|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya, Çağırışaqədər
Hazırlıq Fakültəsinin - İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya, Çağırışaqədər
Hazırlıq Fakültəsinin - İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası Kafedrasının Web Səhifəsində salamlayaraq
hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - İqtisadi coğrafiya və coğrafiyanın
tədrisi metodikası Kafedrasının Web
Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri,
sualları geography_methodology@aspu.az elektron poçt ünvanı ilə bizə
çatdıra bilərsiniz.
Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - İqtisadi coğrafiya və coğrafiyanın
tədrisi metodikası Kafedrasının Web
Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər,
tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - İqtisadi coğrafiya və coğrafiyanın
tədrisi metodikası Kafedrasının
Müdiri,
dos. K.B.Bayramov
|
|
|
|
|
UNİVERSİTETİN COĞRAFİYA, FİZİKİ TƏRBİYƏ VƏ GƏNCLƏRİN
ÇAĞIRIŞAQƏDƏR HAZIRLIQ FAKÜLTƏSİ - İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası Kafedrası
Kafedra 1970-ci ildən fəaliyyət göstərir.
Müxtəlif vaxtlarda kafedraya prof. N.N.Allahverdiyev, prof. H.Ə.Sadıxlı, dos. D.M.Ələsgərov
rəhbərlik etmişlər.
Hal-hazırda kafedraya dos. K.B.Bayramov rəhbərlik edir.
Kafedrada iqtisadi və sosial coğrafiyanın bütün sahələri ilə yanaşı bu fənnin tədrisi
metodikası da tədris olunur. Kafedranın nəzdində ixtisaslaşmış kabinələr, təlimdə
texniki vasitələr laboratoriyası, magistrlər üçün xüsusi kabinet yaradılmışdır.
Uzun illərdir ki, kafedranın professor-müəllim heyəti elmi-tədqiqat işləri ilə yanaşı
ali və orta məktəblər üçün dərslik, dərs vəsaiti hazırlayır, elmi seminarlar və
konfranslar keçirirlər.
Dos. K.B.Bayramovun «Şəhərətrafı ASK-nin tətbiqinə dair», «Meksikanın iqtisadi və
sosial coğrafiyası», «Amazon hövzəsi və LA-Plata ovalığı ölkələri», «And ölkələri»,
«Dünyanın iqtisadi və sosial coğrafiyasının tədrisinə dair», dos. D.M.Ələsgərovun
«Dünya təsərrüfatı», orta məktəblər üçün «Materiklər və okeanların fiziki coğrafiyası»,
prof. N.N.Allahverdiyevin «Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası»,
«Coğrafiyanın tədrisi metodikası», orta məktəblər üçün «Azərbaycan Respublikasının
iqtisadi və sosial coğrafiyası», dos. T.P.Gərayzadənin «Xarici ölkələrin iqtisadi
və sosial coğrafiyası», «Cənub-Qərbi etsiya ölkələrinin iqtisadi və sosial coğrafiyası»,
«İran Respublikası», dos. C.M.Rəşidovun «Azərbaycan SSR-də şəhərlərin inkişafının
müasir xüsusiyyətləri», «Azərbaycan Respublikasının əhalisi», dos. A.M.Mirzəzadənin
«Kənd təsərrüfatının ixtisaslaşmasında şaquli zonallığa dair» (Dağlıq Şirvan misalında),
«Dağlıq Şirvanın şaquli qurşaqlarının əks əlaqələri və əhalinin yerləşməsi», «Dağlıq
ərazidə üzümçülüyün inkişafı», «Kipr Respublikası» adlı tədris vəsaitlərinin, «Dünyanın
iqtisadi və sosial coğrafiyası», dos. O.K.Alxasovun «Materiklər və ölkələr coğrafiyası»,
«Azərbaycan Respublikasının fiziki coğrafiyası və orta məktəbdə coğrafiya təlimi
metodikası» dərslik və dərs vəsaitləri nəşr olunmuşdur.
Kafedra əməkdaşlarından dos. Q.A.Mirzəyeva, dos. M.X.Məmmədov, dos. S.R.Qaramollayeva
yüksək səviyyəli mühazirələr oxumaqla yanaşı, iqtisadi və sosial coğrafiyanın mühüm
problemləri ilə bağlı araşdırmalar aparır, dərslik və dərs vəsaitlərinin hazırlanmasında
iştirak edirlər.
Hal-hazırda kafedrada 9 dosent: K.B.Bayramov, D.M.Ələsgərov, M.X.Məmmədov, Ü.M.Əsədov,
A.M.Mirzəzadə, Y.Q.İsmayılov, O.K.Alxasov, L.N.Nəsibli, Y.Zeynallı, 2 baş müəllim:
K.M.Əkbərov, M.C.Tahirova, 2 müəllim: D.T.Əfəndiyeva, M.İ.Verdiyeva fəaliyyət göstərir.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|