Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation Links::: FAKÜLTƏLƏR ::: >> Filologiya
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİNƏ XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Filologiya Fakültəsinin Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları philology@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Filologiya Fakültəsinin Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Filologiya Fakültəsinin Dekanı,
prof. H.B.Balıyev
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ 
Ali Pedaqoji İnstitut yarandığı vaxtdan burada fəaliyyət göstərən şöbələrdən biri tarix-ədəbiyyat olmuşdur. Bu şöbə 1925/1926-cı dərs ilindən tarix və ədəbiyyat şöbələrinə ayrılmışdır. 1933-cü ildən müstəqil dil-ədəbiyyat fakültəsi kimi fəaliyyətə başlamışdır.
Fakültənin əsas kafedrası da dil və ədəbiyyat adlanmışdır. Kafedra müdiri vəzifəsini uzun müddət dos. Əli Nazim yerinə yetirmişdir.
1933/34-cü tədris ilindən tələbə kontingentinin və müəllim heyətinin artması fakültənin genişlənməsinə səbəb olmuşdur. Dil və ədəbiyyat kafedrasının bazası əsasında üç müstəqil kafedra: Azərbaycan ədəbiyyatı tarixi, dilçilik və ümumi ədəbiyyat tarixi təşkil edilmişdir.
Fakültə yaranandan ona nüfuzlu alimlər rəhbərlik etmişlər. İlk dekanı prof. B.V.Çobanzadə olmuş, sonrakı illərdə kollektivə prof. A.S.Abdullayev (1939-1941), prof. M.H.Rəfili (1943-1945), baş müəllim C.F.Bağırov (1945-1947), dos. İ.R.Əfəndiyev (1947-1952), dos. S.M.Əfəndiyev (1952-1957) rəhbərlik etmişlər. ADPİ-nin 5 illik təhsilə keçməsi ilə əlaqədar (1956) müstəqil tarix və dil-ədəbiyyat fakültələri təşkil edilmişdir. Lakin bir neçə il keçməmiş yenidən bu fakültələr birləşdirilmişdir.
Dil-ədəbiyyat fakültəsinə dekan vəzifəsinə dos. A.Ə.Hüseynov (1957-1961), birləşəndən sonra isə dos. Ş.Ə.Sadıqov (1961-1964) seçilmişdir.
Tarix-filologiya fakültəsi 1964/65-ci tədris ilindən yenidən müstəqil fakültəyə ayrılmış və bundan sonra filologiya fakültəsinə prof. A.M.Qurbanov (1968-1981), prof. F.Q.Fərhadov (1981-1984), prof. P.Ş.Əfəndiyev (1984-1986), dos. B.Muradov (1986-1989), prof. Q.Ş.Kazımov (1989-1997) rəhbərlik etmişlər. 1997-2006-cı illərdə fakültəyə tanınmış metodist-alim, prof. H.B.Balıyev rəhbərlik etmişdir.
2006-cı ildən filologiya fakültəsinin dekanı filologiya elmləri doktoru, prof. Buludxan Xəlilov seçilmişdir.
Fakültənin nəzdində 8 kafedra fəaliyyət göstərir: Azərbaycan dilçiliyi (müdir: Azərbaycan MEA-nın müxbir üzvü, prof. A.M.Qurbanov), Müasir Azərbaycan dili (müdir: prof. H.İ.Mirzəyev), Azərbaycan dilinin tədrisi metodikası (müdir: prof. H.B.Balıyev), Azərbaycan və dünya ədəbiyyatı tarixi (müdir: prof. H.Ə.Qasımov), Folklor və qədim ədəbiyyat (müdir: prof.T.C.Novruzov), Ədəbiyyatın tədrisi metodikası (müdir: prof. Z.A.Xəlil), Xarici dillər (müdir: prof. B.Q.Hüseynov), Rus dili (müdir: prof. T.N.Əliyeva).
Fakültənin professor-müəllim heyətinin tərkibində 13 nəfər elmlər doktoru, professor, 1 nəfər əvəzçiliklə elmlər doktoru, professor, 1 nəfər professor əvəzi, elmlər doktoru, 1 nəfər professor, elmlər namizədi, məsləhətçi, 2 nəfər elmlər doktoru, dosent, 34 nəfər elmlər namizədi, dosent, 2 nəfər əvəzçiliklə dosent, elmlər namizədi, 14 nəfər baş müəllim, elmlər namizədi, 8 nəfər müəllim, elmlər namizədi, 49 nəfər müəllim, 2 nəfər aspirant çalışır. Fakültədə 1999/2000-ci tədris ilindən dil və ədəbiyyat ixtisaslarından əlavə fransız dili, 2001/2002-ci tədris ilindən isə ingilis dili ixtisasları üzrə müəllimlər hazırlayan şöbə fəaliyyət göstərir. Orada Fransadan gələn elmi-pedaqoji kadrlar da dərs deyir və tədqiqatla məşğul olurlar.
Fakültədə bu gün 1165 tələbə təhsil alır: 1048 nəfər bakalavr, 117 nəfər magistr. Onlardan 662 nəfər əyani, 503 nəfər isə qiyabi şöbədə oxuyur. Bakalavr pilləsində tələbələr üç ixtisasa: Azərbaycan dili və ədəbiyyatı (əyani və qiyabi), ingilis dili (əyani), fransız dili (əyani), magistraturada isə 8 ixtisasa: Azərbaycan dili, ümumi dilçilk, ədəbiyyat nəzəriyyəsi, Azərbaycan ədəbiyyatı, foklorşünaslıq və mifologiya, Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası, ingilis və fransız dilləri ixtisaslarına yiyələnirlər.
Bakalavr və magistrlərin yüksək ixtisaslara yiyələnmələri üçün fakültədə hər cür şərait yaradılmış, yüksək ixtisaslı professor-müəllim heyəti var gücü ilə çalışır. Aparılan işlər, keçirilən çoxsaylı tədbirlər onların elmlərə yiyələnməsinə, gənc bir müəllim kimi formalaşmasına xidmət edir. Hər bir gəncin elmi yaradıcılıqla məşğul olması üçün lazımi şərait yaradılmışdır. Fakültədə Nizami lektoriyası fəaliyyət göstərir.
«Gənc filoloq» adlı divar qəzeti müntəzəm olaraq çap olunur. «Gənc dilçilər» və «Gənc ədəbiyyatçılar» adlı iki dərnək fəaliyyət göstərir. Bu dərnəklərə dilimizə və ədəbiyyatımıza marağı olan tələbələr cəlb olunurlar. Onlar indidən elmin sirlərinə yiyələnirlər.
Fakültədə tələbə elmi cəmiyyəti (tələbə elmi cəmiyyətinin sədri dos.M.Allahmanlı) müntəzəm olaraq tələbələrin elmə olan marağını artırmaq istiqamətində işlər görür. Hər il tələbələrin elmi fəaliyyəti yekunlaşır və seçilən tələbələr müvafiq yerlər üzrə mükafatlandırılırlar.
Hazırda filologiya fakültəsi Pedaqoji Universitetin kadr potensialına görə iri fakültələrindəndir. Burada 1165-dən artıq tələbənin təhsil-tərbiyəsi ilə 200 nəfərdən çox professor-müəllim, köməkçi tədris işçi məşğul olur.
Filologiya fakültəsi şərəfli bir yol keçmiş, həmişə öz məzunları ilə fəxr etmişdir. Vaxtilə bu fakültədə təhsil almış yüzlərcə tələbə öz əməli fəaliyyətləri ilə universitetimizə şərəf gətirmişlər: M.Rahim, M.Dilbazi, C.Xəndan, H.Araslı, O.Sarıvəlli, Əbülhəsən, M.Cəfər, M.H.Təhmasib, M.C.Paşayev və digərləri.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  FİLOLOGİYA FAKÜLTƏSİ WEB SƏHİFƏSİNİN STRUKTURU 
 Azərbaycan Dilçiliyi Kafedrası 
 "Azerbaijan Linguistics Department Page" 
 Müasir Azərbaycan dili Kafedrası 
 "Modern Azerbaijan Linguistics Department Page" 
 Azərbaycan və Dünya Ədəbiyyatı Tarixi Kafedrası 
 "Azerbaijan and World Literature History Department Page" 
 Folklor və Qədim Ədəbiyyat Kafedrası 
 "Folklore and Ancient Literature Department Page" 
 Azərbaycan dili və onun Tədrisi Metodikası Kafedrası 
 "Azerbaijan Linguistics and Methodology Department Page" 
 Azərbaycan ədəbiyyatı və onun Tədrisi Metodikası Kafedrası 
 "Azerbaijan Literature and Methodology Department Page" 
 Xarici dillər Kafedrası 
 "Foreign Languages Department Page" 
 Rus dili Kafedrası 
 "Russian Languages Department Page" 
 Əməkdaşlar 
 "Personals Page" 
 Elmi Əsərlər və Məqalələr 
 "Publications Page" 
 Məzunlar 
 "Graduates Page" 
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  FİLOLOGİYA FAKÜLTƏSİNİN MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation Links::: FAKÜLTƏLƏR ::: >> Filologiya
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center