Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksFilologiya >> Azərbaycan Dilçiliyi Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Azərbaycan Dilçiliyi Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin - Azərbaycan Dilçiliyi Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi - Azərbaycan Dilçiliyi Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Filologiya Fakültəsi - Azərbaycan Dilçiliyi Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları philology_linguistics@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Filologiya Fakültəsi - Azərbaycan Dilçiliyi Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Filologiya Fakültəsi - Azərbaycan Dilçiliyi Kafedrasının Müdiri,
Azərbaycan MEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, f.e.d., prof. Afad Qurbanov
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Azərbaycan Dilçiliyi Kafedrası 
Azərbaycan dilçiliyi kafedrası 1943-cü ildə təşkil olunub.
Kafedraya 1979-cu ilə qədər Azərbaycan EA-nın müxbir üzvü, prof. Əbdüləzəl Dəmirçizadə rəhbərlik etmişdir.
Prof. Ə.Dəmirçizadə onlarca monoqrafiya və dərsliyin müəllifi olmuşdur. Onun «Azərbaycan ədəbi dili tarixi xülasələri» (1938), «Axundovun dili və Axundov dil haqqında» (1942), «Müasir Azərbaycan dilinin fonetikası» (1960), «Azərbaycan dilinin üslubiyyatı», (1962), «Azərbaycan ədəbi dil tarixi» (1979, I c.) və s. kitabları çap olunmuşdur.
Kafedraya 1979-cu ildən indiyə kimi Azərbaycan MEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, f.e.d., prof. Afad Qurbanov rəhbərlik edir.
Prof.A.Qurbanov dilçiliyin bir sıra sahələri üzrə elmi-tədqiqat işləri aparmışdır. Onun «Azərbaycan onomalogiyasının əsasları» monoqrafiyası Dövlət mükafatına layiq görülmüşdür. Prof. A.Qurbanovun əsas əsərləri: «Ümumi dilçilik» I və II cildlər (2004), «Müasir Azərbaycan dili», I cild (2003), «Cücəkənd şivəsi» (2001), «Ad və insan» (2002), «Azərbaycan dilçiliyinin müasir məsələləri» (2002), «Tətbiqi dilçilik problemləri» (2003), «Dilçiliyin sistemi» «Dilçiliyin tarixi», «Dilçiliyin metodları», «Türkoloji dilçilik» və s.
Kafedranın professorlarından N.M.Xudiyev «Azərbaycan ədəbi dilinin lüğət tərkibinin inkişafı» (1986), «Azərbaycan ədəbi dilinin zənginləşmə yolları» (1987), «Qədim türk yazılı abidələrinin dilindən seminar məşğələləri» (1988), «Azərbaycan ədəbi dilinin tarixi» (müəlliflərdən biri -1991), «Tərcümə ədəbiyyatı və ədəbi dilimiz» (1991), «Anormal uşaqların nitqini necə inkişaf etdirməli?» (1992), «Qədim türk abidələrinə aid materiallar» (1993), «XV-XVI əsrlər Azərbaycan ədəbi dili» (1994), «Azərbaycan milli ədəbi dilinin yaranması və inkişafı» (1994), «XX əsr Azərbaycan ədəbi dili» (1995), «Azərbaycan ədəbi dili tarixi» (1995), «Azərbaycan ədəbi dili tarirxi» (Ankara, 1997), «Heydər Əliyev və Azərbaycan dili» (1997), «Azərbaycan ədəbi dili tarixi» (Tehran, 1998), «Radio, televiziya və ədəbi dil» (2001), «Heydər Əliyev və Azərbaycan dili» (Tehran, 2001) əsərləri ilə Azərbaycan filologiyasını xeyli zənginləşdirmişdir.
Prof. Ə.Tanrıverdiyevin 10 kitabı,100-dən artıq məqaləsi çap olunub: «Türk mənşəli Azərbaycan antroponimləri» (1996), «Antroponimı v Azerbaydjanskoy literature (XVII-XIX vv)» (1999), «Kitabi-Dədə Qorqud»da şəxs adları» (1999), «XVI əsr qıpçaq (poloves) dilinin qrammatikası» (2000), «Kitabi-Dədə Qorqud» və qərb ləhcəsi» (2002), «Kitabi-Dədə Qorqud»un obrazlı dili» (2006).
Dos. A.Hüseynovun «Azərbaycan dialektologiyası» adlı vəsaiti 1958 və 1979-cu illərdə çap edilmişdir. Azərbaycanın Qax, Oğuz, Zaqatala, Balakən rayonlarının bütün kəndlərində fərdi dialektoloji müşahidələr aparmış və APİ elmi əsərlərində məqalələri və şimal-qərb şivələrinin lüğətini çap etdirmişdir. O, Azərbaycan SSR Ali Sovetinin «Fəxri fərmanı»na layiq görülmüşdür.
Dos. B.Sadıqov 1978-ci ildən «Azərbaycan dilçiliyi» kafedrasının dosentidir.
200-dən artıq məqalənin, bir neçə monoqrafiyanın müəllifidir. O, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Dos. Q.Mustafayevanın APİ-nin, ADU-nun elmi əsərlərində, «Sovetskaə turkoloqiə» jurnalında 100-ə yaxın məqaləsi çap olunmuşdur. 1990-cı ildə «Adların üslubi imkanları», 2001-ci ildə «Onomastik vahidlərin üslubi - linqvistik xüsusiyyətləri», 2002-ci ildə «Stilistiçeskie osobennosti liçnıx imen Azerbaydjanskoy literature» adlı kitabları nəşr olunubdur.
Dos. A.Hacıyevin «Azərbaycan dilinin onomalogiyası» (Bakı, 1990), «Azərbaycan toponimlər sistemi» (Bakı, 1998), «Böyük siyasətin uğurlu davamı» (Bakı, 2006) kitabları çap olunmuşdur. Dos. R.Həsənovun üslubiyyata, nitq mədəniyyətinə və dilçiliyin müxtəlif sahələrinə aid onlarla məqaləsi çap olunmuşdur.
Dos. V.İsrafilovun 3 kitabı, 100-ə qədər məqaləsi işıq üzü görmüşdür.
Dos. N.Əsgərovun «Azərbaycan hidronimləri». Bakı, 2002, «Areal türk onomastik vahidlərinin linqvistik xüsusiyyətləri». Bakı, 2005 adlı kitabları, dos. M.Hüseynovun «Yazıçının dili və üslubu», Yerevan, 1981; «Romanın üslub zənginliyi», Bakı, «Yazıçı» nəşriyyatı, 1990 kitabları və 100-dən artıq elmi məqaləsi, filologiya elmləri namizədi H.Hüseynovanın «S.Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri» (B, 2001), «Müasir Azərbaycan onomalogiyası məsələləri», «Toponimlərin bəzi nəzəri problemləri», 20 elmi məqaləsi Azərbaycan filologiyasının zənginləşməsində xeyli rol oynamışdır.
Hazırda kafedrada 13 nəfər (3 elmlər doktoru, professor, 8 elmlər namizədi, dosent, 1 elmlər namizədi, müəllim, 1 müəllim) – professorlar: A.M.Qurbanov (kafedra müdiri), N.M.Xudiyev, Ə.V.Tanrıverdiyev, dosentlər: A.Ə.Hüseynov, B.P.Sadıqov, R.H.Həsənov, Q.H.Mustafayeva, A.Ş.Hacıyev (dekan), N.Ə.Əsgərov, V.İ.İsrafilov, M.A.Hüseynov (dekan müavini), elmlər namizədi, müəllim H.E.Hüseynova, müəllim İ.M.Kərimova çalışırlar.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Azərbaycan Dilçiliyi Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksFilologiya >> Azərbaycan Dilçiliyi Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center