|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin
- Azərbaycan dili və onun Tədrisi Metodikası Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi
- Azərbaycan dili və onun Tədrisi Metodikası Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ
GƏLDİNİZ!" deyirəm.
Filologiya Fakültəsi - Azərbaycan dili və onun Tədrisi Metodikası Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir.
Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları philology_methodologylinguistics@aspu.az
elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Filologiya Fakültəsi - Azərbaycan dili və onun Tədrisi Metodikası Kafedrasının Web Səhifəsi Azərbaycanın
ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş
oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Filologiya Fakültəsi - Azərbaycan dili və onun Tədrisi Metodikası Kafedrasının Müdiri,
prof. Həsən Balıyev
|
|
|
|
|
UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Azərbaycan dili
və onun Tədrisi Metodikası
Kafedrası
Kafedra 1959-cu ildə «Azərbaycan dilçiliyi» kafedrasının bazasında
yaranmışdır.
Əslində bundan da əvvəl 1947-ci ildən 1957-ci il tarixədək Azərbaycan dili və ədəbiyyatının
tədrisi metodikası kafedrası mövcud olmuşdur. Sonra 1959-cu ilə kimi Azərbaycan
dilinin tədrisi metodikası fənni prof.Ə.Dəmirçizadənin rəhbərlik etdiyi Azərbaycan
dili kafedrasına, ədəbiyyatın tədrisi metodikası fənni isə ədəbiyyat tarixi kafedrasına
birləşdirilmişdir.
Kafedraya yarandığı gündən 1979-cu ilədək prof. Ağaməmməd Abdullayev rəhbərlik etmişdir.
O, uzun müddət «Azərbaycan dili və ədəbiyyatın tədrisi» məcmuəsinin redaktoru olmuş,
Maarif Nazirliyinin metod şurasına rəhbərlik etmişdir. A.S.Abdullayev 100-dən çox
elmi əsər və məqalənin müəllifidir.
1979-cu ildən prof. Həsən Balıyev bu kafedraya rəhbərlik edir. O, 40-dan çox elmi
əsərin (dərslik, monoqrafiya və dərs vəsaitinin), 200-dən çox elmi və publisistik
məqalənin müəllifidir. O, 8 il filologiya fakültəsinin dekanı olmuşdur.
H.Balıyev həm Azərbaycan dili, həm Azərbaycan dilinin tədrisi metodikası, həm də
siyasi-ictimai məzmunlu əsərlərin müəllifidir: «Orta məktəbdə Azərbaycan dilinin
tədrisi metodikası» (1996, 2003), «Azərbaycan dilinin tədrisi metodikasından mühazirələr»
(1978), «Azərbaycan dili» (Dillər İnstitutu tələbələri üçün dərslik) (1972), «Azərbaycan
dili II təlimdə» (2003), «Azərbaycan dili» (təbiət elmləri fakültəsi tələbələri
üçün dərslik) (2001), «Azərbaycan dili» (rus qrupu tələbələri üçün dərslik) (2006).
Kafedranın elmi-tədqiqat işləri 2 istiqamətdə aparılmışdır.
Dilçilər dilin nəzəri məsələləri üzrə tədqiqatlar aparmış və bu sahəyə öz dəyərli
töhfələrini vermişlər. Bu sahə üzrə sabiq üzvlərdən prof.Nəmidə Abbasovanın, dos.Böyükxanım
Rəhimovanın, dos.Mütəllib Rzazadənin adlarını xüsusi qeyd etmək lazımdır.
Azərbaycan dilinin tədrisi metodikası üzrə tədqiqatlar 3 istiqamətdə getmişdir:
1.Orta və ali məktəbdə Azərbaycan dilinin tədrisi metodikası;
2.İbtidai siniflərdə ana dilinin tədrisi metodikası;
3.Rus qruplarında ana dilinin tədrisi metodikası.
Hər üç istiqamət üzrə aparılan elmi-tədqiqat işlərinin nəticələri sanballı kitab
və məqalələr vasitəsilə orta və ali məktəbin Azərbaycan dili müəllimlərinə çatdırılmaqla
tədrisin keyfiyyətinin yüksəlməsinə kömək etmişlər.
P.e.d., prof. Əli Fərəcov Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının
ilk aspirantlarından biri olmuş, 1965-ci ildə Azərbaycan dilinin tədrisi metoidkası
üzrə namizədlik, 1972-ci ildə doktorluq işini müdafiə etmişdir. Filologiya fakültəsinin
qiyabi şöbəsində dekan vəzifəsində çalışmışdır. Orta məktəb üçün bir sıra Azərbaycan
dili dərsliklərinin müəllifi olmuş, 10-a qədər kitab və 100-dək elmi məqalə çap
etdirmişdir.
Professorlardan İ.Bayrmovun, N.Əhmədovun, dosentlərdən Ə.Əhmədovun, Ə.Kəlbəliyevin,
S.Quliyevanın, S.Qasımovanın, Ə.Şirinovun, N.Hacıyevin, M.Hacıyevin, F.Əbdürrəhimovun
sanballı elmi-metodik tədqiqatları bu sahədə müstəsna xidmət kimi qiymətləndirilməlidir.
Uzun müddətli fəal iş dövründə bu kafedranın nəzəri dilçiləri (bunların sayı 8-dir)
metodika, metodistləri isə nəzəri dilçilik sahəsində fəaliyyət göstərmək üçün formalaşmışlar.
Prof. N.Abdullayevanın «Müasir Azərbaycan dilindən xüsusi seminar» (1976), «Azərbaycan
dilinin morfologiyası» (1999), «Azərbaycan dilinin sintaksisi» (1999); prof. N.Abdullayevin
«Morfologiya tədrisində ədəbi tələffüz üzrə aparılan işlər» (1974), «Ədəbi tələffüz
təliminin metodikası» (1986), «Nitq mədəniyyətinin əsasları» (2005); filologiya
elmləri doktoru M.Nuriyevanın «Nitq mədəniyyəti və üslubiyyat məsələlərinə dair»
(1994), «Rus dilində türk sözləri» (2001), «İstilalar, müharibələr. Türk şəhərlərinin
taleyi» (2005) əsərləri diqqəti cəlb edir.
Hazırda kafedrada 24 nəfər (1 elmlər doktoru professor, 2 elmlər namizədi, professor,
1 elmlər doktoru, dosent, 11 elmlər namizədi, dosent, 4 elmlər namizədi müəllim,
5 müəllim) – professorlar H.B.Balıyev (kafedra müdiri), N.Abdullayeva, N.Abdullayev,
f.e.d., dos. M.Nuriyeva, dosentlər: Q.Tahirov, H.Hüseynov, T.Babayeva, M.Həsənov,
M.Məmmədov, Z.Məmmədov (dekan müavini), İ.İsmayılov, M.Səfərov, K.Bəşirov, Y.Yusifov,
H.Əliyev, elmlər namizədi müəllimlər: Ş.Nəbiyeva, P.Paşayeva, R.Hümmətova, M.Sultanov,
müəllimlər: İ.Abbasov, A.Balıyev, N.Əfəndiyeva, İ.Əliyeva, T.Səfərova çalışırlar.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|