi metodikası kafedralarında tədris yükü azaldığından bunlar birləşdirilərək təsviri incəsənət, rəsmxət və onların tədrisi metodikası kafedrası yaradıldı. Kafedraya dos.S.Atayev rəhbərlik edir.
Pedaqoji universitetdə aparılan struktur dəyişikliyi ilə əlaqədar olaraq 1998-ci ildə mühəndis-pedaqoji və bədii qrafika fakültələri birləşdirilərək mühəndis-pedaqoji və bədii qrafika fakültəsi yaradıldı. Həmin vaxtdan 2006-cı ilə kimi fakültəyə prof.H.İ.Həşimov rəhbərlik etmişdir.
Hal-hazırda fakültədə 5 ixtisas kafedrası: elektroradiotexnika, istehsalatın əsasları, maşınşünaslıq, təsviri incəsənət, rəsmxət və OTM, rəsm, heykəltaraşlıq və boyakarlıq fəaliyyət göstərir. Fakültədə müasir dəzgah və avadanlıqlarla təchiz edilmiş 32 tədris laboratoriyası, bir sıra ixtisaslaşdırılmış fənn kabinələri və emalatxanaları, kompyüter otaqları mövcuddur. Tədris prosesinin səmərə və keyfiyyətini yüksəltmək məqsədilə fundamental elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, müasir tələblərə cavab verən yeni dərslik və metodiki vəsaitlərin yazılması, maddi-texniki bazanın zənginləşdirilməsi sahəsində fakültə əməkdaşları məqsədyönlü fəaliyyət göstərirlər.
Müxtəlif illərdə fakültə əməkdaşları iki kollektiv monoqrafiya, 72 dərslik və dərs vəsaiti, 43 metodik göstəriş, 600-ə qədər elmi-metodiki məqalə çap etdirilmiş, 4 müəlliflik şəhadətnaməsi alınmışdır.
Fakültənin əməkdaşları müxtəlif illərdə keçmiş SSRİ-nin, Rusiya Federasiyasının və Respublika Təhsil Nazirliyinin elmi-metodiki şuralarının işində yaxından iştirak etmişlər.
1975-80-ci illərdə fakültə əməkdaşlarından prof.A.M.Quliyev və dos. S.İ.Əlai SSRİ Təhsil Nazirliyi Elmi-metodiki şurasının üzvü, 1993-cü ildən hal-hazıra kimi prof.H.İ.Həşimov Rusiya Federasiyası Təhsil Nazirliyi Elmi-metodiki şurasının üzvü və Azərbaycan Respublikası Təhsil Nazirliyi elmi-metodiki şurasının “Texniki peşə təhsili” bölməsinin sədridir.
Onlar tədris prosesinin təşkili, planlaşdırılması, təkmilləşdirilməsi sahəsində faydalı işlər aparmış, dərslik və dərs vəsaitlərinin hazırlanmasında, müzakirəsində yaxından iştirak etmişlər.
Hal-hazırda fakültədə 547 tələbə peşə təlimi, ümumitexniki fənlər və fizika, təsviri incəsənət, rəsmxət və əmək təlimi ixtisasları üzrə bakalavr təhsil pilləsində oxuyurlar.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  MÜHƏNDİS-PEDAQOJİ VƏ BƏDİİ QRAFİKA FAKÜLTƏSİ WEB SƏHİFƏSİNİN STRUKTURU 
 İstehsalatın əsasları Kafedrası 
 "Basis Of Industry Department Page" 
 Elektroradiotexnika Kafedrası 
 "Electro Radio Engineering Department Page" 
 Maşınşünaslıq Kafedrası 
 "Machine Science Department Page" 
 Təsviri incəsənət, rəsmxət və onların tədrisi metodikası Kafedrası 
 "Art Work, Drafting and Methodology Department Page" 
 Rəsm, heykəltəraşlıq və boyakarlıq Kafedrası 
 "Drawing, Sculpture and Painting Department Page" 
 Əməkdaşlar 
 "Personals Page" 
 Elmi Əsərlər və Məqalələr 
 "Publications Page" 
 Məzunlar 
 "Graduates Page" 
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  MÜHƏNDİS-PEDAQOJİ VƏ BƏDİİ QRAFİKA FAKÜLTƏSİNİN MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation Links::: FAKÜLTƏLƏR ::: >> Qrafika
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center