|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsinin - İqtisadi
və sosial fənlər Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsi
- İqtisadi və sosial fənlər Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!"
deyirəm.
Tarix Fakültəsi - İqtisadi və sosial fənlər Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir.
Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları history_economic@aspu.az
elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Tarix Fakültəsi - İqtisadi və sosial fənlər Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji
təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası
üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Tarix Fakültəsi - İqtisadi və sosial fənlər Kafedrasının Müdiri,
dos.Ə.Q.Allahverdiyev
|
|
|
|
|
UNİVERSİTETİN TARİX FAKÜLTƏSİ - İqtisadi və sosial
fənlər Kafedrası
1930-cu ildə təşkil olunan siyasi iqtisad kafedrasına ilk dövrlərdə
prof. B.B.Həsənbəyov, sonralar isə respublikanın tanınmış iqtisadçı alimləri prof.
Z.H.Cahangirov, prof. R.Ş.Qarayev rəhbərlik etmişlər. 1943-1974-cü illərdə kafedraya
rəhbərlik edən prof. Z.H.Cahangirovun Azərbaycan iqtisadi elminin inkişafında böyük
xidmətləri olmuşdur.
Uzun müddət kafedrada çalışan prof. T.Z.Vəliyev, prof. N.H.Nərimanov, prof. R.Ş.Qarayev,
prof. F.Əmirkişiyev iqtisadiyyatın müxtəlif problemlərinə aid sanballı elmi əsərlər
yazmışlar.
Respublikanın qadınları içərisində ilk iqtisadçı alim sayılan dos.S.Ə.Rzayeva uzun
müddət institutun siyasi iqtisad kafedrasında çalışmışdır. O, namizədlik dissertasiyasını
1966-cı ildə müdafiə etmişdir.
1990-cı ildən kafedra iqtisadi nəzəriyyə kafedrası adı altında fəaliyyətini davam
etdirdi. 1998-ci ildən etibarən isə kafedra iqtisadi və sosial fənlər kafedrasına
çevrildi. Kafedranın strukturu dəyişdi, əməkdaşların sayı artdı.
1997-ci ildən kafedraya dos.Ə.Q.Allahverdiyev rəhbərlik edir. Ə.Q.Allahverdiyev
2005-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Onun müasir Azərbaycan iqtisadiyyatının
vacib problemlərinə həsr edilmiş «Sosial-iqtisadi sistemin dəyişməsi şəraitində
iqtisadi inkişafın səciyyəsindəki dəyişikliklər» (1998), «Bazar iqtisadiyyatının
təşəkkülü prosesində makroiqtisadi dinamik və struktur dəyişikliklərin tənzimlənməsi
problemləri» (2001) adlı monoqrafiyaları daha çox diqqəti cəlb edir.
Kafedra əməkdaşları iqtisadi nəzəriyyə ilə yanaşı, hüquq, sosiologiya, politologiya
və s. müvafiq fənləri də tədris edirlər.
Universitetimizdə «Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları»
fənni prof. İbrahim İsmayılov tərəfindən tədris olunur.
Onun son illərdə «Qanunla qorunan hüququn iddia vasitəsilə müdafiəsinin bəzi məsələləri»
(1994), «Bazar iqtisadiyyatı ilə əlaqədar əmək münasibətləri məsələləri» (1995),
«Əmək hüququ» (1996), «Azərbaycan Respublikası Konstitusiyasının əsasları» (1998),
«Pensiya təminatının bəzi məsələləri» (2004), «Əmək məsələlərinin Konstitusiyası»
(2004) əsərləri nəşr olunmuşdur. Kafedranın əməkdaşlarından dos. İ.M.Rzayevin «Azərbaycan
iqtisadiyyatının bəzi məsələləri» (i.e.d. Ə.Q.Allahverdiyevlə şərikli) (1992), dos.K.Ş.Zeynalovun
«Keçid dövründə bölgü münasibətlərinin ziddiyyətləri və onların həlli yolları» (1992),
dos. M.Ə.İsayevin «Yenidənqurma və demokratiya şəraitində gənclərin zərərli adətlərinə
qarşı mübarizə» (1991), «Siyasi sistemdə dövlət» (1991), «Sosiologiya» (ali məktəblər
üçün mühazirə mətnləri) (dos. H.Musayevlə şərikli) (1996), «Politologiya elm kimi»
(1994), «Sosiologiya cəmiyyət haqqında elmdir» (1995), dos. A.H.Hacıyevin «XIX əsrin
sonu, XX əsrin əvvəlində dünyanın siyasi mənzərəsi» (1990), b/m Z.S.Nağıyevin «Hüququn
əsasları» üzrə mühazirə məntləri (2006) adlı əsərləri çap edilmişdir.
Hazırda kafedrada 21 nəfər (1 elmlər doktoru, professor, 1- iqtisad elmləri doktoru,
dosent, 9 - dosent, 1 - siyasi elmlər namizədi, baş müəllim, 4 - baş müəllim, 1
- tarix elmləri namizədi, müəllim, 5 – müəllim) çalışır: h.e.d., prof. İ.İ.İsmayılov,
i.e.d., dos. Ə.Q.Allahverdiyev, dosentlər – O.H.Qüdrətov, M.Ə.İsayev, M.İ.Cəfərov,
D.Ə.Babayeva, C.X.Şahmirzəyeva, A.H.Hacıyev, N.K.Davlenidze, Ə.C.Seyidov, s.e.n.
b/m A.Ə.Axundov, baş müəllimlər – H.İ.Quliyev, V.Ə.Əliyev, E.S.Məmmədova, Z.S.Nağıyev,
t.e.n. müəllim – C.S.Cəfərli, müəllimlər – Ş.F.Gülməmmədova, Ə.C.Abdullayev, İ.Y.Əliyeva,
K.R.Baxşəliyeva, S.Ə.Hüseynov çalışırlar.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|