|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji Fakültəsinin
- Musiqi fənləri və onun tədrisi metodikası Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji Fakültəsi
- Musiqi fənləri və onun tədrisi metodikası Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza
- "XOŞ GƏLDİNİZ!" deyirəm.
Pedaqoji Fakültəsi - Musiqi fənləri və onun tədrisi metodikası Kafedrasının Web Səhifəsi Sizin
xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları
pedagogical_musicalmethodology@aspu.az elektron poçt ünvanı ilə bizə
çatdıra bilərsiniz.
Pedaqoji Fakültəsi - Musiqi fənləri və onun tədrisi metodikası Kafedrasının Web Səhifəsi Azərbaycanın
ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş
oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Pedaqoji Fakültəsi - Musiqi fənləri və onun tədrisi metodikası Kafedrasının Müdiri,
dos. J.H.Qədimova
|
|
|
|
|
UNİVERSİTETİN PEDAQOJİ FAKÜLTƏSİ - Musiqi fənləri və
onun tədrisi metodikası Kafedrası
XX əsrin 70-ci illərində respublikada orta ümumtəhsil məktəblərinin
işini daha da yaxşılaşdırmaq üçün görülən tədbirlər digər tədris fənləri ilə yanaşı
musiqi fənninin tədrisində də əhəmiyyətli islahatlar aparılmasını nəzərdə tuturdu.
Nəğmə və musiqi fənninin adı 70-ci illərin əvvəlində dəyişilərək musiqi fənni adlandırıldı.
Aparılan islahatlar ümumtəhsil məktəbləri üçün yüksək ixtisaslı musiqi müəllimləri
tələb edirdi.
Musiqi və onun tədrisi metodikası kafedrasının yaradılması (1973) həmin zərurətdən
irəli gəlirdi.
Bu kafedranın bazası əsasında 1982-ci ildə ikinci kafedra - musiqi alətləri kafedrası
təşkil edildi.
Musiqi fənləri və onun tədrisi metodikası adlanan yeni kafedranın ilk müdiri dos.
N.S.Məlikməmmədov olmuşdur. Kafedraya 1998-ci ildən dos. J.H.Qədimova rəhbərlik
edir.
Kafedrada musiqi nəzəriyyəsi, uşaqların musiqi tərbiyəsi, vokal, dirijorluq daxil
olmaqla 17 fənn tədris edilir.
Müxtəlif illərdə kafedranın işinə görkəmli bəstəkarlardan Ş.Axundova, H.Xanməmmədov,
C.Mansurov, A.Bəbirov, F.Sücəddinov və başqaları cəlb edilmişlər.
Respublikamızda ümumtəhsil məktəbləri üçün ilk musiqi proqramları, dərslik və metodik
vəsaitlər məhz bu kafedranın əməkdaşları tərəfindən işlənib hazırlanmışdır.
Dos. J.H.Qədimovanın «XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin
yaradıcılıq irsində musiqi tərbiyəsi məsələləri», «Müasir dövrdə Azərbaycanda musiqi
tədrisi və tərbiyəsi problemləri» adlı monoqrafiyaları, «Musiqi» və «Musiqinin tədrisi
metodikası» dərslikləri, «Məktəb mahnı repertuarı üzərində iş musiqi müəlliminin
hazırlığında əsas amil kimi, dos. Y.Həbibovun «Xorşünaslıq», «Dirijorluq və onun
tədrisi metodikası» G.Axundovanın «Psixologiya», N.Kamilovanın «Musiqi» (I-III siniflər
üçün dərslik) adlı monoqrafiya və dərs vəsaitləri son illərdə nəşr olunmuş əsərlərdəndir.
Kafedranın əməkdaşları tədris etdikləri fənlər üzrə bir çox proqramlar, metodik
tövsiyələr, məqalələr hazırlamışlar.
Hazırda kafedrada 16 nəfər fəaliyyət göstərir. Dosentlər: J.H.Qədimova (kafedra
müdiri), E.M.Əfəndiyeva, G.Ə.Axundova, N.A.Mirzəyeva, A.İ.Həsənova, Y.A.Səfərova,
baş müəllimlər: E.M.Dadaşova, P.Ə.Babayeva, L.X.Həsənova, A.H.Qəribova, N.N.Məlikova,
S.M.Hacıyeva, müəllimlər: K.G.İsmayılova, N.M.Kamilova, Q.N.Qəhrəmanova, R.H.Kərimova
çalışırlar.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|