Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksCoğrafiya >> Ümumi Coğrafiya Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  COĞRAFİYA, FİZİKİ TƏRBİYƏ VƏ GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏR HAZIRLIQ FAKÜLTƏSİ - Ümumi Coğrafiya Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - Ümumi Coğrafiya Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - Ümumi Coğrafiya Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - Ümumi Coğrafiya Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları geography_general@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - Ümumi Coğrafiya Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - Ümumi Coğrafiya Kafedrasının Müdiri,
dos. M.C.Əliyev
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN COĞRAFİYA, FİZİKİ TƏRBİYƏ VƏ GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏR HAZIRLIQ FAKÜLTƏSİ - Ümumi Coğrafiya Kafedrası 
Kafedra 1974-cü ildə fiziki coğrafiya kafedrasının iki hissəyə bölünməsi nəticəsində yaranmışdır.
Kafedraya 1974-1977-ci illərdə dos. P.S.Mirzəyev, 1978-1991-ci illərdə prof. Ş.G.Həsənov, 1992-ci illərdə yenə dos. P.S.Mirzəyev rəhbərlik etmişdir. 1997-ci ildən kafedranın müdiri dos. M.C.Əliyevdir.
Kafedrada ümumi yerşünaslığa giriş, meteorologiya və iqlimşünaslıq, hidrologiya, geomorfologiya, torpaq coğrafiyası, təbiətin mühafizəsi, geologiya, geodeziya, topoqrafiyanın əsasları və kartoqrafik rəsmxət fənləri tədris olunur.
Kafedranın əməkdaşları tədris işi ilə yanaşı, müasir tələblərə cavab verən, istehsalatla, həyat və məişətlə bağlı elmi problemlərlə də məşğuldurlar. Burada Lənkəran – Talış, Quba – Xaçmaz, Abşeron – Qobustan fiziki-coğrafi rayonlarının, Böyük Qafqazın cənub yamacının fiziki-coğrafi xüsusiyyətləri, təbii ehtiyatlarının tətbiqi və təsərrüfat məqsədi ilə istifadə yolları kimi kompleks problemlərlə bağlı elmi-tədqiqat işi aparılmışdır.
Son dövrlərdə kafedranın maddi-texniki bazası daha da zəngindləşdirilmiş, laboratoriyaların sayı artırılmış, yeni kabinələr yaradılmış, cihazlar, xəritələr, tablolar, diopozitvlər, kino-qurğular, tədris flimləri və s. alınmış, tədrisin keyfiyyəti xeyli yüksəldilmiş, gənc kadrlar işə cəlb edilmişdir.
Prof. Ş.G.Həsənovun çoxillik elmi yaradıcılığında təbiətin mühafizəsi, ekoloji problemlər və onun tarazlığının pozulmasında antropogen amillərin rolu, təbii ehtiyatlardan səmərəli istifadə olunması yolları kompleks şəkildə tədqiq edilmişdir. Prof. Ş.G.Həsənov təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da yüksək ixtisaslı xarici ölkə mütəxəssislərinin yetişdirilməsinə xeyli əmək sərf etmişdir. Birmada işlədiyi dövrdə onun təşəbbüsü ilə Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinə 10 nəfər birmalı gənc oxumağa göndərilmiş onlardan iki nəfəri aspiranturada təhsilini davam etdirmiş, namizədlik dissertasiyası (Ş.G.Həsənovun rəhbərliyi altında) müdafiə edərək vətənə qayıtmışdır.
Kafedranın aparıcı tədqiqat sahələrindən biri də geomorfologiyadır. Respublikamızda geomorfoloqların əldə etdiyi mühüm nailiyyətlərdən biri Xəzər dənizinin dibinin və sahillərinin dinamikasının inkişaf qanunauyğunluqlarının tədqiqidir. Bu işdə kafedranın əməkdaşı prof. X.Ə.Vəliyevin böyük xidmətləri vardır.
Kafedranın dosenti O.M.Rzayev (Oqtay Rza) neft və qaz geologiyasına dair onlarla elmi və elmi-kütləvi məqalələrin, iki hissədən ibarət «Geologiyanın əsasları» dərsliyinin müəllifidir. Dövri mətbuat səhifələrində və teleradio verilişlərində geoloji-meneroloji səpgidə çıxışları ilə tanınan Oqtay Rza ədəbi yaradıcılıqla da məşğuldur. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, «Qızıl qələm» mükafatı laureatıdır.
Dos. A.Əzizbəyova 30 ilə yaxın kafedrada çalışmışdır. Onun dos. O.Rza ilə birlikdə çap etdirdiyi «Geologiyadan çöl təcrübələrinin aparılmasına dair» metodiki göstərici bu gün də maraq doğurur. Məktəb coğrafiyası bir çox konkret elmlərin (geomorfologiya, iqlimşünaslıq, meteorologiya, hidrologiya, okeanologiya, torpaqşünaslıq, əhali coğrafiyası, kartoqrafiya, topoqrafiya və s.) pedaqoji proyeksiyasıdır. Bu cəhətdən kafedranın dosentləri Z.Əfəndiyev, Ə.Hüseynov və A.Hüseynovun kartoqrafiya və topoqrafiya ilə bağlı dərslik və dərs vəsaitlərinin hazırlanmasında təqdirəlayiq xidmətləri olmuşdur.
Ümumi coğrafiya kafedrasında tədris olunan fənlərdən biri də toponomikadır. Kafedranın əməkdaşı S.Mirmahmudovanın «Ermənistanın oykonimləri» adlı əsəri mühüm elmi tədqiqat işidir. A.Z.İsmayılova akademik B.Ə.Budaqovun rəhbərliyi ilə «Dağlıq Qarabağın toponimləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Türkdilli xalqların yaşadıqları ərazilərin toponimlərini öyrənmək sahəsində c.e.n. A.İsmayılovanın da maraqlı tədqiqatları var.
Dos. Y.Q.Əliyevin Kiçik Qafqazda apardığı morfostrukturların inkişaf tarixi, mənşəyi, məkanca yerləşmə xüsusiyyətləri elmi-tədqiqat işlərinin nəticələri iri miqyaslı xəritələrdə və nəşr olunmuş elmi əsərlərdə öz əksini tapmışdır. O, hazırda «Kiçik Qafqazın konstruktiv geomorfologiyası» (Azərbaycan dilində) mövzusunda doktorluq dissertasiyasını tamamlamaq üzrədir.
İki dərs vəsaitinin və 40-dan çox elmi məqalənin müəllifidir.
Dos. M.C.Əliyev coğrafiyanın fəlsəfi məsələləri ilə məşğul olur. Onun ekoloji situasiya və ekoloji şüura dair onlarla məqaləsi dövri mətbuat səhifələrində dərc edilmişdir.
Onun dos.A.H.Əliyev və başqaları ilə birlikdə yazdığı «Materiklərin torpaq örtüyü, torpaq ehtiyatları, mühafizəsi və onların eroziyadan qorunmasının bəzi problemləri» (2006) adlı dərs vəsaiti maraq doğurur.
Kafedra əməkdaşları elmi tədqiqatların nəticəsi əsasında dərslik, dərs vəsaiti, monoqrafiya, metodiki göstəriş və yeni proqramlar hazırlayırlar. Son illərdə prof. X.Vəliyev və dos. Y.Əliyevin «Ali məktəblərə daxil olan abituriyentlər üçün coğrafiyadan vəsait», «Xəzərin sahillərin təbiəti və ekologiyası», prof.Ş.G.Həsənov və dos. M.Əsgərovanın «Torpaq coğrafiyası torpaqşünaslığın əsasları» (iki cilddə), prof. X.Vəliyevin «Xəzər sahillərinə səyahət», «Xəzərin Azərbaycan sahillərinin geomorfologiyası və dinamikası», prof. Ş.Həsənovun «Azərbaycanın torpaq ehtiyatları, onların səmərəli istifadə olunması və qorunması», «Torpaq nədir?», «731 gün Birmada», dos. N.Uluxanlının «Azərbaycanda üzümün becərilməsinin aqroiqlim şəraiti və ehtiyatları» kimi monoqrafiyaları çap edilmiş, torpaq coğrafiyası, meterologiya və iqlimşünaslıq, geomorfologiya, topoqrafiya, geologiya fənlərindən çöl təcrübələrinin aparılmasına dair metodiki göstərişlər işlənib hazırlanmışdır.
Hazırda kafedrada 13 nəfər (2 elmlər doktoru, professor, 6 elmlər namizədi, dosent, 3 elmlər namizədi, baş müəllim, 2 baş müəllim, 1 elmlər namizədi, müəllim): professorlar Ş.G.Həsənov, X.Ə.Vəliyev, dosentlər: M.C.Əliyev, (kafedra müdiri – dekan), Y.Q.Əliyev, O.M.Rzayev, A.Z.İsmayılov, N.D.Uluxanlı, M. M.Əsgərova, baş müəllimlər: F.A.Həsənli, H.H.Əsgərova, A.P.Məmmədov və Ə.B. İmaməliyev çalışırlar.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  COĞRAFİYA, FİZİKİ TƏRBİYƏ VƏ GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏR HAZIRLIQ FAKÜLTƏSİ - Ümumi Coğrafiya Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksCoğrafiya >> Ümumi Coğrafiya Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center