|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsinin
- Riyaziyyat və onun Tədrisi Metodikası Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsi
- Riyaziyyat və onun Tədrisi Metodikası Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!"
deyirəm.
Riyaziyyat Fakültəsi - Riyaziyyat və onun Tədrisi Metodikası Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir.
Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları mathematics_methodology@aspu.az
elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Riyaziyyat Fakültəsi - Riyaziyyat və onun Tədrisi Metodikası Kafedrasının Web Səhifəsi Azərbaycanın ali
pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş
oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Riyaziyyat Fakültəsi - Riyaziyyat və onun Tədrisi Metodikası Kafedrasının Müdiri,
pedaqoji elmlər doktoru, prof. A.S.Adıgözəlov
|
|
|
|
|
UNİVERSİTETİN RİYAZİYYAT FAKÜLTƏSİ - Riyaziyyat və
onun Tədrisi Metodikası
Kafedrası
Riyaziyyatın tədrisi metodikası kafedrası 1930/31-ci tədris ilində yaradılmışdır.
Kafedraya əvvəl prof. A.Ammosov, sonra isə B.Ə.Ağayev rəhbərlik etmişdir.
«Fizika və riyaziyyatın tədrisi metodikası» kafedrasının müdiri işləyən B.Ə.Ağayev
1949-cu ildə «Natamam orta məktəblərdə cəbrin tədris edilməsi məsələsinə dair» namizədlik
dissertasiyası müdafiə etmişdir. Onun Bolqarıstana işləməyə getməsi ilə əlaqədar
«Elementar riyaziyyat, fizika və riyaziyyat metodikası» kafedrasına dos. B.Şəfizadə
müdir seçilmişdir.
1959-60-cı illərdə «Elementar riyaziyyat və riyaziyyatın tədrisi metodikası» kafedrası
ayrılaraq müstəqil fəaliyyətə başladı. Kafedraya dos. Ə.Y.İbrahimov müdir seçildi.
1975-ci ilə kimi kafedraya rəhbərlik etmiş dos. Ə.Y.İbrahimov riyaziyyatın tədrisi
metodikasından mühazirələr oxumaqla yanaşı, elementar riyaziyyatdan və riyaziyyatın
tədrisi metodikasından proqramların təkmilləşdirilməsi, tədris-metodik vəsaitlərin
hazırlanması üzrə çox iş görmüş, «Səkkizillik məktəbdə riyaziyyatın tədrisi metodikası»
I və II hissə (1972), «Müstəvi üzərində həndəsi qurmalar» (1963), «Stereometriya
kursunda qurmalar» (1965) adlı vəsaitləri çap etdirmişdir. O, onlarla riyaziyyatçının
elmi rəhbəri olmuş, kafedranın elmi potensialını artırmaq məqsədilə M.B.Kərimxanov,
H.Ə.Sadıqov, M.S.Vəliyeva, T.E.Mütəllimov və A.S.Adıgözəlov kimi gənc müəllimləri
kafedraya işə dəvət etmişdir.
1975-1987-ci illərdə kafedraya pedaqoji elmlər namizədi, prof. S.N.Sadıqov başçılıq
etmişdir.
Onun müdir olduğu illərdə kafedranın Moskva, Kiyev, Minsk və digər şəhərlərin pedaqoji
institutlarının kafedraları ilə əlaqələri genişlənmişdir. V.A.Qusev, Y.M.Kolyagin,
Z.A.Skopets, V.M.Monaxov, Q.D.Qleyzer, A.M.Pışkalo, A.A.Stolyar kimi tanınmış professorlar
kafedrada məruzələrlə çıxış etmiş və gənc tədqiqatçılara məsləhətlər vermişlər.
Riyaziyyat üzrə bir neçə Ümumittifaq tələbə Olimpiadası da onun təşəbbüsü ilə V.İ.Lenin
adına ADPİ-də keçirilmişdir.
1987-2003-cü illərdə «Riyaziyyat və onun tədrisi metodikası» kafedrasına dos. T.M.Əliyeva
müdir seçilmişdir.
O, «Neft sənayesi üçün kadrlar hazırlayan texniki-peşə məktəblərində riyaziyyat
təliminin keyfiyyətinin yüksəldilməsi» mövzusunda namizədlik dissertasiyası müdafiə
edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Onun pedaqoji institut
tələbələri üçün prof. A.S.Adıgözəlovla şərikli «Orta məktəbdə riyaziyyatın tədrisi
metodikası» (I, II və III hissə) və «Riyaziyyatın tədrisi prosesində fənlərarası
əlaqələrin tətbiqi» kimi dərs vəsaitləri çap olunmuşdur. O, «Ali pedaqoji məktəblərdə
riyaziyyat və riyaziyyatın tədrisi metodikası fənləri arasındakı əlaqələrin reallaşdırılması
yolları» mövzusunda doktorluq dissertasiyasını tamamlamışdır.
Kafedraya 2003-cü ildə pedaqoji elmlər doktoru, prof. A.S.Adıgözəlov müdir seçilmişdir.
O, «Orta məktəbdə həndəsənin rəsmxətlə əlaqəli təlimi» mövzusunda namizədlik (1979),
«Fasiləsiz təhsil şəraitində məktəb riyaziyyat kursunun tətbiqi funksiyasının fənlərarası
əlaqə əsasında reallaşdırılması» mövzusunda doktorluq dissertasiyası (1992) müdafiə
etmişdir. Prof. A.S.Adıgözəlovun əsərləri riyazi təhsilin aktual məsələlərinə həsr
olunmuşdur. Onun «Stereometriya kursunda müstəvi kəsiklərin qurulması» (1981), «Həndəsədən
məsələ həlli praktikumu» (1985), «İbtidai siniflərdə riyaziyyat təliminin xüsusi
metodikası» (2001), «Orta məktəbdə həndəsənin rəsmxətlə əlaqəli öyrənilməsi» (2002)
adlı dərs vəsaiti nəşr olunmuşdur.
Kafedranın əməkdaşı dos. B.H.İmranov «Orta məktəbdə riyaziyyatın öyrənilməsində
şagirdlərin riyazi biliklərinin möhkəmləndirilməsi» (1995) mövzusunda doktorluq
dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi və professor
elmi adı almışdır.
Kafedranın dosenti mərhum K.S.Əsgərov uzun müddət məktəblərimiz üçün «Həndəsə» dərsliklərini
rus dilindən tərcümə etmiş və «Elementar həndəsə», «Həndəsədən məsələ həlli praktikumu»
və s. kimi tədris vəsaitləri hazırlamışdır.
Dos. İ.F.Əliyev «Elementar riyaziyyat» (2003), «Riyazi məntiq» (1982), «Məktəb riyaziyyat
kursunun semiotikası» (1991) və onlarla başqa dərs vəsaitləri yazmışdır. Onun doktorluq
dissertasiyası Ali Attestasiya Komissiyası tərəfindən müdafiəyə buraxılmışdır.
Azərbaycanda riyaziyyat təliminin istehsalatla əlaqələndirilməsi yollarını tədqiq
edərək namizədlik dissertasiyası müdafiə edən dos. Ə.A.Quliyev olmuşdur. Dos. Ə.A.Quliyev
«Riyaziyyat təlimi üsulları» (1989), «XI sinifdə çoxüzlülərin öyrənilməsi» (1993),
«Fırlanma cisimlərinin öyrənilməsi metodikası» (1992) kimi dərs vəsaitlərinin müəllifidir.
Dos. H.Ə.Sadıqov koordinat və vektor üsullarının, b/m M.B.Kərimxanov məktəb riyaziyyat
kursunda məntiq elementlərinin, b/m Ş.Ş.Şahbazova sinifdənxaric işlərin və riyaziyyat
təlimində tarixiliyin, b/m. S.M.Alışova həndəsi çevrilmələrin, b/m. S.H.Həsənova
təlimin texniki vasitələrinin, b/m. M.S.Vəliyeva cəbrin və həndəsənin bəzi aktual
məsələlərinin öyrənilməsi ilə məşğuldurlar.
Dos. N.B.Nəsirov riyaziyyatın estetikası, b/m S.X.Abbasov riyaziyyat təlimində varislik
problemi, b/m. A.İ.Quliyev məktəb riyaziyyat kursunda ehtimal nəzəriyyəsi elementlərinin
tətbiqini tədqiq etmişlər. Kafedranın baş müəllimi A.Q.Cəfərov apardığı araşdırmaları
yekunlaşdırıb namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmlər
namizədi alimlik dərəcəsi almışdır.
Son illərdə prof. A.S.Adıgözəlovun «Orta məktəbdə riyaziyyatın tədrisi metodikası»
(ümumi metodika) (2006), dos. İ.F.Əliyevin «Elementar riyaziyyat» (2003), b/m. A.İ.Quliyev,
b/m. A.Q.Cəfərovun «Riyaziyyatdan test çalışmalarını necə həll etməli», T.A.Həsənovanın
«Riyaziyyat təlimində intuisiya» adlı dərs vəsaitləri çap edilmişdir.
Hazırda kafedrada 17 nəfər (2 elmlər doktoru, professor; 8 elmlər namizədi, bunlardan
6 dosent; 2 nəfər baş müəllim; 1 dosent; 6 baş müəllim) fəaliyyət göstərir: professorlar:
A.S.Adıgözəlov (kafedra müdiri), B.H.İmranov, dosentlər: T.M.Əliyeva, İ.F.Əliyev,
Ə.A.Quliyev, A.Ə.Sadıxov, N.B.Nəsirov, A.H.İsayev, H.Ə.Sadıqov, baş müəllimlər:
S.X.Abbasov, A.Q.Cəfərov, S.M.Alışova, M.S.Vəliyeva, S.H.Həsənova, A.İ.Quliyev,
müəllimlər: İ.Ə.Zeynalova və L.Y.Zeynalova.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|