Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksRiyaziyyat >> Funksiyalar Nəzəriyyəsi Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN RİYAZİYYAT FAKÜLTƏSİ - Funksiyalar Nəzəriyyəsi Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsinin - Funksiyalar Nəzəriyyəsi Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsi - Funksiyalar Nəzəriyyəsi Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Riyaziyyat Fakültəsi - Funksiyalar Nəzəriyyəsi Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları mathematics_functions@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Riyaziyyat Fakültəsi - Funksiyalar Nəzəriyyəsi Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Riyaziyyat Fakültəsi - Funksiyalar Nəzəriyyəsi Kafedrasının Müdiri,
prof. Q.Ə.Orucov
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN RİYAZİYYAT FAKÜLTƏSİ - Funksiyalar Nəzəriyyəsi Kafedrası 
Kafedranın əməkdaşları funksiyalar nəzəriyyəsinin xüsusi məsələləri problemi üzrə tədqiqat aparırlar. Araşdırmaların nəticələri xarici ölkələrin, habelə respublikanın elmi mətbuatında dərc olunmuşdur.
Kafedra üzvləri bir sıra beynəlxalq və respublika elmi konfranlarında məruzələrlə çıxış etmişlər. Kafedranın dosenti O.H.Həmzəyev 1992-ci ildə prof. Q.Ə.Orucovun rəhbərliyi altında «Dirixle sırasının cəmi şəklində verilmiş analitik funksiyanın boyu haqqında» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Prof.Q.Orucovun «Riyazi analiz» (monoton və məhdud variasiyalı funksiyalar) (1993) və «Riyazi analiz və funksiyalar nəzəriyyəsi, Riman Stiltes inteqralı» (1998), onun F.Səlimov, H.İbrahimov və F.Abdullayevlə birlikdə «Analitik funksiyalar nəzəriyyəsindən mühazirələr» (1985), F.Səlimov və R.Qəmərli ilə birlikdə «Riyazi analizdən qeyri-müəyyən inteqral hesabına aid» (1988), dos.F.Səlimovun «Dirixle sırası» (rus dilində), (I və II hissələr, 1989 və 1992) monoqrafik tədqiqatı, onun M.Ə.Əzimovla birlikdə «İnteqral hesabı» (1986), M.Ə.Əzimov və Ş.F.Məmmədovla birlikdə «Diferensial tənliklər» (1991) və R.Qəmərli ilə şərikli «Riyaziyyatdan abituriyentlərə kömək» (I hissə, 1991) əsərləri çap olunmuşdur.
Hazırda kafedrada 9 nəfər (1 elmlər doktoru, professor, 4 dosent, 2 baş müəllim, 1 müəllim və 2 laborant – prof. Q.Ə.Orucov (kafedra müdiri), dosentlər: A.C.Adıgözəlov, O.H.Həmzəyev, R.Ə.Abbasov, İ.M.Xəlilov, baş müəllim: A.M.Məmmədov, müəllimlər R.M.Qəmərli və S.M.Nəcəfova) çalışır.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  RİYAZİYYAT FAKÜLTƏSİ - Funksiyalar Nəzəriyyəsi Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksRiyaziyyat >> Funksiyalar Nəzəriyyəsi Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center