Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksCoğrafiya >> Fiziki Coğrafiya Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  COĞRAFİYA, FİZİKİ TƏRBİYƏ VƏ GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏR HAZIRLIQ FAKÜLTƏSİ - Fiziki Coğrafiya Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - Fiziki Coğrafiya Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - Fiziki Coğrafiya Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - Fiziki Coğrafiya Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları geography_physiography@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - Fiziki Coğrafiya Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - Fiziki Coğrafiya Kafedrasının Müdiri,
dos. A.H.Əliyev
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN COĞRAFİYA, FİZİKİ TƏRBİYƏ VƏ GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏR HAZIRLIQ FAKÜLTƏSİ - Fiziki Coğrafiya Kafedrası 
Kafedra 1966-cı ildə təşkil olunmuşdur.
Ona əvvəl əməkdar elm xadimi, prof. N.K. Kərimov (1966-1973), sonrakı illərdə prof. R.V.Tarverdiyev (1973-1983), dos. V.N.Nəbiyev (1984-1989), dos. B.S.Cəfərov (1989-1998) rəhbərlik etmişlər.
1998-ci ildən kafedraya dos. A.H.Əliyev başçılıq edir.
Kafedranın üzvləri pedaqoji işlə yanaşı, respublikamızın müxtəlif regionlarının və Xəzər dənizinin dibinin təbii ehtiyatlarının səmərəli istifadə olunması və mühafizəsi problemlərinin tədqiqi ilə məşğul olurlar.
Prof. N.K.Kərəmovun (1983-cü ildə vəfat etmişdir) Azərbaycanda fiziki cografiyanın, xüsusilə landşaftşünaslıq elminin inkişafında böyük xidməti vardır. Əsərləri əsasən Böyük Qafqazın landşaftlarına, təbii komplekslərin yüksəklik zonallıgına həsr edilmişdir. O, A.A.Bakıxanov və H.Z.Şirvanidən bəhs edən qiymətli monoqrafiyaların müəllifidir. «H.Z.Şirvaninin həyat yolu» və «A.A.Bakixanov-Qüdsinin səyahətləri» elmi kütləvi kitabçaları Moskvada (1980) nəşr olunmuşdur. Prof. R.V.Tarverdiyevin (1983-cü ildə vəfat etmişdir) əsas tədqiqatları Azərbaycanın gölləri və su anbarlarının hidroloji xüsusiyyətlərinə aiddir. O, «Mingəçevir su anbarının lilləşməsi», «Azərbaycan daxilində Böyük Qafqazın gölləri» monoqrafiyalarının və çox sayda elmi məqalələrin müəllifidir.
Kafedranın müdiri dos. A.H.Əliyevin 100-ə qədər elmi-metodik məqalələri vardır.
Bundan başqa dos. A.H. Əliyevin «Torpaq coğrafiyası», «Torpaqşünaslığın əsasları» (1995), «Materiklərin və okeanların fiziki coğrafiyası» I hissə (2004), «Materiklərin və okeanların fiziki coğrafiyası» II hissə (2005) «Materiklərin torpaq örtüyü, torpaq ehtiyatları, mühafizəsi və onların eroziyadan qorunmasının bəzi problemləri» (2006) adlı dərslikləri, «Afrikanın fiziki coğrafiyası» (1992), «Avstraliya və okeanların fiziki coğrafiyası» (1993), «Antraktidanın fiziki coğrafiyası» (1993) dərs vəsaitləri və bir neçə elmi-metodik kitabçaları nəşr olunmuşdur. «Torpaqların eroziyadan qorunmasının bəzi problemləri» (1991), «Təbiətin mühafizəsi və ekoloji vəziyyət» (1992), «Yarğan eroziyası və ona qarşı mübarizə tədbirləri» (1993), «Azərbaycanda yarğan eroziyası və onun əsas inkişaf amilləri» (1992) adlı əsərləri elmi-metodik xarakter daşıyır. Dos. B.S.Cəfərovun «Avrasiya materikinin təbii şəraiti (1991), dos.V.N.Nəbiyev və dos. F.H.Baxmalovun «Cənubi Amerikanın fiziki coğrafiyası (1991) əsərlərindən tədris prosesində istifadə olunur.
Dos. B.S.Cəfərov elmi tədqiqatla yanaşı, elmi-metodik vəsait hazırlanmasında fəal iştirak edir. Onun «Kiçik Qafqaz çay hövzələrinin su balansı» «Azərbaycanın çayları, gölləri və su anbarları» monoqrafiyaları «Azərbaycanın fiziki coğrafiyası» adlı dərs vəsaitləri bir neçə metodik göstəriş və tədris proqramları nəşr olunmuşdur. Dos. T.X.Zülfüqarov, dos. F.H.Baxmalov və dos. A.İbrahimov Xəzər dənizinin fiziki coğrafiyası ilə əlaqədar ciddi elmi mövzular üzərində tədqiqat aparırlar. Azərbaycannın dağlıq əraziləri landşaftlarının diferensiyasının tədqiqində dosentlərdən – V.N.Nəbiyev (1998-ci ildə vəfat etmişdir), F.A.Hüseynova və N.S.Süleymanovanın əməyi böyük olmuşdur.
1973-1983-cü illərdə kafedrada 12 nəfər professor müəllim çalışırdı. Onlardan N.Kərimov, R.Tarverdiyev, V.Nəbiyev, C.İslamov, F.Baxmalov və M.Hacıyev vəfat etmişlər.
Hazırda kafedrada 6 nəfər dos. A.H.Əliyev (kafedra müdiri), dos. B.S.Cəfərov, dos. T.X.Zülfüqarov, dos. A.S.İbrahimov, dos. F.A.Hüseynova və dos. N.S.Süleymanova çalışırlar.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  COĞRAFİYA, FİZİKİ TƏRBİYƏ VƏ GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏR HAZIRLIQ FAKÜLTƏSİ - Fiziki Coğrafiya Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksCoğrafiya >> Fiziki Coğrafiya Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center