|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsinin - Fəlsəfə Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsi
- Fəlsəfə Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!"
deyirəm.
Tarix Fakültəsi - Fəlsəfə Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir.
Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları history_philosophy@aspu.az
elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Tarix Fakültəsi - Fəlsəfə Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji
təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası
üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Tarix Fakültəsi - Fəlsəfə Kafedrasının Müdiri,
dos.K.Q.Hüseynov
|
|
|
|
|
UNİVERSİTETİN TARİX FAKÜLTƏSİ - Fəlsəfə Kafedrası
Kafedra 1930/1931-ci tədris ilində yaradılmışdır. O zaman dialektik
materializm kafedrası adlanırdı.
Onun müdiri əvvəl professor A.B.Çiçikalov, sonra Ə.K.Zəkuzadə seçilmişdir. İlk illərdə
kafedrada prof. A.O.Makovelski, Ə.K.Zəkuzadə, H.N.Hüseynov, H.Ə.Əfəndiyev və başqaları
işləyirdilər. 1937/1938-ci dərs ilində marksizm-leninizm kafedrası ilə birləşdirildikdən
sonra kafedraya dos. M.Ə.Mahmudov, 1939/1940-cı dərs ilindən isə görkəmli Azərbaycan
filosofu H.N.Hüseynov rəhbərlik etmişdir.
Kafedra 1950/1951-ci dərs ilindən yenə müstəqil fəaliyyət göstərməyə başlamışdır.
Sonrakı illərdə kafedraya dos. H.Ə.Əfəndiyev (1957-1964), dos. M.H.Əliyev (1964-1972),
prof. C.S.Quliyev (1972-1978), dos. Ş.C.Salmanov (1979-1990), prof. S.S.Xəlilov
(1991-1993), prof. M.A.Balayev (1993-1999), dos. B.Ə.Fərəcov (1999-2005) rəhbərlik
etmişlər. 2005-ci ilin noyabr ayından kafedranın müdir əvəzi dos.K.Q.Hüseynovdur.
Kafedranın əməkdaşları dialektik və tarixi materializmin, təbiətşünaslığın fəlsəfi
əsasları, Azərbaycanda fəlsəfi fikir tarixi kimi aktual problemlərin tədqiqi ilə
məşğul olurlar. Sosial və mənəvi proseslərin metodoloji problemləri, ictimai fikir
tarixi, mənəvi-mədəni dəyərlərin formalaşma amilləri və qanunauyğunluqları tədqiqatçıların
diqqət mərkəzindədir.
Son 20 ildə kafedranın əməkdaşlarının – prof.M.A.Balayevin «İslam və onun ictimai-siyasi
həyatda rolu» (1991), «İslam, əxlaq və siyasət» (1994), «Azərbaycanda milli hərəkat
ideyalarının yaranması və tarixi təkamülü» (1994), «İncəsənətin növləri» (1997),
«Azərbaycanda islam dininin öyrənilməsi» (2005); prof. A.Ə.Şirinovun «İnsan və cəmiyyət»
(1995); dos.B.Z.Fərəcovun «Sosializmdə siniflərin sosial fəallığı» (1984), «Sinfi
mənafe və onların qarşılıqlı əlaqəsi» (1986), «Elmi-texniki inqilab və sinfi münasibətlərin
inkişafı», «Elmi-texniki inqilab və biosfera problemi» (1999), «Müasir şəraitdə
insanla təbiətin qarşılıqlı münasibəti» (1999), «Biosfer və iosferanın təbii-elmi
və fəlsəfi əsasları» (2000), «Müasir ekoloji şəraitin sosial-iqtisadi aspektləri»
(2001); dos.Y.Ə.Qaraməmmədlinin «Fəlsəfi ensiklopedik lüğət» (şərikli – 1997); dos.R.N.Məhərrəmovun
«İncəsənətin növləri» (1996); dos.L.D.Quliyevanın «Estetik mədəniyyət» (1993), «Ümumi
qanunauyğunluq və mədəniyyətin inkişafı» (1994), «Gender və sənətşünaslıq» (2006);
baş müəllim T.Ş.Şərifovun «Fəlsəfənin tədrisində əyani vasitələrdən istifadə» (1982),
«İncəsənətin növləri» (1998) kimi monoqrafiya, dərslik və tədris vəsaitləri çap
edilmişdir.
Hal-hazırda kafedrada 12 nəfər (1 elmlər doktoru, professor, 1 elmlər namizədi,
professor, 7 elmlər namizədi, dosent, 1 elmlər namizədi, 2 baş müəllim, müəllim)
– f.e.d., professor M.A.Balayev, f.e.n., professor A.Ə.Şirinov, f.e.n., dosentlər
- K.Q.Hüseynov, M.S.İsmayılov, Y.A.Qaraməmmədli, Z.Ə.Zülalova, S.M.Adıgözəlova,
Q.D.Quliyeva, M.N.Məhərrəmov, f.e.n., müəllim T.B.Məmmədova, baş müəllimlər - A.Ə.Əliyev
və T.Ş.Şərifov çalışırlar.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|