|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsinin
- Cəbr və Həndəsə Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsi
- Cəbr və Həndəsə Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!"
deyirəm.
Riyaziyyat Fakültəsi - Cəbr və Həndəsə Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir.
Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları mathematics_algebrageometry@aspu.az
elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Riyaziyyat Fakültəsi - Cəbr və Həndəsə Kafedrasının Web Səhifəsi Azərbaycanın ali
pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş
oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Riyaziyyat Fakültəsi - Cəbr və Həndəsə Kafedrasının Müdiri,
Dos. Y.R.Baxşəliyev
|
|
|
|
|
UNİVERSİTETİN RİYAZİYYAT FAKÜLTƏSİ - Cəbr və Həndəsə
Kafedrası
1970-ci ildə ali cəbr kafedrası: cəbr və ədədlər nəzəriyyəsi, həndəsə
kafedralarına bölündü.
Həndəsə kafedrasına dos. B.M.Yusifzadə, cəbr və ədədlər nəzəriyyəsi kafedrasına
əməkdar elm xadimi, prof., AMEA-nın müxbir üzvü M.H.Cavadov rəhbərlik etmişlər.
Kafedranın əməkdaşları tədrislə yanaşı, həndəsənin nəzəri problemləri və onun tədrisinin
metodiki məsələlərinin tədqiqi ilə məşğul olub, bir sıra əsərlər nəşr etdirmişlər:
dos. R.Abbasov «Çoxdəyişənli funksiyaların inteqral hesabı» (1986, rus dilində),
«Qeyri-evklid həndəsəsinə aid məsələlər» (1987), «Həndəsəyə dair praktikum» (1989),
B.Əsgərov və S.Axundovla birlikdə «Həndəsə əsaslarına aid metodik göstəriş» (1990),
B.Əsgərov, P.Göyüşov «Həndəsə» (1991), X.Paşayev, B.Əsgərov, S.Axundov, Ü.İsmayılova,
P.Göyüşov, V.Hasilov, N.Acalova, G.Xudaverdiyeva «Fəzada düz xətt və müstəviyə aid»
(1987), «Diferensial həndəsədən mühazirələr» (1989), «Həndəsə əsaslarına aid metodik
göstərişlər» (1989), «Müstəvi üzərində həndəsi məsələlərin həllinə aid» (1990),
«Həndəsədən məsələlər həllinə aid metodik göstərişlər və yoxlama işləri» (1990),
«Həndəsədən mühazirələrə aid metodik göstəriş» (1990), «Diferensial həndəsədən məsələlər»
(1991), «Fəzada həndəsə məsələləri» (1991), «Proyektiv həndəsə» (1992), «Həndəsə
qurma məsələlərinin həlli üsulları» (1993) və s.
Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, prof. M.H.Cavadov cəbr və ədədlər nəzəriyyəsi
kafedrasında müxtəlif istiqamətlər üzrə elmi işlərin aparılmasını təşkil etmişdir.
İndi də onun irəli sürdüyü «Sonsuz ölçülü fəzalar cəbri» istiqaməti üzrə dosentlər:
L.Ş.Əbdülkərimli, Y.R.Baxşəliyev, H.A.Əkbərova və başqaları elmi işləri davam etdirirlər.
Digər bir istiqamətdə – «Cəbrin bəzi tətbiqləri və onun ali məktəbdə tədrisi metodikası»
üzrə dosentlər A.H.Sultanov, Ş.S.Abdullayev, F.H.Əfəndiyev və başqaları çalışırlar.
Dos. Y.R.Baxşəliyevin «Riyazi strukturlar» (1981) adlı dərs vəsaiti tələbələr və
magistrlər üçün nəzərdə tutulmuşdur.
Kafedranın əməkdaşları H.M.Hüseynov və M.A.Nəcəfov 1983-cü ildə dissertasiya müdafiə
edərək elmlər namizədi alimlik dərəcəsi almışlar. Dos. M.A.Nəcəfov hal-hazırda fakültənin
dekanı işləyir. Onun 1999-cu ildə prof. M.Yaqubovla birlikdə çap etdirdiyi «Maksimum
və minimum məsələlər» adlı dərs vəsaiti tələbələr və həm də orta məktəb müəllimləri
üçün əhəmiyyətlidir.
1993-cü ildə «Cəbr və ədədlər nəzəriyyəsi» kafedrasına dos. L.Ş.Abdulkərimov müdir
seçildi. Kafedra əməkdaşları A.H.Sultanov və Ş.S.Abdullayev 1994-cü ildə namizədlik
dissertasiyası müdafiə etdilər. Dos. F.H.Əfəndiyev həmkarları ilə birlikdə cəbrin
tədrisi metodikası ilə bağlı maraqlı metodik araşdırmalar aparır. Əvvəli prof. M.H.Cavadovla
başlamış «Cəbr və ədədlər nəzəriyyəsi» dərs vəsaitinin III və IV hissələri dosentlər
L.Ş.Abdulkərimov və Y.R.Baxşəliyevin səyi nəticəsində çap edilmişdi.
1998-ci ildə «Cəbr və ədədlər nəzəriyyəsi» kafedrası ilə «Həndəsə» kafedrası yenidən
birləşərək «Cəbr və həndəsə» kafedrası adlandırıldı.
Yeni kafedraya bir müddət dos. L.Ş.Abdulkərimov rəhbərlik etdi. 1999-cu ildən isə
bu vəzifədə Y.R.Baxşəliyev çalışır.
Kafedrada dosentlər X.X.Paşayev və M.A.Nəcəfovun «Analitik həndəsədən mühazirələr»,
A.H.Sultanovun «Xətti cəbr və riyazi proqramlaşdırma» adlı dərs vəsaiti tələbələrin
istifadəsinə verilmişdir.
Kafedra BDU-nun həndəsə kafedrası və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə
sıx əlaqələr yaratmışdır.
Dos. Y.R.Baxşəliyev cəbri strukturların tədrisdə tətbiqinə aid və dos. M.A.Nəcəfov
konik və silindrik optiklərin aeroelastik rəqsləri, dayanıqlığı haqqında bir sıra
maraqlı elmi nəticələr almışlar.
Hazırda kafedrada 13 nəfər ( 9 – elmlər namizədi, dosent; 2 dosent; 1 elmlər namizədi,
baş müəllim) – dosentlər: Y.R.Baxşəliyev (kafedra müdiri), L.Ş.Abdulkərimov, F.H.Əfəndiyev,
Ş.S.Abdullayev, H.A.Əkbərova, A.H.Sultanov, G.A.Xudaverdiyeva, P.Y.Göyüşov, N.A.Acalova,
Ü.L.İsmayılova, M.A.Nəcəfov (dekan) və müəllim A.Ş.Şelemanov çalışırlar.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|