Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksFilologiya >> Azərbaycan ədəbiyyatı və onun Tədrisi Metodikası Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Azərbaycan ədəbiyyatı və onun Tədrisi Metodikası Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin - Azərbaycan ədəbiyyatı və onun Tədrisi Metodikası Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi - Azərbaycan ədəbiyyatı və onun Tədrisi Metodikası Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Filologiya Fakültəsi - Azərbaycan ədəbiyyatı və onun Tədrisi Metodikası Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları philology_methodologyliterature@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Filologiya Fakültəsi - Azərbaycan ədəbiyyatı və onun Tədrisi Metodikası Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Filologiya Fakültəsi - Azərbaycan ədəbiyyatı və onun Tədrisi Metodikası Kafedrasının Müdiri,
filologiya elmləri doktoru, prof. Zahid Xəlil
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Azərbaycan ədəbiyyatı və onun Tədrisi Metodikası Kafedrası 
Ədəbiyyatın tədrisi metodikası fənni hələ 1920-ci illərdən tədris olunur.
Ümumi ədəbiyyat kafedrasının nəzdində fəaliyyət göstərərkən, ona ayrılan dərs yüklərinə, bu fənnin problemlərinə 40-50-ci illərdə görkəmli alim prof. Mikayıl Rəfili, 60-70-ci illərdə akademik Feyzulla Qasımzadə rəhbərlik etmiş, həmin sahənin mütəxəssisləri yetişdikdən sonra 1973-cü ildən kafedra müstəqil fəaliyyətə başlamışdır.
Kafedranın yaradıcısı və ilk müdiri görkəmli folklorşunas alim, «Koroğlu» eposunun tədqiqatçısı prof. Fərhad Fərhadov olmuşdur. Dünyasını dəyişmiş Rahil Məmmədov, Həbibulla Məmmədov, Qulamhüseyn Əliyev, Dursun Məmmədov, xəstəliyi ilə əlaqədar təqaüdə çıxan Münəvvər Cavadova da kafedrada fəaliyyət göstərmişlər.
Kafedranın fəaliyyəti dövründə kafedranın elmi potensialı bir qədər də güclənmiş, professorlardan Aydın Hacıyev, Zahid Xəlil kafedra yarandığı gündən burada fəaliyyət göstərməyə başlamışlar. Dosentlərdən – Bilal Muradov, Şəkərxanım Ömərova, Zemfira Tahirli, Soltan Əliyev, Fəxrəddin Yusifov, Füzuli Əsgərli və b. bu kafedrada yetişmiş və elə orada da fəaliyyət göstərirlər.
Kafedra müstəqil şəkildə fəaliyyətə başlayan gündən həm ədəbiyyat metodikası, həm də uşaq ədəbiyyatı fənlərini əhatə etmişdir. O, 1994-98-ci illərdə ədəbiyyatın tədrisi metodikası və uşaq ədəbiyyatı adları ilə iki müstəqil kafedra kimi fəaliyyət göstərmişdir.
Ədəbiyyatın tədrisi metodikası kafedrasına prof. Aydın Hacıyev, uşaq ədəbiyyatı kafedrasına isə prof. Zahid Xəlil rəhbərlik etmişdir.
1998-ci ildən hər iki kafedra Ədəbiyyatın tədrisi metodikası kafedrası adı altında birləşdirilmişdir. Hazırda filologiya elmləri doktoru, prof. Zahid Xəlil kafedranın müdiridir. Kafedranın 15 üzvü vardır. Onlar kafedranın elmi araşdırmalarının genişləndirilməsində, elmi potensialının artırılmasında əllərindən gələni edirlər.
Proqram, dərslik, dərs vəsaitləri, metodik göstərişlər, elmi-tədqiqat işləri, dissertasiyalar kafedra üzvlərinin fəaliyyət göstərdiyi sahələrin bir qismini təşkil edir. Kafedranın məhsuldar alimlərindən prof. Z.Xəlil, dos. B.Muradov, dos. S.Əliyev, dos. F.Yusifov, dos. F.Əsgərlinin adlarını qeyd etmək olar.
Prof. Zahid Xəlil elmi-pedaqoji və ictimai-ədəbi fəaliyyəti ilə seçilən tanınmış alimlərimizdən və uşaq yazıçılarımızdan biridir. O, YUNESKO-nun uşaq ədəbiyyatının tədqiqi ilə məşğul olan Beynəlxalq təşkilatın ( MOİDL) tədbirlərində dəfələrlə iştirak edib, bu ədəbiyyatın problemləri ilə bağlı məruzə və çıxışlara qatılıb.
Onun Moskvada rus dilində çap olşunmuş «Detskaya literatura Azerbaydjana» adlı monoqrafiyası təkcə bizim respublikada deyil, Rusiyanın ali məktəblərində də dərs vəsaiti kimi istifadə olunur. Professor həmçinin Respublikanın ali məktəbləri üçün uşaq ədəbiyyatı proqramlarının, dərsliklərinin yazılmasında fəal iştirak etmişdir.
Respublikanın ali məktəblərinin İbtidai təhsil pedaqogikası fakültələrinin Boloniya təhsil sisteminə inteqrasiya prosesində fəal iştirak edir. Bu məqsədlə respublikanın Təhsil Nazirliyinin yaratdığı xüsusi komissiyaya rəhbərlik edir. Kurrikliumların yazılmasında, yeni tədris standartlarının hazırlanmasında əməyini əsirgəmir. Hazırda Azərbaycan dili və ədəbiyyatı üzrə respublika olimpiadasının sədridir.
Prof.Z.Xəlil «Azərbaycan uşaq ədəbiyyatı» dərsliyinin, 200-dən çox elmi məqalənin, 20-dən çox bədii kitabın müəllifidir.
Kafedrada uşaq ədəbiyyatı və ədəbiyyat tədrisinin metodikasının mühüm sahələrinə aid tədqiqatlar aparılmış, xeyli dərslik, dərs vəsaiti, proqramlar, metodik göstərişlər, monoqrafiya və ictimai publisistik materiallar hazırlanaraq çap edilmişdir.
Onlardan dos. B. Muradovun «Ədəbiyyat tədrisi metodikasının nəzəri əsasları», «Məktəbdə ədəbiyyat kursunun məzmunu və tədrisinin təşkili məsələləri», «Ədəbiyyat dərslərində şifahi və yazılı nitqin inkişaf etdirilməsi», «Orta məktəbdə ədəbi əsərlərin öyrədilməsi», «Məhəmməd Füzulinin məktəbdə tədrisi», «M.Füzuli və İ.Nəsiminin tədrisi», «Nitq mədəniyyəti üzrə mühazirə mətnləri», dos. Z.Tahirlinin «Böyük Vətən müharibəsi dövründə Azərbaycan uşaq şeiri», dos.S.Əliyevin «İfadəli oxu» (filologiya fakültəsi tələbələri üçün), dos. F.Yusifovun «Orta məktəbdə S.Ə. Şirvani əsərlərinin dilinin öyrədilməsi», «Orta məktəbdə «Dastani-Əhməd Hərami»nin məzmununun öyrədilməsi», «Məktəbdə ədəbiyyat dərslərinin təşkili», «Məktəbdə Nəsimi əsərlərinin məzmununun öyrədilməsi», «İfadəli oxu» (pedaqoji fakültə tələbələri üçün), dos. F.Əsgərlinin «Sənətkarın uşaq dünyası», «Ədəbi düşüncələr», «Uşaq ədəbiyyatı», dos. C.Məhərrəmovanın «Azərbaycan uşaq ədəbiyyatında ənənə və novatolrluq», «1970-80-ci illər Azərbaycan uşaq ədəbiyyatı», dos. S.Hüseynovanın «Ədəbiyyat dərslərində şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsinə dair», baş müəllim R.Ağayevanın «Kino və məktəb», «Ümumtəhsil məktəblərində ədəbiyyat tədrisinin bəzi məsələləri» və başqalarının adlarını çəkmək olar.
Kafedranın əməkdaşları bir sıra beynəlxalq proqramların, ümumtəhsil məktəbləri üzrə kurrikulum yaradılması üzrə işçi qrupunun işində, orta məktəblər üzrə «Ədəbiyyat» dərsliklərinin tərtibində yaxından iştirak edirlər.
Hazırda kafedrada 15 nəfər (1 elmlər doktoru, professor; 9 nəfər elmlər namizədi, dosent; 1 nəfər elmlər namizədi; 1 baş müəllim; 3 müəllim) fəaliyyət göstərir: professor: Z.A.Xəlilov (kafedra müdiri), dosentlər: B.H.Muradov, Ş.N.Ömərova, Z.C.Tahirli, S.H.Əliyev, F.A.Yusifov, F.F.Əsgərli, C.O.Məhərrəmova, S.Q.Hüseynova, V.K.Əliyev, baş müəllim: p.e.n. R.Ə.Ağayeva, müəllimlər: f.e.n.A.Ş.Əhmədova, T.S.Əliyeva, Y.N.Həsənəliyeva, Ş.N.Nəsirova.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Azərbaycan ədəbiyyatı və onun Tədrisi Metodikası Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksFilologiya >> Azərbaycan ədəbiyyatı və onun Tədrisi Metodikası Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center