|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsinin Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən,
Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Tarix Fakültəsinin Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ
GƏLDİNİZ!" deyirəm.
Tarix Fakültəsinin Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən
məsələləri, sualları history@aspu.az elektron poçt ünvanı ilə bizə
çatdıra bilərsiniz.
Tarix Fakültəsinin Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar,
müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Tarix Fakültəsinin Dekanı,
dos. R.İ.Əliyev
|
|
|
|
|
İnstitutda 1922-ci ilin sentyabrında tarix-ictimaiyyət şöbəsi yaradıldı. Şöbənin
nəzdində «Tarix və etnoqrafiya» muzeyi təşkil edildi. 1926/27-ci dərs ilində institutu
bitirən tələbələrin 16 nəfəri tarix-ictimaiyyət şöbəsinin məzunları idi.
O dövrdə şöbənin rəhbəri professor Əziz İbadullayev olmuşdur.
Respublikada elmi-pedaqoji kadrların hazırlanmasında yaranmış maliyyə çətinliklərilə
əlaqədar 1926-27-ci illərdə APİ pedaqoji fakültə şəklində ADU ilə birləşdirildi.
1930-cu ildə Pedaqoji İnstitut müstəqil ali məktəb kimi yenidən fəaliyyətə başlayanda
tarix-ədəbiyyat şöbəsi də yenidən təşkil edildi. Az sonra həmin şöbənin bazasında
eyni adlı fakültə yaradıldı.
Həmin vaxtlar fakültədə işləyən gənc tarixçilər Həsi Abdullayev, Məhəmməd Bayramov,
Həmzə Qasımzadə sonrakı illərdə tarix elminin inkişafında və tarixçi kadrların hazırlanmasında
böyük xidmət göstərdilər.
1930/31-ci dərs ilində yeni təşkil edilmiş tarix-filologiya fakültəsinin Azərbaycan
bölməsini tarix ixtisası üzrə 71 nəfər bitirmişdi.
Onların arasında gələcəyin görkəmli tarixçi və filosof alimlərdən akad. Heydər Hüseynov,
prof. Mehdixan Vəkilov, prof. Muxtar Qasımov, prof. Novruz Hüseynov, dosentlərdən
- Həmid Əfəndiyev, Səlimə Əfəndiyeva, Mürsəl Hacıyev və başqaları vardı.
1931-ci ildə tarix profilli 5 kafedra – SSRİ tarixi (müdiri prof. B.N.Tixomirov),
Yaxın Şərq tarixi (müdir prof. Əziz Ubaydullin), Azərbaycan tarixi (müdiri prof.
V.M.Xuluflu), ÜİK(b)P tarixi (müdiri dos. M.Məmmədov), Qərb tarixi (müdiri prof.
P.P.Fridolin) təşkil edilmişdi. 1930-37-ci illərdə fakültəyə professor B.N.Tixomirov
rəhbərlik etmişdir.
Həmin illərdə gənc tarixiçi kadrlar Mehdi Yerevanlı, Süleyman Rəhimov, Həsən Abdullayev,
Ə.Salamzadə, Şamil Əliyev, Sədi İmanov, Rüstəm Səfərəliyev İnstitutda yenicə təşkil
olunan aspiranturaya qəbul edildilər.
1930-37-ci illərdə institutda direktor olmuş Pənah Qasımov, Məmməd Bayramov, Bərşad
Bünyadov ixtisasca tarixçi idilər. Bunlar sonralar 1937-38-ci illərin kütləvi repressiyalarının
qurbanı oldular.
30-40-cı illərdə tarix fakültəsində tələbə və müəllim heyətinin tərkibində azərbaycanlı
gənclərin sayı artdı. İsmayıl Hüseynov, Zülfəli İbrahimov, Əlisöhbət Sumbatzadə,
Cəfər İbrahimov, Həsi Abdullayev müəllim kimi fəaliyyətə başladılar.
Müharibə ərəfəsində fakültədə dekan vəzifəsində S.Ş.Əfəndiyeva çalışmışdır.
1946-cı ildə ümumi tarix kafedrasının müdiri dos. Ə.S.Sumbatzadə, 1947-ci ildə Azərbaycan
tarixi kafedrasının müdiri İsmayıl Hüseynov, 1948-ci ildə Zülfəli İbrahimov Moskva
Dövlət Universitetinin Elmi Şurasında doktorluq dissertasiyası müdafiə etdilər.
50-ci illərdə tarix fakültəsini 373 azərbaycanlı, 32 nəfər rus, 87 nəfər müxtəlif
xalqlardan olan tələbə bitirmişdi.
1957-ci ildə 5 illik təhsil sisteminə keçməklə əlaqədar olaraq tarix və filologiya
fakültələri birləşdirildi. Birləşmiş fakültənin dekanı dos. Azər Hüseynov olmuşdur.
Az sonra fakültəyə rəhbərlik dos. Ş.Sadıqova tapşırıldı.
Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin 1968-ci il 4 dekabr tarixli
əmri ilə tarix-filologiya fakültəsi tarix və filologiya fakültəsinə ayrıldı. Bundan
sonra tarix fakültəsinə dos. H.Qasımzadə, prof .Ə.Ş.Şahmirov (1974-1980), prof.
Y.B.Yusifov (1981), prof.D.N.Qüdrətov (1981-1995), dos. R.İ.Əliyev (1995-2006) rəhbərlik
etmişlər.
Hazırda fakültəyə üç ixtisas kafedrası:
Azərbaycan tarixi (müdiri, prof.S.A.Məmmədov),
Türk və Şərqi Avropa xalqları tarixi (müdiri prof. O.B.Sultanov),
ümumi tarix (müdiri prof. V.H.Əliyev),
üç ümumuniversitet kafedrası:
ümumi pedaqogika – müdiri prof. H.M.Əhmədov;
fəlsəfə – müdir əvəzi dos. K.Q.Hüseynov;
iqtisadi və sosial fənlər – müdiri dos. Ə.Q.Allahverdiyev) fəaliyyət göstərir.
Yaradıcı Kollektiv
|
|
|
|
|
Azərbaycan Tarixi Kafedrası
"Azerbaijan History Department Page"
Türk və Şərqi Avropa Tarixi və Tarixin Tədrisi Metodikası Kafedrası
"Methodology History Department Page"
Fəlsəfə Kafedrası
"Philosophy Department Page"
İqtisadi və sosial fənlər Kafedrası
"Economic Department Page"
Ümumi Pedaqogika Kafedrası
"Pedagogy
Department Page"
Ümumi Tarix Kafedrası
"General
History Department Page"
Əməkdaşlar
"Personals
Page"
Elmi Əsərlər və Məqalələr
"Publications
Page"
Məzunlar
"Graduates
Page"
|
|
|
|
|
|
|
|
|