Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksFilologiya >> Xarici dillər Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Xarici dillər Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin - Xarici dillər Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi - Xarici dillər Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Filologiya Fakültəsi - Xarici dillər Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları philology_foreign@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Filologiya Fakültəsi - Xarici dillər Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Filologiya Fakültəsi - Xarici dillər Kafedrasının Müdiri,
filologiya elmləri doktoru, prof. Balaxan Hüseynov
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Xarici dillər Kafedrası 
1937-38-ci dərs ilində APİ-də xarici dillər fakültəsi – ingilis, fransız və alman dilləri üzrə üç şöbədən ibarət təşkil edilmiş və həmin fakültədə 154 nəfər tələbə oxumağa başlamışdır.
Alman dili şöbəsinin rus və Azərbaycan bölmələri, ingilis və fransız şöbələrinin isə ancaq rus bölməsi olmuşdur.
Fakültədə xarici dillər üzrə fənlərin tədrisinə bir ümumi xarici dil kafedrası rəhbərlik edirdi. Dos. Neff Otoo həmin kafedranın rəhbəri idi.
1939-cu ildən xarici dillər kafedrası ingilis dili,fransız dili,alman dili kafedralarına ayrılmışdır. Həmin ildən etibarən fakültəyə P.İ.Krom rəhbərlik etmiş, İ.L.Rax isə alman dili kafedrasının müdiri vəzifəsini daşımışdır.
1941-ci ildən APİ-nin xarici dillər fakültəsi S.M.Kirov adına ADU-nun tərkibinə daxil edilmiş, lakin 1943-cü ildə yenidən APİ-nin nəzdində bərpa olunmuşdur.
Böyük Vətən müharibəsindən sonra xarici dil tədrisi sahəsində kadr hazırlığı ilə əlaqədar olaraq Nazirlər Sovetinin 1947-ci il 10 dekabr tarixli qərarına əsasən APİ-nin xarici dillər fakültəsi 1947-1948-ci dərs ilində artıq Xarici Dillər İnstitutu adı ilə ayrılaraq müstəqil fəaliyyətə başlamışdır.
Bu tarixdə APİ-də ikinci dil kimi tədris olunan Qərbi Avropa dillərinin kafedrası olmuş və ona Xudaverdiyev rəhbərlik etmişdir. Kafedranın cəmi 9 üzvü olmuşdur. 1951-1953-cü illərdə xarici dillər kafedrası E.M.Təkinskanın rəhbərliyi altında fəaliyyət göstərmişdir. 1953-cü ildən kafedra bağlanmışdır. 1961-ci ilə qədər ingilis, fransız və alman dilləri üzrə xarici dil müəllimləri 8 nəfərdən ibarət olaraq institutun «Erməni dili və ədəbiyyatı» kafedrasının tərkibində fəaliyyət göstərmişdir.
Xarici dillərin tədrisini yaxşılaşdırmaq haqqında SSRİ Nazirlər Sovetinin 1961-ci il 27 may tarixi qərarı ilə əlaqədar olaraq 1962-ci ildən APİ-də xarici dillər kafedrasının təşkili dos. Yəqubi Əsəd Rza oğluna tapşırılmışdır.
Əlavə edək ki, Azərbaycan və İran xalqlarının tarixə çoxtərəfli mədəni və tarixi əlaqələrini nəzərə alan institutun görkəmli alimləri, o cümlədən Mikail Rəfili, Əzəl Dəmirçizadə və Mirzə Feyzulla Qasımzadə Qərbi Avropa dillərilə yanaşı, fars dili fənninin də dil-ədəbiyyat və tarix fakültələrinin tədris planlarına daxil edilməsinin 1960-cı illərdə təkidlə tələb edirdilər.
Onlar bu tədbirin həyata keçirilməsini tələbələrin filoloji və tarixi biliklərinin genişlənməsi üçün gərəkli hesab edirdilər. Bu barədə institutun rəhbərliyi SSRİ Təhsil Nazirliyinə dəfələrlə müraciət edərək, nəhayət, fars dili fənninin tədrisinə icazə almağa nail olmuşdur.
SSRİ Təhsil Nazirliyinin 3/IV–1962-ci il M-2-4/546 №-li məktubu əsasında fars dili dil-ədəbiyyat və tarix fakültələrinin əyani, qiyabi və axşam şöbələrinin tədris planlarına daxil edilmişdir. Beləliklə, ingilis, fransız, alman və fars dilləri ixtisaslarını özündə birləşdirən xarici dillər kafedrası 1962-ci ildə yenidən bərpa olunmuşdur.
1967-ci ildə kafedrada ingilis, fransız, alman və fars dilləri üzrə dörd bölmə fəaliyyət göstərilmişdir. Kafedranın tərkibində 1 dosent, 7 baş müəllim, 13 müəllim və iki baş laborant olmuşdur.
Kafedrada vaxtaşırı təşkil olunmuş elmi-metodik konfranslarda, kafedranın üzvlərinin etdikləri məruzələrdə xarici dil tədrisi metodikasının bir çox aktual məsələləri əhatə olunmuşdur.
Dissertantların o cümlədən Xuraman Ağayeva, Kamilə Hüseynova, L.Skobelova, Rza Tofiqi və Tubu Sultanovanın elmi işlərinin müzakirəsi barədə «Gənc müəllim» qəzetində ardıcıl məlumat dərc edilmişdir.
Müəllimlərin tərtib etdikləri dərs vəsaitlərinin bir qismi əlyazmaları şəklində tədris prosesində istifadə edilmişdir (bu deyilənlər universitetin arxivində saxlanılan xarici dillər kafedrasının müvafiq illərə aid iclas protokollarında öz əksini tapmışlar).
Xarici dil kafedrasına uzun müddət rəhbərlik etmiş Ə.R.Yəqubi Azərbaycan Respublikasının ali məktəblərinin humanitar fakültələri üçün fars, fransız dilləri və əski Azərbaycan yazısı üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş ilk tədris proqramları, dərsliklər və dərs vəsaitlərinin müəllifidir. O, xarici dillər tədrisinin asanlaşdırılması və müddətcə qısaldılması problemi ilə bağlı kafedrada icra etdiyi elmi işlərini mətbuatda silsilə məqalələr şəklində nəşr etdirmişdir. O cümlədən, şərq dillərinin (Azərbaycan, fars və ərəb dilləri) tədrisi üzrə M.F.Axundovun 1857-ci ildən tamamladığı yeni metodlu ilk əlifba dərsliyinin Ə.R.Yəqubi tərəfindən aşkarlanması barədə yazılar elmi-pedaqoji dairələrdə ciddi müzakirə mövzusu olmuşdur.
Bu barədə AEA-nın «Xəbərlər» jurnalında və SSRİ PEA-nın orqanı «Sovetskaə pedaqoqika» jurnalında müvafiq məqalələr dərc edilmişdir. Ə.R. Yəqubi Moskvada rus dilində çap olunmuş «Pedaqoji fikir antologiyası»nın müvafiq bölmələrinin müəllifidir. Onun 39 çap vərəqindən ibarət olan «Azərbaycanda təlim-tərbiyə mədəniyyəti, təhsil və pedaqoji fikir tarixi» adlı sonuncu əsəri 2005-ci ildə çapdan çıxmışdır. Ə.R.Yəqubi hazırda kafedranın professoru vəzifəsini daşıyır. Bir müddət kafedra müdirini M.C.Əsgərzadə və baş müəllim L.A.Skobelova əvəz etmişdir. Xarici dillər kafedrasına uzun müddət dos. Arif Tahirov rəhbərlik etmişdir.
Arif Tahirov 4 kitab, xeyli məqalə müəllifidir. Ona kitab və məqalələrinin sayına görə pedaqoji elmlər namizədi, dosent olsa da, professor elmi adı verilmişdir.
1987-ci ildən isə kafedraya filologiya elmləri doktoru, prof. Balaxan Hüseynov rəhbərlik edir. O, 90-a qədər məqalə və tezislərin, o cümlədən aşağıdakı kitabların müəllifidir:
İngilis dili II hissə (1992),
We learn English Baki (1994),
Müasir ingilis dilində fono-morfoloji variativlik (1995),
Müasir ingilis dilində leksik-semantik variativlik (1996),
Müasir ingilis dilində areal danışıq variativliyi (1998),
English (ali məktəblər üçün dərslik) (2001).
Prof. B.Q.Hüseynov 15-ə qədər elmlər doktoru, elmlər namizədinin rəhbəri, opponenti və ya rəyçisi olmuşdur.
Prof. B.Q.Hüseynov bir sıra xarici ölkələrdə işləmiş, elmi tədqiqat işləri aparmış və təcrübə mübadiləsində olmuşdur.
Universitetin xarici dillər kafedrası ABŞ, İngiltərə və Fransa universitetləri ilə əməkdaşlıq etmişdir. Fransanın Strasburq Universitetinin professorları fransız şöbəsində dərs aparmış, imtahan qəbul etmişlər. İngilis dili şöbəsində isə müntəzəm olaraq İngiltərə və ABŞ-dan gəlmiş professorlar səfirliyin təhsil sahəsinin əməkdaşları mühazirə söyləmiş, görüşlər keçirmişlər. ABŞ professoru Cefferi Houlet isə bir il müddətində xarici dillər kafedrasında «Ölkə ədəbiyyatı» fənnindən dərs aparmışdır.
İngilis şöbəsinin iki, fransız şöbəsinin üç tələbəsi müsabiqə yolu ilə ABŞ-da və Fransada 1 il təhsil almışdır. Fransız dili müəllimlərindən 3 nəfər Fransada magistraturanı qurtarmışlar: Məmmədova Nailə, Hüseynova Kəmalə, Mahmudova Səbinə.
Kafedranın müəllimi Ağayeva Aida isə Strasburqda Con Blok adına Linqvistika Universitetinin fransız dili üzrə magistraturasını bitirib, orada işləyir.
Kafedranın həm də ABŞ, Fransa, İngiltərə və İran səfirlikləri ilə də əlaqəsi vardır. Onların nümayəndələri müntəzəm olaraq tələbələrimizin qarşısında müxtəlif mövzularda çıxışlar edirlər.
Hazırda kafedrada çalışan 46 nəfərdən 1 nəfəri elmlər doktoru, professor (B.Q.Hüseynov), 2 nəfəri elmlər namizədi, professor (Ə.R.Yaqubi, Kamal Dadaşov), 3 nəfəri elmlər namizədi, dosent (Y.İ.Qaraxanov, Z.Q.Rəsulov, A.İ.İsmayılova),17 nəfəri baş müəllim (S.D.Vəliyeva, T.S.Cəfərova, T.R.Rzayeva, S.F.Vəliyeva, L.M.Mehdiyeva, F.T.Əmirbəyova, T.C.Sultanova, S.A.Həsənova, F.Y.Əliyeva, E.A.Əhmdova, F.M.Məmmədova, F.D.İsayeva, Ş.Ə.Nağıyeva, D.T.Sadıqova, S.A.Ağayeva, N.Ə.Muradova, S.F.Vəliyeva), 23 nəfər müəllim (Z.M.Əliyeva, N.N.Əliyarbəyova, S.Orucova, P.Mirzəyeva, A.Ə.Məmmədova, M.Mahmudova, M.Ə.İsmayılova, T.B.Turabova, N.İ.İsmayılova, G.Y.Məmmədova, N.A.Mirzəyeva, E.Ağamirzəyeva, S.B.Hacıyeva, A.Qocayeva, A.T.İsmayılov, S.B.Dadaşova, N.A.Məmmədova, Ə.A.Axundova, M.M.Qasımova, S.F.Fərəcova, S.M.İsgəndərova, Y.A.Məhərrəmova, Ü.D.Hacıyeva) fəaliyyət göstərir.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Xarici dillər Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksFilologiya >> Xarici dillər Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center