Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksTarix >> Türk və Şərqi Avropa Tarixi və Tarixin Tədrisi Metodikası Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN TARİX FAKÜLTƏSİ - Türk və Şərqi Avropa Tarixi və Tarixin Tədrisi Metodikası Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsinin - Türk və Şərqi Avropa Tarixi və Tarixin Tədrisi Metodikası Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsi - Türk və Şərqi Avropa Tarixi və Tarixin Tədrisi Metodikası Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Tarix Fakültəsi - Türk və Şərqi Avropa Tarixi və Tarixin Tədrisi Metodikası Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları history_methodology@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Tarix Fakültəsi - Türk və Şərqi Avropa Tarixi və Tarixin Tədrisi Metodikası Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Tarix Fakültəsi - Türk və Şərqi Avropa Tarixi və Tarixin Tədrisi Metodikası Kafedrasının Müdiri,
prof.O.B.Sultanov
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN TARİX FAKÜLTƏSİ - Türk və Şərqi Avropa Tarixi və Tarixin Tədrisi Metodikası Kafedrası 
Kafedra SSRİ tarixi kafedrasının bazası əsasında 1992-ci ildə təşkil olunmuşdu.
1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu müstəqil təhsil ocağı kimi yenidən təşkil edilən zaman, onun ilk kafedralarından olan SSRİ tarixi kafedrasına 1930-1937-ci ildə prof. B.N.Tixomirov, 1938-1941-ci illərdə dos. Ə.B.Şükürzadə, 1943-1945-ci illərdə dos. C.Ə.Rəhimov, 1945-1947-ci illərdə prof. C.M.İbrahimov, 1975-1981-ci illərdə prof. İ.M.Həsənov, 1981-1992-ci illərdə prof. Ş.Ə.Sadıqov rəhbərlik etmişdir.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Türk, Şərqi Avropa, Qafqaz xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasına 1992-1994-cü illərdə prof. Ş.Ə.Sadıqov, 1994-1999-cu illərdə prof. D.H.Qüdrətov rəhbərlik etmişdir. 1999-cu ildən kafedraya prof.O.B.Sultanov rəhbərlik edir.
XX əsrin 40-50-ci illərdə kafedrada çalışan yüksək ixtisaslı kadrlar – dos. C.Ə.Rəhimov, Ə.B.Şükürzadə, dos. C.M.İbrahimov, dos. Y.Y.Ələsgərov, dos. İ.Q.Şükürzadə, dos. Ş.Ə.Sadıqov, dos. Ə.K.Dilbazov, dos. A.B.Əliyev tarix elminin inkişafında və pedaqoji kadrların hazırlıanmasında əvəzsiz xidmət göstərmişlər. 1959-1962-ci illərdə dos.N.A.Paşayev, dos. N.İ.Əlizadə, Ə.Ş.Şahmirov, Ə.Y.Süleymani, 60-cı illərin sonu 70-ci illərin əvvəlində prof.İ.M.Həsənov və dos.M.N.Salahovun kafedraya işə dəvət edilməsi onun elmi-pedaqoji potensialını daha da möhkəmləndirdi.
Kafedranın üzvləri tədris-pedaqoji fəaliyyətlə yanaşı, elmi-tədqiqat sahəsində də uğurlar qazanmışlar. 50-70-ci illərdə kafedranın əməkdaşları Y.Y.Ələsgərov, Ş.Ə.Sadıqov, A.P.Əliyev, Ə.K.Dilbazov, N.İ.Əlizadə, İ.Q.Şükürzadə, Ə.Ş.Şahmirov, Ə.Y.Süleymani, K.Ş.İbrahimov namizədlik; dos.C.M.İbrahimov, dos.İ.M.Həsənov, dos.Ş.Ə.Sadıqov, dos.D.H.Qüdrətov müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişlər.
Prof.Ş.Ə.Sadıqovun «Zaqafqaziya sovet respublikalarının əlaqələri haqqında (1920-1921-ci illər)» (1960), «SSRİ-nin təşkili» (1961), «Müharibədən sonrakı illərdə Zaqafqaziya sovet respublikalarının əməkdaşlığı» (1965), prof.Ə.Ş.Şahmirovun «Azərbaycanda yod-brom sənayesinin tarixinə dair» (1968), «Azərbaycanda kimya sənayesinin tarixindən» (1971), prof. D.H.Qüdrətovun «Sovet respublikaları arasında dostluq və əməkdaşlıq», «Kommunizm quruculuğu dövründə sovet xalqları arasında əməkdaşlıq» (1965), «Dostluq, əməkdaşlıq və b. nailiyyətlər» (1968), «Sosializm quruculuğu dövründə Azərbaycanın qardaş sovet respublikaları ilə iqtisadi və mədəni əməkdaşlığı» (1970) dövründə Azərbaycanın RSFSR-lə mədəni əməkdaşlığı” (1985), R.Ə.Əliyevin “Azərbaycanın Gürcüstan və Ermənistanla elmi və mədəni əlaqələri (1966-1975-ci illər), S.X.Məmmədovanın ”Azərbaycanın Özbəkstanla iqtisadi və mədəni əməkdaşlığı (1971-1980-ci illər)” (1986), P.Ş.Səfərovun «Azərbaycanın qardaş sovet respublikaları ilə iqtisadi və mədəni əməkdaşlığı. Naxçıvan MSSR-ın materialları əsasında. (1971-1985-ci illər)», prof. M.N.Salahovun “Sosializmin inkişafı dövründə Azərbaycanda ali təhsil (1945-1980-ci illər)” adlı doktorluq dissertasiyası (1990), APİ-nin tarixinə dair Ş.Sadıqov və H.S.Əzimovla «Azərbaycan Dövlət Pedaqoji İnstitutu 50 ildə» (1972), «Pedaqoji kadrlar ocağı» (1975), A.M.Qurbanov və Ş.Ə.Sadıqovla birlikdə müəllifi olduğu «Azərbaycanın ilk pedaqoji institutu» (1981) adlı yubiley nəşrləri, «Azərbaycanda ali təhsil: tarix, problemlər, perspektivlər» (1990) monoqrafiyaları və vəsaitləri bu gün də elmi dəyərini saxlayır.
Prof. O.B.Sultanovun “XX əsrin 80-ci illərinin sonu, 90 illərinin əvvəllərində siyasi mübarizə” (1996) mövzusundakı doktorluq dissertasiyası “Xocalı faciəsi əsrin soyqırımıdır” (1995) əsəri elmi və praktiki cəhətdən yüksək qiymətə layiqdir. Dosentlər Q.Bəşirov, S.M.Seyidova, İ.Mahmudov, A.Piriyevanın namizədlik dissertasiyaları, monoqrafiya və məqalələri müvafiq problemlərin obyektiv işıqlandırılmasına xidmət edir.
Tarixin tədrisi metodikası üzrə dosentlər T.F.İskəndərov, M.M. Əmirov və E.C.Qasımovanın tədqiqatları yeni təlim texnologiyalarının və üsullarının təhlili və ümumiləşdirilməsi baxımından əhəmiyyətlidir.
Bakalavr və magistratura pillələrindən ibarət təhsil sisteminə keçidlə əlaqədar olaraq, kafedranın tədris yükü yeni ixtisas fənləri ilə zənginləşdirilmişdir. “Türk xalqları tarixi”, “Şərqi Avropa xalqları tarixi”, “Qafqaz xalqları tarixi”, “Ümumtürk dövlətçilik tarixi”, “Türk ictimai fikir tarixi” və digər fənlərin tədrisi təşkil edilmişdir. Respublikanın ali pedaqoji məktəblərində ilk dəfə tədrisinə başlanılan və hələlik yeganə olan “İnteraktiv təlim üsulları” fənni öyrənilməyə başlanmışdır.
Kafedrada tarixin tədris metodikası, insan və cəmiyyət fənlərinin tədrisi ilə əlaqədar bir sıra dərs vəsaiti, tədris-metodik ədəbiyyat nəşr olunmuşdur. Bunlardan dos. M.Əmirovun «Azərbaycan Respublikası Konstitusiyasının əsasları» (1996), «Tarixin tədrisində şagirdlərin müstəqil işlərinin təşkili» (2000), «Tarix təliminin metodikası» (2000); dos. T.F.İskəndərovun «Tarixin tədrisi metodikasından kurs işlərinin yazılması» (1995), «Ümumtəhsil məktəblərində Azərbaycan Demokratik Respublikası mövzusunun tədrisinə dair» (1995), «Tarix fakültəsi tələbələrinin pedaqoji təcrübəsi» (1996) tədris-metodik göstərişləri təlimin və pedoqoji təcrübənin səmərəli təşkili və keçirilməsinə kömək edən metodik vəsaitlərdir.
Kafedranın respublikanın ali məktəbləri və elmi tədqiqat müəssisələri ilə yaradıcılıq əlaqələri gündən-günə genişlənməkdədir. Prof.O.B.Sultanovun da müəllifi olduğu, kollektiv redaksiya heyəti tərəfindən hazırlanan, Bakı Dövlət Universitetində 1998-ci ildə çap olunan ali məktəblər üçün “Siyasi tarix. II hissə”, Respublika təhsil nazirinin bilavasitə tövsiyəsi ilə redaksiya heyyətinə daxil edilmiş prof. O.B.Sultanov və kafedranın təcrübəli metodisti R.Z.Xəlilovun iştirakı ilə ümumtəhsil məktəblərinin VIII-IX sinifləri üçün hazırlanmış “İnsan və Cəmiyyət” dərslikləri əməkdaşlığın formalarından biridir.
Prof. O.B.Sultanov Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu və Akademiyanın Naxçıvan bölməsi nəzdindəki İxtisaslaşdırılmış Müdafiə Şuralarının üzvü, D.H.Qüdrətov isə Azərbaycan Respublikası Prezidenti yanında İdarəetmə Akademiyası nəzdindəki Şuranın üzvüdür.
2000-2006-cı illər kafedranın fəaliyyət tarixinə beynəlxalq əlaqələrinin əsasının qoyulduğu və inkişaf etdirildiyi dövr kimi daxil olmuşdur.
2005-2006-cı illərdə kafedranın müdiri prof. O.B.Sultanov Fransa və Türkiyəyə elmi yaradıcılıq dəvəti almışdır. Onun Türkiyədə “Avropa Birliyi və müasir dünyanən inkişaf meyilləri” mövzusunda beynəlxalq konfransda eyniadlı məruzəsi rəğbətlə qarşılanməş və konfransın materiallarında çap olunmuşdur.
Milli təhsilin beynəlxalq standartlara uyğun formalaşdırılmasının zəruriliyi nəzərə alınaraq, 2OO2-ci ildə kafedranın nəzdində «Tarix resurs mərkəzi» yaradılmışdır.
Dos. S.Seyidova ingilis dilini bilən mütəxəssis kimi ABŞ departamentinin müvafiq layihəsi üzrə 3 ay müddətinə Vaşinqton şəhərinə ezam edilmişdir.
1992-2006-cı illərdə kafedrada 1 doktorluq, 5 namizədlik dissertasiyası yerinə yetirilmişdir. 20-dən artıq magistr hazırlanmışdır.
Hazırda kafedrada 3 professor – O.Sultanov, D.Qüdrətov, M.Salahov, 6 dosent – S.Məmmədova, M.Əmirov, R.Əliyev, S.Seyidova, T.İskəndərov, P.Səfərov, 5 baş müəllim – R.Xəlilov, E.Qasımova, Q.Bəşirov, O.Sadıqzadə, A.Piriyeva, 3 müəllim – İ.Quliyev, T.İsayeva, S.Həziyeva çalışır.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  TARİX FAKÜLTƏSİ - Türk və Şərqi Avropa Tarixi və Tarixin Tədrisi Metodikası Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksTarix >> Türk və Şərqi Avropa Tarixi və Tarixin Tədrisi Metodikası Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center