|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji Fakültəsinin
- Musiqi alətləri Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji Fakültəsi
- Musiqi alətləri Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza
- "XOŞ GƏLDİNİZ!" deyirəm.
Pedaqoji Fakültəsi - Musiqi alətləri Kafedrasının Web Səhifəsi Sizin
xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları
pedagogical_musicalinstruments@aspu.az elektron poçt ünvanı ilə bizə
çatdıra bilərsiniz.
Pedaqoji Fakültəsi - Musiqi alətləri Kafedrasının Web Səhifəsi Azərbaycanın
ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş
oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Pedaqoji Fakültəsi - Musiqi alətləri Kafedrasının Müdiri,
dos. M.R.Dadaşova
|
|
|
|
|
UNİVERSİTETİN PEDAQOJİ FAKÜLTƏSİ - Musiqi alətləri Kafedrası
Kafedra 1982-ci ildə yaradılmışdır.
Bu kafedraya yarandığı gündən 2000-ci ilə qədər prof. S.D.Quliyev rəhbərlik etmişdir.
2000-ci ildən kafedraya dos. M.R.Dadaşova rəhbərlik edir.
O, «Ümumtəhsil məktəbinin gələcək musiqi müəlliminin bacarıq və vərdişləri», «Tələbələrin
musiqi təfəkkürünün inkişafına kömək göstərən biliklər» adlı monoqrafiyalarının
müəllifidir.
2004-cü ilin may ayında kafedrada «Musiqi müəlliminin hazırlığında fortepiano alətinin
rolu» adlı respublika elmi konfransı keçirilmişdir.
Bəstəkar Nailə Mirməmmədli, respublikanın xalq artisti Ağadadaş Ağayev, Mərəzə musiqi
məktəbinin direktoru, tanınmış müğənni Zahid Məmmədov, skripka ifaçısı Natiq Nuriyev
və bir çox başqaları böyük sənətə ilk addımlarını məhz Pedaqoji Universitetin musiqi
kollektivlərində atmışlar.
Kafedranın konsertmeysteri İradə Əliyeva İspaniyada keçirilən orqan ifaçılarının
beynəlxalq müsabiqəsində laureat adına layiq görülmüşdür.
Əməkdaşlar musiqi pedaqogikasının aktual problemlərinə bir çox dərslik, dərs vəsaiti,
metodik tövsiyələr hazırlamışlar.
Kafedranın elmi potensialı yüksəkdir.
Hazırda kafedrada 20 nəfər (5 dosent, onlardan 4 nəfər p.e.n.; 1 nəfər sənətşünaslıq
namizədi; 14 baş müəllim – onlardan 1 nəfər p.e.n.; 1 nəfər müəllim) - dosentlər:
M.R.Dadaşova (kafedra müdiri), F.İ.Rzayeva, N.N.Abutidze, T.Ə.Bağırova, Z.Abdullayeva;
p.e.n., b/m: B/m Z.T.Seyidova, L.M.İsgəndərova, L.M.Abasova, K.Ə.Qarabağlı, Q.Ç.Novruzova,
Q.Ç.Aslanova, L.O.Məlikova, Z.S.Sultanova, C.Q.Osmanov, A.B.Vəliyev, A.S.Hüseynova,
N.H.Cəfərova, A.A.Əhədova, E.Ə.Məmmədova; müəllim: İ.Ə.Əhmədova çalışırlar.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|