Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation Links::: FAKÜLTƏLƏR ::: >> Coğrafiya
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN COĞRAFİYA, FİZİKİ TƏRBİYƏ VƏ GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏR HAZIRLIQ FAKÜLTƏSİNƏ XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları geography@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin Dekanı,
dos. M.C.Əliyev
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN COĞRAFİYA, FİZİKİ TƏRBİYƏ VƏ GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏR HAZIRLIQ FAKÜLTƏSİ 
Ali Pedaqoji İnstitut yaradılarkən burada təşkil edilən üç şöbədən biri təbiyyat-coğrafiya idi.
İnstitut 1926/27-ci dərs ilində Bakı Dövlət Universitetinin tərkibinə verildiyindən təbiyyat-coğrafiya şöbəsi öz fəaliyyətini müvəqqəti dayandırdı.
Təbiyyat-kimya fakültəsində fəaliyyət göstərən coğrafiya şöbəsinin bazası əsasında 1934-cü ildə müstəqil coğrafiya fakültəsi təşkil edildi, coğrafiya ixtisaslarına uyğun yeni kafedralar yaradıldı. Bu şərəfli və məsul iş məşhur kartoqraf prof. M.Əliyevin rəhbərliyi altında həyata keçrilirdi.
Fakültənin dekanı M.Zülfüqarovun səyi nəticəsində 50-ci illərdə tədris və elmi işlər sahəsində mühüm nailiyyətlər əldə edildi, kadr hazırlığı xeyli genişləndirildi.
Subyektiv amillər üzündən 1959-cu ildə BDU-nun coğrafiya fakültəsinə birləşdirilən fakültə bir müddət fəaliyyətini dayandırdı. Lakin bu vəziyyət çox davam etmədi, respublikanın coğrafiya müəllimlərinə ehtiyacı nəzərə alınaraq 1966-cı ildə APİ-nin kimya-biologiya fakültəsi nəzdində coğrafiya şöbəsi təşkil edildi.
1970-1976-cı illərdə fakültə müstəqil, 1976-1981-ci illərdə biologiya-kimya fakültəsinin tərkibində fəaliyyət göstərdi.
Coğrafiya fakültəsi 1981-ci ildən müstəqil fəaliyyət göstərir.
Fakültəyə son 20 ildə dos.S.B.Məmmədov, prof. N.N.Allahverdiyev, dos. Ə.N.Əsədov, prof. Ş.G.Həsənov, prof. X.Ə.Vəliyev, dos. Y.Q.Əliyev rəhbərlik etmişlər.
2003-cü ildən fakültənin dekanı vəzifəsində ümumi coğrafiya kafedrasının müdiri dos. M.C.Əliyev çalışır.
Fakültədə əvvəllər yalnız coğrafiya ixtisası üzrə mütəxəssis hazırlanırdı, son zamanlar isə coğrafiya əlavə biologiya, coğrafiya əlavə pedaqogika, coğrafiya əlavə turizm və s. ixtisaslar üzrə də mütəxəssis hazırlanır.
İftixarla demək lazımdır ki, elmimizin korifeyi akad. H.Ə.Əliyev coğrafiya fakültəsində işləmiş, xalq şairi M.Araz, xalq yazıçısı İ.Əfəndiyev, akad. B.Budaqov, AMEA-nın müxbir üzvü, prof. Q.Məmmədov fakültəmizin yetirməsidir.
Fakültədə 2 nəfər elmlər doktoru, professor, 26 nəfər elmlər namizədi, dosent, 6 nəfər elmlər namizədi, baş müəllim və müəllimlər tədris və elmi axtarışlarla məşğuldurlar.
Hazırda şöbə kimi fəaliyyət göstərən gənclərin çağırışaqədər hazırlıq fakültəsi keşmiş SSRİ hökumətinin 25 avqust 1978-ci il tarixli qərarına əsasən orta təhsil müəssisələrində ibtidai hərbi hazırlığın inkişafı məqsədilə Azərbaycan Təhsil Nazirliyinin 21 dekabr 1979-cu il tarixli, 63 saylı əmri ilə “İbtidai hərbi və fiziki təlim” adı ilə yaradılmışdır. O zaman respublikamızda belə bir fakültənin təşkilinin təşəbbüskarı Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyev olmuşdur.
Fakültənin ilk dekanı prof. R.M.Baxşəliyev (1979-1989) olmuşdur.O, 1994-cü ildə yenidən fakültənin dekanı vəzifəsinə seçilmiş və indi isə kafedraya rəhbərlik edir.
Şöbədə 60 nəfərə qədər əməkdaş çalışır. Bunlardan 3 nəfəri professor, 20 nəfəri dosent, pedaqoji elmlər namizədi, 26 nəfəri baş müəllim və müəllim, 10 nəfəri texniki işçi və laborantdır.
Fakültədə 1985-ci ildən indiyə kimi 2500-dən çox məzun zabit rütbəsinə layiq görülmüşdür. Onlar orta məktəblərdə bədən tərbiyəsi və hərbi rəhbər işləməklə yanaşı, Müdafiə, Daxili İşlər, Milli Təhlükəsilik Nazirliklərində də çalışırlar.
Fakültənin məzunları Qarabağ uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmişlər.
Mirələkbər İbrahimov 1986-cı ildə fakültəni bitirmiş, bir müddət Yasamal rayonu 53 nömrəli məktəbdə hərbi rəhbər işləmiş, sonra könüllü olaraq cəbhəyə yollanmış, döyüşdə igidliklə həlak olmuş və şücaətinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. İşlədiyi məktəb onun adını daşıyır.
Fakültənin digər məzunu Mətləb Quliyev də könüllü olaraq Vətən uğrunda döyüşlərə getmiş, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuşdur. Milli Qəhrəman M.Quliyevin adını daşıyan Sumqayıt şəhər 3 nömrəli orta məktəbdə onun abidəsi qoyulmuşdur.
Fakültənin məzunu Mürşüd Məmmədov isə polis mayoru idi. 1994-cü il yanvarın 24-də Murovdağ uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş, ölümündən sonra o, Azərbaycan Bayrağı ordeni ilə təltif edilmişdir.
Fakültənin məzunu Malik Bayramov da ölümündən sonra Azərbaycan Bayrağı ordeninə layiq görülmüşdür.
Fakültənin yetirmələri S.Abbasov, E.Hüseynov, İ,Salmanov, H.Ələkbərov, İ.Əsədov, M.Kərimov, N.Qasımov, İ.İsmayılov, E.Qədirov, A.Rzayev, B.İsmayılov və başqaları xalqımızın milli qəhrəmanlıq ənənələrinə sadiq qalmış, Vətənin çətin günlərində sinələrini düşmən gülləsinə sipər etmişlər. Fakültənin yetirmələri idman sahəsindəki fəaliyyətlərini bu gün də davam etdirirlər.
Respublikanın güləş üzrə yığma komandasının baş məşqiçisi Faiq Həbibov və Muxtar Novruzovun bu sahədəki fəaliyyətləri tədqirəlayiqdir.
Tələbələrimizdən Elman Əsgərov sərbəst güləş üzrə dünya çempionatında 3-cü yeri tutmuşdur. 2000-ci il olimpiadasına lisenziya qazanmış Rüstəm Siyavuşov yeniyetmələrin ümumdünya oyunlarının mükafatçısı, sərbəst güləş üzrə idman ustasıdır. Akif Xudiyev Avropa birinciliyində yeniyetmələrin ümumdünya oyunlarının mükafatçısı, sambo üzrə idman ustasıdır.
Hazırda fakültəmizdə təhsil alan Etibar Qurbanov, Nicat Tağıyev, Elmir Qənbərov, Samit Əhmədov, Ramin Əzizov, Səməd Cəbrayılov, Nizami Qarayev, Akifə Səfərova beynəlxalq yarışların mükafatçılarıdır.
Fakültənin ayrıca tədris korpusu, 3 idman bazası, hərbi dərslərin tədrisi üçün lazımı laboratoriyalar və xüsusi tədris otaqları vardır. Fakültə yeni şəraitdə mövcud maddi-texniki bazanın təkmilləşdirilməsi, tədrisin səmərə və keyfiyyətinin daha da yüksəldilməsi, yüksək peşə hazırlığına malik kadrların hazırlanması istiqamətində tədbirlər həyata keçirir.
Fakültə nəzdində 6 ixtisas kafedrası fəaliyyət göstərir: ümumi coğrafiya, fiziki coğrafiya, iqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası, fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlığı, idman fənləri, bədən tərbiyəsi və idman kafedrası.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  COĞRAFİYA, FİZİKİ TƏRBİYƏ VƏ GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏR HAZIRLIQ FAKÜLTƏSİ WEB SƏHİFƏSİNİN STRUKTURU 
 Ümumi Coğrafiya Kafedrası 
 "General Geography Department Page" 
 Fiziki Coğrafiya Kafedrası 
 "Physiography Department Page" 
 İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası Kafedrası 
 "Methodology Geography Department Page" 
 Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı Kafedrası 
 "Physical Training Department Page" 
 Bədən Tərbiyəsi Kafedrası 
 "Physical Education Department Page" 
 İdman fənləri Kafedrası 
 "Sport Science Department Page" 
 Əməkdaşlar 
 "Personals Page" 
 Elmi Əsərlər və Məqalələr 
 "Publications Page" 
 Məzunlar 
 "Graduates Page" 
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  COĞRAFİYA, FİZİKİ TƏRBİYƏ VƏ GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏR HAZIRLIQ FAKÜLTƏSİNİN MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation Links::: FAKÜLTƏLƏR ::: >> Coğrafiya
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center