|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mühəndis-Pedaqoji və Bədii
Qrafika Fakültəsinin - Maşınşünaslıq Kafedrasının Web Səhifəsinə - "XOŞ
GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mühəndis-Pedaqoji
və Bədii Qrafika Fakültəsi - Maşınşünaslıq Kafedrasının Web Səhifəsində
salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsi - Maşınşünaslıq Kafedrasının
Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri,
sualları engineering_machinescience@aspu.az elektron poçt ünvanı
ilə bizə çatdıra bilərsiniz.
Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsi - Maşınşünaslıq Kafedrasının
Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar,
müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Mühəndis-Pedaqoji və Bədii Qrafika Fakültəsi - Maşınşünaslıq Kafedrasının
Müdiri,
dos. N.V.Qasımov
|
|
|
|
|
UNİVERSİTETİN MÜHƏNDİS-PEDAQOJİ VƏ BƏDİİ QRAFİKA FAKÜLTƏSİ
- Maşınşünaslıq Kafedrası
Kafedra 1994-cü ildə ümumitexniki fənlər kafedrasının əsasında yaradılmışdır.
Kafedra müdiri dos. N.V.Qasımovdur.
Kafedra əməkdaşları konstruksiya materiallarının texnologiyası, materiallar müqaviməti,
maşın və mexanizmlər nəzəriyyəsi, maşın hissələri və qarşılıqlı əvəzolunma, hidravlika
və hidravlik maşınlar, texniki termodinamika və istilik maşınları, maşınşünaslığın
əsasları fənlərini tədris edir.
Kafedrada maşınşünaslığın nəzəri, eksperiment, pedaqoji və psixoloji problemləri
üzrə elmi-tədqiqat işləri aparır.
Kafedrada 6 tədris laboratoriyası mövcuddur. Laboratoriyalarda 4 nəfər tədris köməkçi
heyəti çalışır. Fakültənin əyani şöbəsində təhsil alan tələbələrin pedaqoji praktikasına
kafedranın təcrübəli müəllimləri rəhbərlik edir.
Kafedra əməkdaşları tərəfindən tədris olunan fənlərin yeni proqramı hazırlanmış,
xeyli dərslik və dərs vəsaiti nəşr edilmişdir. A.Məmmədovun “Texniki mexanika” (1974),
B.C.Məmmədovun “Nəzəri mexanikanın statika bölməsi üzrə proqramlaşdırılmış material”
(1978), M.F.Hüseynovun “Maşınşünaslığın əsasları” (1978), “Maşınşünaslığın əsasları”
I, II və III hissə (1982, 1984, 1990), “Maşın və mexanizmlər nəzəriyyəsi” (1998),
M.F.Hüseynov və İ.Z.İbrahimovun “Maşın və mexanizmlər nəzəriyyəsi (yoxlama işləri
üçün metodik göstərişlər) (1994), M.F.Hüseynovun “Maşın və mexanizmlər nəzəriyyəsindən
laboratoriya işləri” (1995), N.V.Qasımovun “Maşın hissələrindən laboratoriya praktik
işləri” (2001), K.A.Abbasovun “İstilik texnikasına giriş” (1982), “İstilik maşınları”
(1990) adlı dərslik və dərs vəsaitləri öz elmi səviyyəsi ilə seçilir.
Kafedrada tələbə elmi-tədqiqat işinə də xüsusi diqqət yetirilir.
Hazırda kafedrada 10 nəfər (5 elmlər namizədi, dosent, 2 baş müəllim, 3 müəllim)
– dosentlər N.V.Qasımov (kafedra müdiri), M.F.Hüseynov, B.C.Məmmədov, K.A.Abbasov,
M.M.Əliyeva, baş müəllimlər F.A.Rzayev, Ə.E.Eyyubov, müəllimlər İ.Z.İbrahimov, Ə.Ş.Abdullayeva
və T.F.Mehdiyeva çalışırlar.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|