Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksRiyaziyyat >> Hesablama Riyaziyyatı və İnformatika Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN RİYAZİYYAT FAKÜLTƏSİ - Hesablama Riyaziyyatı və İnformatika Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsinin - Hesablama Riyaziyyatı və İnformatika Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsi - Hesablama Riyaziyyatı və İnformatika Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Riyaziyyat Fakültəsi - Hesablama Riyaziyyatı və İnformatika Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları mathematics_informatics@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Riyaziyyat Fakültəsi - Hesablama Riyaziyyatı və İnformatika Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Riyaziyyat Fakültəsi - Hesablama Riyaziyyatı və İnformatika Kafedrasının Müdiri,
dos. Z.Ə.Tağıyeva
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN RİYAZİYYAT FAKÜLTƏSİ - Hesablama Riyaziyyatı və İnformatika Kafedrası 
Kafedra 1971-ci ildə hesablama riyaziyyatı və ehtimal nəzəriyyəsi adı ilə fəaliyyətə başlamışdır. Onun ilk müdiri dos. Hüseyn Əliyev (1971-1981) olmuşdur. Sonra kafedraya prof. Ə.M.Məmmədov (1981-1996) rəhbərlik etmişdir. 1998-ci ildən kafedra müdiri vəzifəsində dos. Z.Ə.Tağıyeva çalışır.
Kafedra yüksək ixtisaslı elmi kadr hazırlığında iştirak edir, tələbələrə informatika və hesablama texnikasının əsaslarını öyrədir. Bunun üçün maddi-texniki baza yaradılmış, 5 kompüter zalı təşkil edilmiş, zallarda fərdi kompüterlər yerləşdirilmişdir.
Kafedra əməkdaşları 50-dən çox elmi-metodiki dərs vəsaiti hazırlayıb nəşr etdirmişdir.
Prof. Ə.M.Məmmədovun «Ədədi üsullar» (1987), «İnformatika və hesablama texnikasının əsasları» (1988), onun dos. K.Cəfərovla birlikdə «Ehtimal nəzəriyyəsi» (I-II hissələr, 1981, 1984), dos. Ş.A.Məmmədov və V.M.Cabbarzadə ilə birlikdə «Proqramlaşdırma dilləri» (1992), Ə.Pələngovla müştərək «Kompüterin köməyi ilə musiqi dərslərinin tədrisi»(1993), V.Cabbarzadə ilə birlikdə «Tədrisdə EHM-dən istifadə edilməsinə dair laborator praktikum» (1994), Z.Ə.Tağıyevanın M.Ə.Yusifovla şərikli «Riyaziyyat və fizikadan bəzi məsələlərin həllində EHM-dən istifadə» (1994), Z.Q.Hüseynov, Q.İ.Əliyev, N.K.Orucovun «Word-97 mətn redaktoru ilə işin əsasları» (2001), Z.Ə.Tağıyeva, S.Həmidovun «İnformasiya sistemləri və onların texnologiyası» (2002), Z.Hüseynovun «Hesablama üsulları və praktikumu» (2003), S.C.Cəbrayılzadənin «Elektron cədvəli və praktik tapşırıqlar» (2003), Ə.Q.Pələngov, M.Alışov və Q.İ.Əliyevin «İnformatika (Windows, Word, Excel)» (2004), Ə.M.Məmmədov, F.Q.Səfərəliyevanın «Paskal proqramlaşdırma dili» (2004), Ə.Pələngov, Q.Əliyev və M.Alışovun «Basic və Pascal proqramları üzrə praktik və nəzəri kurs» (2005), Z.Ə.Tağıyeva, S.S.Həmidov, Q.İ.Əliyevin «İnformatika kursu üzrə laboratoriya işlərinə dair praktikum» (2005), Ə.Məmmədovun «Həndəsədən məsələlər həlli» (2005) adlı dərslik və dərs vəsaitləri öz aktuallığı ilə seçilir.
Prof. Ə.Məmmədov kafedrada tədris olunan fənlərdən əlavə orta məktəblər üçün informatika və hesablama texnikası üzrə tərtib olunan proqramların müəllifidir. Həmin fənn üzrə respublika metodiki şurasının üzvüdür.
Dos. Ş.A.Məmmədov Kiyev Universitetində namizədlik dissertasiyası (1983) müdafiə etmişdir. O, 1985-ci ildən informatika və hesablama riyaziyyatı kafedrasının dosenti, 1996-2001-ci illərdə isə riyaziyyat fakültəsinin dekanı olmuşdur.
Kafedranın dosenti İ.Əhmədov 2006-cı ildə «Elmin və təhsilin inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu və əhəmiyyəti» mövzusunda keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış etmişdir.
Hazırda kafedrada 17 nəfər (1 prof., 9 dos., 2 dos. əvəzi, 2 baş müəllim, 2 elmlər namizədi, 1 müəllim – prof. Ə.M.Məmmədov, dosentlər: Z.Ə.Tağıyeva (kafedra müdiri), Ə.Q.Pələngov (dekan müavini), O.A.Əfəndiyeva, V.M.Cabbarzadə, K.M.Cəfərov, Ş.A.Talıbova, Z.Q.Hüseynov, İ.B.Əhmədov, F.M.Mustafazadə, M.Ö.Yusifov, S.S.Həmidov, baş müəllim: e.n. A.A.Zeynalova, e.n. Q.İ.Əliyev, t.e.n.S.B.Mazanova, t.e.n. A.M.Quliyev, müəllim: Q.İ.Bəşirova) çalışır.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  RİYAZİYYAT FAKÜLTƏSİ - Hesablama Riyaziyyatı və İnformatika Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksRiyaziyyat >> Hesablama Riyaziyyatı və İnformatika Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center