|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya, Çağırışaqədər
Hazırlıq Fakültəsinin - İdman fənləri Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya, Çağırışaqədər
Hazırlıq Fakültəsinin - İdman fənləri Kafedrasının Web Səhifəsində salamlayaraq
hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - İdman fənləri Kafedrasının Web
Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri,
sualları geography_sportscience@aspu.az elektron poçt ünvanı ilə bizə
çatdıra bilərsiniz.
Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - İdman fənləri Kafedrasının Web
Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər,
tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Coğrafiya, Çağırışaqədər Hazırlıq Fakültəsinin - İdman fənləri Kafedrasının
Müdiri,
dos. Ə.D.Muradov
|
|
|
|
|
UNİVERSİTETİN COĞRAFİYA, FİZİKİ TƏRBİYƏ VƏ GƏNCLƏRİN
ÇAĞIRIŞAQƏDƏR HAZIRLIQ FAKÜLTƏSİ - İdman fənləri Kafedrası
Fakültə fəaliyyətə başlayarkən onun bədən tərbiyəsi üzrə bir kafedrası
vardı.
Həmin kafedra «İdman fənləri» kafedrası adlanırdı.
1983-cü il dekabrın 12-də «İdman fənləri» kafedrasının bazasında 2 yeni adda kafedra
yaradıldı. Bunlar nəzəri və praktik kafedralara bölündü.
Praktik kafedra təknövlülük və gimnastika adlandırıldı. Kafedrada güləş, gimnastika,
idman oyunları, üzgüçülük və onların metodikası tədris olunurdu. 1983-1996-cı illərdə
kafedraya pedaqoji elmlər namizədi, dos. B.S.Quliyev rəhbərlik etmişdir.
Kafedranın strukturu son illərdə dəyişdirilərək «İdman fənləri» kafedrası adlandırıldı.
Kafedranın müdiri vəzifəsində dos. Ə.D.Muradov 1996-cı ilin mart ayından çalışır.
Kafedranın dosentlərindən B.S.Quliyev, G.B.Quliyev, Ə.D.Muradov və A.A.Əmiraslanov
güləş, üzgüçülük, gimnastika və idman oyunları, fiziki tərbiyənin nəzəriyyəsi və
metodikası üzrə tədris proqramları, dərs vəsaitləri, məqalə və tezislər hazırlayıb
çap etdirmişlər.
Kafedranın əməkdaşı dos. G.B.Quliyevin idman fəaliyyəti daha müvəffəqiyyətli olmuşdur.
Onun yetirməsi E.N.Əsgərov güləş üzrə beynəlxalq dərəcəli idman ustası, beş Qran-Pri
turnirinin qalibi, 1996-cı ildə tələbələrin dünya çempionatında bürünc, 2002-ci
ildə isə Avropa çempionatında gümüş medal qazanmış, 2004-cü ildə dünya kubokunun
sahibi,Afina-2004 XXVIII Yay Olimpiya Oyunlarının iştirakçısı, 2005-ci ildə Avropa
çempionatının gümüş mükafatçısı, 2006-cı ildə İstanbulda keçirilmiş beynəlxalq Qran-Pri
turnirinin qalibi olmuşdur.
G.B.Quliyev sərbəst güləş üzrə respublikamızda seçilib-sayılan və ən nüfuzlu müəllim-məşqçilərdən
biri hesab olunur. O, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin
Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib, mükafatlandırılmışdır.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|