|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Riyaziyyat Fakültəsinin - Riyazi Analiz Kafedrasının Web Səhifəsinə -
"XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsi
- Riyazi Analiz Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!"
deyirəm.
Riyaziyyat Fakültəsi - Riyazi Analiz Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir.
Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları mathematics_mathematicalanalysis@aspu.az
elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Riyaziyyat Fakültəsi - Riyazi Analiz Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji
təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası
üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Riyaziyyat Fakültəsi - Riyazi Analiz Kafedrasının Müdiri,
fizika-riyaziyyat elmləri doktoru, prof. M.S.Cəbrayılov
|
|
|
|
|
UNİVERSİTETİN RİYAZİYYAT FAKÜLTƏSİ - Riyazi Analiz Kafedrası
Kafedra Pedaqoji Universitetin aparıcı kafedralarındandır.
Kafedra respublikada müasir riyaziyyatın aktual problemlərinə həsr olunmuş tədqiqat
işi aparılan mərkəzlərdən biri kimi tanınmışdır.
Burada çoxhədlilərə yaxınlaşma, daxilolma teoremləri, sıralar və differensial tənliklər
nəzəriyyəsinə aid alınmış nəticələr riyaziyyatçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
Kafedranın elmi istiqamətinin müəyyənləşməsində uzun illər kafedranın müdiri olmuş,
əməkdar elm xadimi Azərb. MEA-nın akademiki, fizika-riyaziyyat elmləri doktoru,
prof. İ.İ.İbrahimov, onun tələbəsi prof. Ə.S.Cəfərovun xüsusi rolu olmuşdur. Kafedraya
akademik İ.İ.İbrahimov (1948-60), prof. Ə.S.Cəfərov (1962-78), (1988-98), prof.
S.Y.Yaqubov (1978-81), prof. Q.A.Orucov (1981-88) rəhbərlik etmişlər. 1998-ci ildən
kafedraya fizika-riyaziyyat elmləri doktoru, prof. M.S.Cəbrayılov rəhbərlik edir.
Kafedrada riyazi analizin aktual problemlərinə həsr olunmuş elmi seminar fəaliyyət
göstərir.
Kafedra əməkdaşları riyaziyyatın aktual problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda
maraqlı çıxışları ilə fərqlənirlər. Bu istiqamətdə yaranmış ənənəni prof. M.S.Cəbrayılov,
prof. Y.C.Salmanov, prof. V.M.Musayev, prof. V.Qurbanov, prof. V.S.Quliyev, dos.
C.N.Süleymanov, dos. B.Ə.Əliyev davam etdirir və beynəlxalq konfranslarda məruzələrlə
çıxışlar edirlər.
Kafedra əməkdaşları tanınmış elm mərkəzləri ilə əlaqə saxlayır, birgə elmi tədqiqat
işləri aparırlar.
M.S.Cəbrayılovun Moskva Dövlət Pedaqoji Universitetinin əməkdaşları ilə birlikdə
yazdığı «Riyazi analiz» adlı dərs vəsaitinin I-II hissələri çapdan çıxmışdır. Vəsait
Rusiya Pedaqoji ali məktəblərinə tədris vəsaiti kimi tövsiyə olunmuşdur.
Kafedranın əməkdaşları bir sıra dərslik və dərs vəsaitləri hazırlamışlar.
Son 10-15 ildə Ə.S.Cəfərov və C.N.Süleymanovun «Birdəyişənli funksiyanın diferensial
hesabı», prof. M.S.Cəbrayılovun «Ədədi üsullar», «Metrik və normalı fəzalar. Xətti
operatorlar», Y.C.Salmanovun «Riyazi fizika tənlikləri», M.S.Cəbrayılov, Y.C.Salmanov,
R.Ə.Abbasovun «Çoxdəyişənli funksiyaların inteqral hesabı», V.M.Qurbanovun «Ədədi
və funksional sıralar», C.Süleymanov, B.Əliyevin «Ardıcıllıq və onun limiti», «Funksiya
və onun limiti», V.M.Musayevin «Riyazi analizin başlanğıc kursun tədrisinə dair
metodik göstərişləri», «Ölçülən funksiyalar. İnteqral», Y.C.Salmanov və Ş.Y.Salmanovanın
«Riyazi fizika tənliklərindən məsələ və misallar», A.X.Babayev, E.M.Cəbrayılovanın
«Adi diferensial tənliklər», A.İmanova, V.Hasilov və Ş.Vəkilovun «Riyazi fizika
tənlikləri» adlı dərslik və dərs vəsaitləri nəşr olunmuşdur.
Kafedra əməkdaşlarından M.S.Cəbrayılovun, V.M.Qurbanovun, Y.C.Salmanovun, V.M.Musayevin
əsərləri Rusiyanın, Ukraynanın nüfuzlu elmi jurnallarında çap olunmuşdur.
Kafedra əməkdaşlarından V.M.Musayevin «Qeyri-xətti Fredholm tip tənliklərin tədqiqi»,
M.S.Cəbrayılovun «Vektor qiymətli funksiyaların Besov fəzalarında daxil olma teoremləri»,
Y.C.Salmanovun «Cəkili daxilolma teoremləri və onların bəzi cırlaşan sərhəd məsələlərinin
variasiya üsulu ilə həllinə tətbiqi», M.S.Cəbrayılovun uzun illər ərzində apardığı
araşdırmalar «Vektor qiymətli diferensiallanan funksiyalar fəzalarında daxil olma
teoremləri və onların tətbiqləri» adlı monoqrafiyasında ümumiləşdirilmişdir.
V.M.Musayevin uzun illər apardığı tədqiqatların nəticələri «Qeyri xətti Volterra-Fredholm
tip tənliklər» adlı monoqrafiyasında toplanmışdır.
Hazırda Türkiyədə İstanbul Texniki Universitetində işləyən prof. V.B.Şahmurov, habelə
Universitetin digər kafedralarında işləyən Q.Ə.Orucov, R.Ə.Abbasov, İ.M.Xəlilov,
H.İ.İbrahimov, A.Adıgözəlov, A.Məmmədov, R.Qəmərli uzun illər bu kafedrada fəaliyyət
göstərmişlər.
Hazırda kafedrada 24 nəfər professor-müəllim və tədris köməkçi heyəti fəaliyyət
göstərir: prof. M.S.Cəbrayılov (kafedra müdiri), prof. V.M.Musayev, prof. Y.C.Salmanov,
prof. V.M.Qurbanov, prof. F.Ağayev, prof. V.S.Quliyev, dos. C.N.Süleymanov, dos.
B.Ə.Əliyev, dos. E.Cəbrayılova, dos. A.İmanova, dos. Ş.Məmmədova, e/n. V.Şıxəliyev,
e/n. S.Qasımova, e/n. N.Qaraxanova, müəllimlər - F.Şabanova, Ə.Məmmədov, S.Kərimova,
R.Məmmədov, S.Ələsgərova.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|