Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksFilologiya >> Müasir Azərbaycan dili Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Müasir Azərbaycan dili Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin - Müasir Azərbaycan dili Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi - Müasir Azərbaycan dili Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Filologiya Fakültəsi - Müasir Azərbaycan dili Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları philology_azerbaijan@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Filologiya Fakültəsi - Müasir Azərbaycan dili Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Filologiya Fakültəsi - Müasir Azərbaycan dili Kafedrasının Müdiri,
filologiya elmləri doktoru, prof. H.İ.Mirzəyev
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Müasir Azərbaycan dili Kafedrası 
Kafedra filologiya elmləri doktoru, prof. H.İ.Mirzəyevin təşəbbüsü ilə 1989-cu ilin iyun ayında Universitetin Azərbaycan dilçiliyi kafedrasının bazasında yaradılmışdır.
Fəaliyyət göstərdiyi 17 il ərzində kafedranın tərkibi dəyişmiş, keyfiyyət baxımından yaxşılaşmışdır. Kafedrada 5 nəfər filologiya elmləri doktoru, professor, 5 nəfər filologiya elmləri namizədi, dosent, 1 filologiya elmləri namizədi, müəllim, 1 müəllim, 1 baş laborant fəaliyyət göstərir. Onlar qısa müddətdə xeyli proqram və dərslik hazırlamışlar.
Kafedranın müdiri filologiya elmləri doktoru, prof. H.İ.Mirzəyevdir.
O, 200-dən çox elmi əsərin, o cümlədən 11 kitabın, 8 tədris proqramının müəllifidir. 60-dan artıq siyasətlə bağlı publisist məqalələri vardır. O, 42 adda monoqrafiya, dərs vəsaiti, metodik göstəriş və tədris proqramının elmi redaktoru, 5 bədii əsərin redaktoru, 9 dərslik və dərs vəsaitinin rəyçisi, 14 elmlər namizədi və elmlər doktorunun opponenti olmuş, elmlər doktoru və elmlər namizədləri yetişdirmişdir. H.Mirzəyevin 12 cilddən ibarət əsərləri (hər cildi təxminən 40-50 çap vərəqi həcmində) çap olunur. Bunlardan 9 cildi çapdan çıxmış, 3 cildi də mətbəədədir. Respublika ali məktəb əlaçısı, Əmək veteranı, YAP siyasi şurasının, Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. «91-lər»in ağsaqqallarından biri, «Şöhrət orden»lidir. Respublika Ağsaqqallar Şurasında sədr müavini kimi fəaliyyət göstərmişdir. 1998-ci ildə Birinci çağırış, 2000-ci ildə İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, Milli Məclisdə təhsil, elm və toponimika komissiyalarının üzvü olmuşdur.
Kafedranın professoru V.Əliyev 1960-cı illərdən dilçilik sahəsində fəaliyyət göstərir. Elmi tədqiqatları Azərbaycan dilçiliyi və türkologiya ilə bağlıdır. 200 elmi məqalənin və «Azərbaycan dilində felin təsriflənməyən formaları», «Məsdər», «Azərbaycan dilində feli sifət», «Azərbaycan dilində feli bağlama», «Azərbaycan dilində felin perifrastik formaları», «Toponimika», «Azərbaycan toponimiyası», «H.Əliyevin dil siyasəti», «Zəngəzurda qalan izimiz» kimi kitabların müəllifidir. Azərbaycan EA-nın nəşr etdirdiyi 3 cildlik «Müasir Azərbaycan dili» əsərinin müəlliflərindən biridir. «Deportasiya», «Kitabi-Dədə Qorqud – 1300», «Qədim Naxçıvan-75», «Urud», «Filologiya məsələləri», «Pedaqoji Universitetin elmi xəbərləri» və digər elmi-publisistik əsərlərin elmi redaktorudur.
1997-ci ildən ADPU-nun elmi işlər üzrə prorektorudur. Bütün varlığı ilə Heydər Əliyev şəxsiyyətinə, onun apardığı siyasətə sadiqdir. YAP-ın əsasını qoyan «91» vətənpərvər ziyalılardan biridir. YAP Siyasi Şurasının və Azərbaycan Dövlət Dil Komissiyasının üzvüdür. 2006-cı ildə «Vektor» Beynəlxalq Elm Mərkəzi Komissiyasının qərarı ilə «XXI əsrin ziyalısı» adına layiq görülmüşdür.
Kafedranın əməkdaşları dilçiliyin müxtəlif problemləri ətrafında dəyərli əsərlər yazmışlar: prof. C.Cəfərov «Nitq hissələrində keçid prosesləri» (1983), «İnkarlığın ifadə vasitələri» (2000), «Müasir Azərbaycan dilinin morfologiyası» (2004), «Linqvistik təhlil nümunələri», prof. B.Xəlilov «Azərbaycan dilində təkhecalı fellərin əsasında duran ilkin köklərin fonosemantik inkişafı» (1995), «Azərbaycan dilində ikihecalı fellərin fono-semantik inkişafı» (1996), «Fellərin ilkin kökləri» (1998), «Birinci Beynəlxalq Türkoloji Qurultay» (1999), «Azəri» (2000, həmmüəlliflə), «Müasir Azərbaycan dilinin morfologiyası», I hissə (2000), «Türkologiyanın intibah dövrü» (2000), «Azərbaycan dili 6-7» (həmmüəlliflə), «Müasir Azərbaycan dilinin morfologiyası», II hissə dərsliyi (2003), «Azərbaycan dili: dünən, bu gün» (2004), «Türkologiyaya giriş» (2006), prof. M.İsmayılova «Azərbaycan dili terminologiyasının linqvistik təhlili» (1997), «Terminşünaslığın əsas məsələləri» (1999), «Terminologiyanın leksik-qrammatik məsələləri» (2006), dos. İ.Bayramov «Qərbi Azərbaycanın türk mənşəli toponimləri» (2002).
Prof. B.Xəlilov dekan vəzfiəsinə seçildiyi qısa müddətdə fakültədə xeyli işlər görülmüşdür. O, 8 magistr yetişdirmiş və hal-hazırda 2 aspiranta, 3 dissertanta rəhbərlik edir. 2001-ci ildə «İlin alimi» nominasiyasının, 2003-cü ildə «Vektor» Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə «Azərbaycanın gənc alimləri» Beynəlxalq layihəsinin qalibi olmuşdur. O, 2004-cü ildə Azad Qələmlər Cəmiyyəti tərəfindən Azərbaycan dili, ədəbiyyatı və türkologiya elmlərinin tədqiqi-təbliği sahəsindəki xidmətlərinə görə «Qızıl qələm» fəxri mükafatı laureatı seçilmişdir. 2006-cı ildə «Vektor» Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə «XXI əsrin ziyalısı» adına layiq görülmüşdür.
Prof. B.Xəlilov Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hazırda kafedrada 11 nəfər (5 elmlər doktor, professor, 4 elmlər namizədi, dosent, 1 elmlər namizədi, müəllim, 1 müəllim) – professorlar: H.İ.Mirzəyev (kafedra müdiri), V.H.Əliyev (elmi işlər üzrə prorektor), C.Ə.Cəfərov, B.Ə.Xəlilov (filologiya fakültəsinin dekanı), M.A.İsmayılova, dosentlər: F.N.Məmmədova, İ.M.Bayramov (tədris-metodika, magistratura, aspirantura və doktorantura şöbəsinin müdiri), A.Ə.Bayramov, F.Ş.Şahbazlı, filologiya elmləri namizədi, müəllim M.A.Nəzərova, müəllim Y.Q.Qəhrəmanova çalışırlar.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Müasir Azərbaycan dili Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksFilologiya >> Müasir Azərbaycan dili Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center