|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin
- Folklor və Qədim Ədəbiyyat Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi
- Folklor və Qədim Ədəbiyyat Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ
GƏLDİNİZ!" deyirəm.
Filologiya Fakültəsi - Folklor və Qədim Ədəbiyyat Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir.
Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları philology_folklore@aspu.az
elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Filologiya Fakültəsi - Folklor və Qədim Ədəbiyyat Kafedrasının Web Səhifəsi Azərbaycanın
ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş
oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Filologiya Fakültəsi - Folklor və Qədim Ədəbiyyat Kafedrasının Müdiri,
prof. T.Novruzov
|
|
|
|
|
UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Folklor və Qədim
Ədəbiyyat
Kafedrası
2002-ci ilin fevralında yaradılan folklor və qədim ədəbiyyat kafedrasına
prof. T.Novruzov rəhbərlik edir.
Kafedranın əsas tədqiqat obyekti – folklor, mifologiya, qədim (türk ədəbiyyatı)
Şərq, qədim yunan, orta əsrlər Azərbaycan və Qərb ədəbiyyatının, habelə müasir ədəbiyyatın
aktual problemləridir. Kafedrada əsasən «Azərbaycan şifahi xalq ədəbiyyatı», «Qədim
dünya ədəbiyyatı», «Orta əsrlər Azərbaycan və Qərb ədəbiyyatı», «Azərbaycan ədəbiyyatı
tarixi» (ümumi kurs), Azərbaycan satirasının inkişaf istiqamətləri (seçmə fənn kimi)
və s. fənləri tədris olunur.
Kafedra əməkdaşlarının əksər hissəsi elmlər doktoru və professorlardır. Onların
hər birinin nəşr etdirdiyi kitablar maraqla qarşılanır.
«Sabir irsinin tədqiqi və təbliği», «M.Ə.Sabir (tədqiqat tarixindən)», «Sabir və
davamçıları», «Sabir ədəbi məktəbi», «M.Ə.Sabir», «Müasir şerimizdə Sabir ənənələri»
kimi fundamental monoqrafiyaları, «Azərbaycan dilindən təcrübi məşğələlər» (müəlliflərlə
birlikdə), «Xarici ədəbiyyat» (orta əsrlər və intibah dövrü), « XVII əsr Qərb ədəbiyyatı»,
«Antik ədəbiyyatı tarixi», (II dəfə nəşr olunub), «Qədim Şərq ədəbiyyatı tarixi»,
«Qədim dünya ədəbiyyatı tarixi», «Orta əsrlər Qərb ədəbiyyatı», «Antik ədəbiyyat
müntəxəbatı» adlı dərslik və dərs vəsaitləri prof. T.Novruzovun qələminin məhsuludur.
T.Novruzov Yazıçılar Birliyinin üzvüdür.
Prof. P.Əfəndiyevin «Azərbaycan şifahi xalq ədəbiyyatı» (üç dəfə təkrar nəşr olunub),
«C.Cabbarlı və şifahi xalq ədəbiyyatı», «S.Vurğun və xalq yaradıcılığı», «Xalqın
söz xəzinəsi», «Ustad aşıqlar», «Dastan yaradıcılığı», «Azərbaycan folklorşünaslığı»
(üç cilddə), «Azərbaycan folklorşünaslığının problemləri» (üç cilddə), «Folklorşünaslığın
tarixi», «Azərbaycan folklorşünaslığı» (müntəxəbat), «Molla Cuma» kitabları filologiya
elminə dəyərli töhfələrdir.
Prof. R.Hüseynov bir sıra irihəcmli monoqrafiyaların müəllifidir. «Məhsəti necə
varsa», «Vaxtdan uca», «Rəfibəylilər», «Millətin zərrəsi», «Məhsəti Gəncəvi – özü,
sözü, izi» və s. Son illərdə «Risalə», «Şərq tərcümə toplusu» adlı kitablar onun
redaktəsi ilə çap olunmuşdur. Prof. R.Hüseynov 200-dən çox məqalənin müəllifidir.
Yazıçılar İttifaqının üzvüdür. Son iki çağırış Milli Məclisin üzvü seçilmişdir.
Dos. N.Qasımzadənin «XX əsrin əvvələrində Azərbaycan uşaq ədəbiyyatının inkişafı»
adlı dərs vəsaiti (rus dilində) uşaq ədəbiyyatına dair ilk tədqiqatdır.
Dos. A.Əliyev əsasən müasir Azərbaycan ədəbiyyatının problemlərinin tədqiqi ilə
məşğul olur. Bu sahədə bir sıra uğurlu işlər görmüşdür. «Azərbaycan Sovet ədəbiyyatının
təşəkkül dövrü», «Qələbə və ədəbiyyatımız», «Cəsarət və mərdlik rəmzi», «Ədəbiyyat
və həqiqət», «Ədəbiyyatımıza müasir baxış» adlı kitablar çap etdirmişdir.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.
Dos. R.Qafarlı «Mif və nağıl», «N.Gəncəvi», «Azərbaycan mifologiyası», «Azərbaycan
atalar sözləri, xalq mahnıları və dramlarının poetikası», «Folklor poetikası», «Mifologiya
və folklorşünaslıq məsələləri», «Azərbaycan türklərinin mifologiyası», «Mif, nağıl,
əfsanə və epos» kitablarının müəllifidir.
Mədəniyyətimizin beynəlxalq səviyyədə yayılmasındakı roluna görə onun w.w.w.az.mif
net.saytı 2005-ci ildə «Netty» Beynəlxalq İnternet Akademiyasının qalibi elan olunmuşdur.
Dos. Y.Babayev «Pedaqoji mühit və uşaq ədəbiyyatı" kitabının, bakalavr və magistr
hazırlığı üçün fənn proqramlarının, 70-ə qədər elmi və publisistik məqalənin müəllifidir.
Dos. M.Allahmanlı «Aşıq Valehin sənət dünyası», «Şamanla ozan arasında», «Ozan,
aşıq və aşiq», «Türk dastan yaradıcılığı», «Din, təriqət və aşıq», «Ağlın və yaddaşın
dedikləri», «Şaman, ozan və aşıq», «Haqdan yanan ocaq», «Ədəbi düşüncələr» kitablarının
müəllifidir.
Baş müəllim Q.Umudov «Azərbaycan folklorşünaslığının tarixindən» kitabının, onlarla
elmi məqalənin müəllifidir.
Hazırda kafedrada 9 nəfər – 3 elmlər doktoru, professor; 5 elmlər namizədi, dosent;
1 nəfər elmlər namizədi, baş müəllim çalışır: professorlar T.C.Novruzov, P.Ş.Əfəndiyev,
R.B.Hüseynov, dosentlər N.F.Qasımzadə, A.S.Əliyev, R.O.Qafarlı, Y.M.Babayev, M.Q.Allahmanlı,
Q.U.Umudov.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|