Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation Links::: FAKÜLTƏLƏR ::: >> Riyaziyyat
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN RİYAZİYYAT FAKÜLTƏSİNƏ XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsinin Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsinin Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Riyaziyyat Fakültəsinin Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları mathematics@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Riyaziyyat Fakültəsinin Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Riyaziyyat Fakültəsinin Dekanı,
dos. M.A.Nəcəfov
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN RİYAZİYYAT FAKÜLTƏSİ 
Riyaziyyat fakültəsi 1921-ci ildən fəaliyyət göstərir.
Şöbə kimi fəaliyyətə başlayan fakültənin ilk dekanı M.R.Əfəndiyev olmuşdur. 9 nəfərlə fəaliyyətə başlayan fakültə sonradan respublikamız üçün riyaziyyat və fizika müəllimləri hazırlayan əsas baza olmuşdur. Fakültə 1969-cu ildə ayrılaraq müstəqil riyaziyyat və fizika fakültələrinə çevrildi.
Riyaziyyat fakültəsinin dekanı vəzifəsində müxtəlif illərdə prof. Ə.S.Cəfərov, prof. Y.C.Salmanov, prof. Ə.M.Məmmədov, prof. Ş.Ş.Vəkilov, prof. Q.A.Orucov, dos. F.S.Abdullayev, dos. C.M.Süleymanov, dos. Ş.A.Məmmədov çalışmışlar.
2001-ci ildən fakültənin dekanı dos. M.A.Nəcəfovdur.
Görkəmli riyaziyyatçılar: akademiklərdən İ.İbrahimov, Ə.Hüseynov, F.Maqsudov, Z.Xəlilov, Q.Əhmədov, M.Rəsulov, M.Cavadov və başqaları fakültənin formalaşmasında, onun elmi potensialının artmasında və yüksək ixtisaslı elmi kadrların hazırlanmasında mühüm rol oynamışlar.
Riyaziyyat fakültəsində 9 nəfər elmlər doktoru, professor, 41 elmlər namizədi, dosent, 8 nəfər baş müəllim, 13 nəfər müəllim və assistent çalışır.
Hazırda fakültənin əyani və qiyabi şöbələrində 970 tələbə təhsil alır, onlardan 593 nəfər əyani şöbədə, 377 nəfəri isə qiyabi şöbədə oxuyur. Fakültədə riyaziyyat, riyaziyyat-informatika ixtisasları üzrə mütəxəssis hazırlanır.
Fakültənin Müstəqil Dövlətlər Birliyinin elmi mərkəzləri ilə, o cümlədən Rusiya EA-nın Riyaziyyat İnstitutu, Novosibirsk, Kiyev, Tula Universitetləri ilə geniş əlaqələri vardır.
Riyaziyyat fakültəsində 5 ixtisas üzrə magistratura fəaliyyət göstərir. İlk dəfə magistrarturaya (1997-ci ildə) 5 nəfər tələbə qəbul olunmuşdu. Hazırda fakültədə 24 magistr təhsil alır.
Magitsrlərin dissertasiyalarının yüksək səviyyədə hazırlanmasında onların elmi rəhbərlərinin böyük rolu vardır.
Fakültədə beş kompüter sinfi fəaliyyət göstərir. Bu kompüterlərin internetə çıxışı təmin olunmuşdur. Fakültənin müəllimləri və magistrləri bu imkanlardan istifadə edərək, müxtəlif universitetlərin və elmi mərkəzlərin iş təcrübəsi ilə tanış olurlar. Müxtəlif elektron kitabxanalardan və digər açıq informasiya resurslardan faydalanır, öz elmi-metodiki səviyyələrini yüksəldirlər.
Fakültədə elmi-metodiki seminar fəaliyyət göstərir.
Fakültədə 5 ixtisas kafedrası və 5 tədris laboratoriyası fəaliyyət göstərir.
Bunlar: «Riyazi analiz», «Funksiyalar nəzəriyyəsi», «Cəbr və həndəsə», «Hesablama riyaziyyatı və informatika», «Riyaziyyat və onun orta məktəbdə tədrisi metodikası» kafedralarıdır.
Fakültədə fəaliyyət göstərən 5 ixtisas kafedrasının dördünün müdirləri riyaziyyat fakültəsinin məzunlarıdır: f.r.e.d., prof. M.C.Cəbrayılov, n.e.d., prof. A.S.Adıgözəlov, f.r.e.n., dos. Y.R.Baxşəliyev, f.r.e.n., dos. Z.Ə.Tağıyeva.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  RİYAZİYYAT FAKÜLTƏSİ WEB SƏHİFƏSİNİN STRUKTURU 
 Riyazi Analiz Kafedrası 
 "Mathematical Analysis Department Page" 
 Cəbr və Həndəsə Kafedrası 
 "Algebra and Geometry Department Page" 
 Hesablama Riyaziyyatı və İnformatika Kafedrası 
 "Computational Mathematics and Informatics Department Page" 
 Funksiyalar Nəzəriyyəsi Kafedrası 
 "Theory of Functions Department Page" 
 Riyaziyyat və onun Tədrisi Metodikası Kafedrası 
 "Methodology Mathematics Department Page" 
 Əməkdaşlar 
 "Personals Page" 
 Elmi Əsərlər və Məqalələr 
 "Publications Page" 
 Məzunlar 
 "Graduates Page" 
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  RİYAZİYYAT FAKÜLTƏSİNİN MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation Links::: FAKÜLTƏLƏR ::: >> Riyaziyyat
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center