Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksQrafika >> Elektroradiotexnika Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN MÜHƏNDİS-PEDAQOJİ VƏ BƏDİİ QRAFİKA FAKÜLTƏSİ - Elektroradiotexnika Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsinin - Elektroradiotexnika Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsi - Elektroradiotexnika Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsi - Elektroradiotexnika Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları engineering_electroradioengineering@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsi - Elektroradiotexnika Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsi - Elektroradiotexnika Kafedrasının Müdiri,
dos. Ə.M.Ağalarov
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN MÜHƏNDİS-PEDAQOJİ VƏ BƏDİİ QRAFİKA FAKÜLTƏSİ - Elektroradiotexnika Kafedrası 
Kafedra 1974-cü ildə yaradılmışdır.
Kafedraya dos. Ə.M.Ağalarov rəhbərlik edir.
Kafedranın müəllimləri hal-hazırda fizika, mühəndis-pedaqoji və bədii qrafika fakültələrində, radiofizika, elektrotexnika, avtomatikanın əsasları, elektrik ölçmələri, elektrotexniki materiallar və sənaye elektronikasının elementləri fənlərini və ixtisas kurslarını tədris edirlər.
Kafedrada 2 istiqamətdə elmi-tədqiqat işi aparılır: maqnit yarımkeçiricilərinin elektrik və maqnit xassələrinin tədqiqi və elektrik şəbəkələrinin etibarlılığının artırılması.
Aparılan tədqiqatların nəticələri dərslik, dərs vəsaiti və elmi məqalə kimi nəşr edilir.
Prof.H.İ.Həşimov, dos.A.Ö.İsmayılov və dos. A.Ə.Mustafayevin 9 elmi məqaləsi Almaniyada və Rusiya EA-nın “Xəbərlər”ində, “Bərk cisimlər fizikası” jurnalında nəşr edilmişdir.
Prof.H.İ.Həşimovun “Elektrotexnika”, dos.Ə.M.Ağalarov və S.S.Rzayevin “Radiotexnika üzrə laboratoriya işləri” (1980), “Radioqurğuları üzrə laboratoriya işləri” (1982), “Elektrik təchizatının etibarlılığı” (1975), prof. H.İ.Həşimov və S.S.Rzayevin “Avtomatikanın əsasları və EHT” (1991), “Avtomatikanın əsasları və elektron hesablama texnikası kursu üzrə laboratoriya işlərinə dair metodik göstərişlər” (1989), H.İ.Həşimov, S.S.Rzayev və Ə.M.Ağalarovun “Elektroradiotexnikadan ixtisas kursu üzrə laboratoriya işlərinə dair metodiki göstərişlər” (1987), H.İ.Həşimov və K.L.Şirinovun “Proqramlaşmış mikrokalkulyatorlara dair metodiki göstərişlər” (1991), H.İ.Həşimov, S.S.Rzayev və M.M.Əliyevin “Dövrlər nəzəriyyəsinin əsasları” (1988), H.İ.Həşimov və M.M.Əliyevin “Radiotexnika” (1990), “Elektrik maşınları və aparatları” (1992), H.İ.Həşimov və A.Ö.İsmayılovun “Elektrotexniki materiallar” (2000), H.İ.Həşimov və A.Ə.Mustafayevin “Sənaye elektronikasının elementləri” (2001), H.İ.Həşimov, Ə.N.Quliyevin “Yarımkeçiricilərin alınması və tətbiqi” (2004) adlı dərs vəsaitləri nəşr olunmuşdur.
Kafedrada 6 tədris laboratoriyası və fənn kabinəsi mövcuddur ki, bunlar da müasir cihaz və avadanlıqlarla təchiz edilmişdir.
Hazırda kafedrada 7 nəfər: 1 professor H.Həşimov, 4 dosent Ə.M.Ağalarov, K.L.Şirinov, A.Ə.Mustafayev, A.Ö.İsmayılov, baş müəllim A.Sadıqova və müəllim Ə.N.Quliyev çalışır.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  MÜHƏNDİS-PEDAQOJİ VƏ BƏDİİ QRAFİKA FAKÜLTƏSİ - Elektroradiotexnika Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksQrafika >> Elektroradiotexnika Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center