Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksCoğrafiya >> Bədən Tərbiyəsi Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  COĞRAFİYA, FİZİKİ TƏRBİYƏ VƏ GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏR HAZIRLIQ FAKÜLTƏSİ - Bədən Tərbiyəsi Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - Bədən Tərbiyəsi Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - Bədən Tərbiyəsi Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - Bədən Tərbiyəsi Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları geography_physicaleducation@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - Bədən Tərbiyəsi Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - Bədən Tərbiyəsi Kafedrasının Müdiri,
əməkdar məşqçi, idman ustası, respublika dərəcəli hakim, Milli Olimpiya Akademiyasının üzvü,
pedaqoji elmlər namizədi, dos. Əli Mehdiyev
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN COĞRAFİYA, FİZİKİ TƏRBİYƏ VƏ GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏR HAZIRLIQ FAKÜLTƏSİ - Bədən Tərbiyəsi Kafedrası 
Ümumuniversitet kafedrası sayılan bədən tərbiyəsi və idman kafedrası Universitet yarandığı gündən fəaliyyət göstərir.
Kafedrada yüksək ixtisaslı kadrlar əməkdar məşqçi, dos. Əli Mehdiyev, əməkdar məşqçi, dos. Səlim Ağayev, Ramiz Mehdiyev, dos. Hənifə Qurbanov, Tofiq Cəbrayılov, Məmməd Kərimov, idman ustaları Göyüş Məmmədov, Əlibəy Tağıyev və başqaları işləmişlər.
Müxtəlif vaxtlarda kafedraya b/m R.Y.Rəsulov, dos.S.H.Ağayev rəhbərlik etmişdir.
Hazırda kafedraya əməkdar məşqçi, idman ustası, respublika dərəcəli hakim, Milli Olimpiya Akademiyasının üzvü, pedaqoji elmlər namizədi, dos. Əli Mehdiyev başçılıq edir.
Onun 30-dan artıq elmi əsəri çap olunmuşdur. 25-ə qədər idman ustası, SSRİ və Avropa çempionları hazırlamışdır. O, 1997-ci ildə «Məktəbdənkənar tərbiyə müəssisəsində şagirdlərin fiziki hazırlıq və hərbi-vətənpərvərlik tərbiyəsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Hazırda kafedrada 14 nəfər, (1 elmlər namizədi, dosent; 12 baş müəllim; 1 müəllim) – dos. Ə.Ə.Mehdiyev (kafedra müdiri), baş müəllimlər: Ə.Ə.Tağıyev, R.T.Mehdiyev, A.N.Knyazixin, R.F.Əliyeva, M.R.Kərimov, M.E.Musayev, S.M.Məmmədova, R.M.Qəribov, F.X.Salahova, T.Ə.Cəbrayılov, Y.Ə.Allahverdiyev, F.A.Məmmədov və müəllim L.İ.Əsgərov çalışırlar.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  COĞRAFİYA, FİZİKİ TƏRBİYƏ VƏ GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏR HAZIRLIQ FAKÜLTƏSİ - Bədən Tərbiyəsi Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksCoğrafiya >> Bədən Tərbiyəsi Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center