Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksPedaqoji >> İbtidai Təhsilin Pedaqogikası Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN PEDAQOJİ FAKÜLTƏSİ - İbtidai Təhsilin Pedaqogikası Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji Fakültəsinin - İbtidai Təhsilin Pedaqogikası Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji Fakültəsi - İbtidai Təhsilin Pedaqogikası Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Pedaqoji Fakültəsi - İbtidai Təhsilin Pedaqogikası Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları pedagogical_primaryeducation@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Pedaqoji Fakültəsi - İbtidai Təhsilin Pedaqogikası Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Pedaqoji Fakültəsi - İbtidai Təhsilin Pedaqogikası Kafedrasının Müdiri,
dos. H.Əliyev
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN PEDAQOJİ FAKÜLTƏSİ - İbtidai Təhsilin Pedaqogikası Kafedrası 
İbtidai təhsilin pedaqogikası kafedrası 1959-cu ildə yaradılmışdır.
Kafedranın ilk müdiri prof. Mehdi Məmməd oğlu Mehdizadə (1903-1984) olmuşdur.
1960-1979-cu illərdə kafedraya M.Muradxanov rəhbərlik etmişdir. Prof. M.Muradxanovun bu kafedranın təşəkkülü və inkişafında xidmətləri əvəzsizdir. Kafedraya 1979-1992-ci illərdə dos. Ə.Tağıyev, 1993-1997-ci illərdə prof. S.Quliyev rəhbərlik etmişdir. Kafedraya 1997-ci ildən dos. H.Əliyev rəhbərlik edir.
Kafedranın əməkdaşları tərəfindən dövrün tələblərinə cavab verən elmi-tədqiqat işləri aparılır.
Prof. Muradxanovun redaktəsi ilə kollektiv tərəfindən yazılmış «Pedaqogika» (1964) dərsliyi uzun illərdir ki, tələbələrin istifadə etdikləri əsas dərs vəsaitidir.
Müxtəlif illərdə prof. M.Muradxanovun «A.Makarenkonun pedaqoji irsindən istifadə», «Uşaqların ailədə əmək tərbiyəsi», «Uşaqların ailədə intizam tərbiyəsi», dos. M.İsmixanovun «İbtidai təlimdə şagirdlərin müstəqil işi», «Gənclik və mənəvi tərbiyə», «Məktəb, ailə və ictimaiyyət», dos. S.Məcidovun «İnternat məktəb şagirdlərinin əmək tərbiyəsi», prof. X.Fətəliyevin «Məktəbli gənclərin hərbi vətənpərvərlik tərbiyəsi», prof. S.Quliyevin «Nizami dühası və müasir gənclik», «Azərbaycan mütəfəkkirləri və maarifçilərin əsərlərində ailə tərbiyəsi» dos. H.Əliyevin «Ailə və məktəb ənənələri sağlam nəsil tərbiyə edir», «Pedaqoji ustalığın əsasları», dos. S.Nəbiyevin «Müəllimin qabaqcıl təcrübəsindən nümunələr», dos. A.İmanovun «Məktəblilərin ordu sırasına hazırlanmasında məktəblə ailənin əlbir işi», «Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi» nəşr olunmuşdur.
Kafedrada 4 problem üzrə elmi tədqiqat işi aparılır:
tərbiyə nəzəriyyəsi, təlim nəzəriyyəsi, xarici ölkələrin pedaqoji fikir tarixi, Azərbaycan məktəb və pedaqoji fikir tarixi.
Hazırda kafedrada 21 nəfər (1 elmlər doktoru, professor; 7 elmlər namizədi, dosent; 7 elmlər namizədi, baş müəllim; 3 baş müəllim və 3 müəllim) – prof. S.M.Quliyev; dosentlər: H.Ə.Əliyev (kafedra müdiri), S.A.İbrahimova, S.P.Nəbiyev, Y.T.Rzayeva, T.M.Hüseynova, A.S.İmanov; R.H.Novruzov; baş müəllimlər: P.A.Əliyeva, B.M.Nəsirov, Ç.B.Hümbətova, T.Ə.Vahabova; A.M.Məmmədova; T.S.Əliyeva, müəllimlər: H.C.Hacıyev, F.B.Bayramova, R.C.Əliyev, G.F.Novruzova, İ.Quliyeva, M.Zamanova çalışırlar.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  PEDAQOJİ FAKÜLTƏSİ - İbtidai Təhsilin Pedaqogikası Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksPedaqoji >> İbtidai Təhsilin Pedaqogikası Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center