Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation Links::: FAKÜLTƏLƏR ::: >> Pedaqoji
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN PEDAQOJİ FAKÜLTƏSİNƏ XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji Fakültəsinin Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji Fakültəsinin Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Pedaqoji Fakültəsinin Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları history@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Pedaqoji Fakültəsinin Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Pedaqoji Fakültəsinin Dekanı,
dos. Z.T.Məmmədov
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN PEDAQOJİ FAKÜLTƏSİ 
İbtidai təhsil pedaqogikası və metodikası fakültəsi 1958-ci ildə təşkil olunmuş, 1976-cı ilə qədər məktəbəqədər tərbiyə ixtisası ilə birlikdə fəaliyyət göstərmişdir.
Fakültənin yaradılmasında akademik M.Mehdizadə və prof. M.Muradxanov kimi elm və təhsil fədailəri yaxından iştirak etmişlər.
İbtidai təhsil pedaqogikası və metodikası fakültəsi ilk 5-6 ildə Azərbaycan Pedaqoji İnstitutunda mövcud olan ixtisas kafedraları bazasında fəaliyyət göstərmişdir.
Təkcə «İbtidai təhsil pedaqogikası» kafedrası 1959-cu ildə təşkil olunmuş və akademik M.M.Mehdizadə onun ilk müdiri olmuşdur.
Fakültənin ilk dekanı dos. İ.İ.Vəlixanlı olmuşdur. Sonralar fakültəyə prof. N.Abbasova, dos. M.Həsənov, prof. X.Fətəliyev, prof. Z.Xəlilov rəhbərlik etmişdir.
Hal-hazırda fakültəyə dekan əvəzi dos. Z.T.Məmmədov rəhbərlik edir.
Yarandığı ilk gündən indiyə qədər fakültəni 12108 nəfər bitirmişdir. Fakültənin onlarla məzunu «Əməkdar müəllim», «Qabaqcıl maarif işçisi», «İlin müəllimi» və s. fəxri adlara layiq görülmüşlər. Fakültənin məzunları arasında elmi adlar (dosent, professor) alanlar da az deyil.
Fakültədə ibtidai təhsilin pedaqogikası və metodikası (Azərbaycan və rus bölmələri) və musiqi ixtisasları üzrə ali təhsilli müəllim kadrları hazırlanır.
Hal-hazırda fakültədə 1292 tələbə təhsil alır.
Fakültənin professor-müəllim heyətinin tərkibində 2 nəfər elmlər doktoru, professor, 32 nəfər elmlər namizədi, dosent, 42 nəfərdən artıq baş müəllim və müəllim çalışır.
Fakültənin əməkdaşları müxtəlif illərdə 80 dərs vəsaiti, 54 metodik göstəriş çap etdirmişlər.
Fakültənin tələbələri TEC-in konfranslarında təhsil və tərbiyənin, məktəb və pedaqoji fikir tarixinin aktual problemlərlə bağlı məruzələrlə çıxış etmişlər. Magistr və aspirantlar da fakültənin tədris və elmi həyatında fəal iştirak edirlər.
İbtidai təhsil pedaqogikası və metodikası fakültəsi Gəncə Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun uyğun fakültələri ilə sıx əməkdaşlıq edir.
Fakültənin nəzdində 5 kafedra fəaliyyət göstərir: ibtidai təhsilin pedaqogikası (müdir: dos. H.Əliyev), riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası (müdir: prof. S.Həmidov), ibtidai siniflərdə rus dili (müdir: dos. R.Məmmədova), musiqi fənləri və onun tədrisi metodikası (müdir: dos. J.Qədimova), musiqi alətləri kafedrası (müdir: dos. M.Dadaşova).

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  PEDAQOJİ FAKÜLTƏSİ WEB SƏHİFƏSİNİN STRUKTURU 
 İbtidai Təhsilin Pedaqogikası Kafedrası 
 "Primary Education Pedagogical Department Page" 
 Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası Kafedrası 
 "Mathematics and Primary Methodology Department Page" 
 Musiqi alətləri Kafedrası 
 "Musical Instruments Department Page" 
 İbtidai siniflərdə rus dili Kafedrası 
 "Russian Language Primary School Department Page" 
 Musiqi fənləri və onun tədrisi metodikası Kafedrası 
 "Musical Sciences Methodology Department Page" 
 Əməkdaşlar 
 "Personals Page" 
 Elmi Əsərlər və Məqalələr 
 "Publications Page" 
 Məzunlar 
 "Graduates Page" 
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  PEDAQOJİ FAKÜLTƏSİNİN MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation Links::: FAKÜLTƏLƏR ::: >> Pedaqoji
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center