|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin
- Rus dili Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi
- Rus dili Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ
GƏLDİNİZ!" deyirəm.
Filologiya Fakültəsi - Rus dili Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir.
Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları philology_russian@aspu.az
elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Filologiya Fakültəsi - Rus dili Kafedrasının Web Səhifəsi Azərbaycanın
ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş
oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Filologiya Fakültəsi - Rus dili Kafedrasının Müdiri,
prof. T.N.Əliyeva
|
|
|
|
|
UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Rus dili
Kafedrası
Ali Pedaqoji İnstitut təşkil ediləndə (1921-ci ildə) tədris planlarına
daxil edilən fənlərdən biri də rus dili idi. Rus dilini burada ilk ildə V.İ.Pismennaya,
1922-ci ildən isə onunla birlikdə Tiflis Aleksandrovsk Müəllimlər İnstitutunun məzunu
H.İ.Mahmudbəyov (1864-1928) tədris etmişlər.
İnstitutda fəaliyyət göstərən dillər kafedrası əsasında 1936/37-dərs ilində müstəqil
rus dili kafedrası təşkil edilmiş və dos. V.L.Arxarova müdir seçilmişdir.
Sonrakı illərdə rus dili kafedrasına baş müəllim N.Q.Yukovskaya, 1946/47-ci dərs
ilindən N.İ.Terentyeva, 1950-ci ildən isə dos. A.A.Roşal müdir seçilmişlər. Sonra
1954-cü ildə Y.A.Əliyev və uzun illər kafedraya dos. İ.Y.Yudkin rəhbərlik etmişdir.
Son dövrlərdə prof. T.N.Əliyeva dəfələrlə kafedraya müdir vəzifəsinə seçilmişdir.
O, 1967-ci ildən 2006-cı ilin sentyabrına qədər kafedraya rəhbərlik etmişdir.
Kafedrada elmi-tədqiqat işləri üç istiqamətdə aparılır: müxtəlif sistemli dillərin
müqayisəli - tipoloji təhlili, rus dili təliminin metod və formalarının təkmilləşdirilməsi,
dərs vəsaitlərinin hazırlanması.
Kafedranın əməkdaşları rus dilçiliyi və ədəbiyyatının, Azərbaycan məktəblərində
rus dilinin tədrisi metodikasının mühüm problemləri üzərində elmi-tədqiqat və tədris-metodiki
işlər aparmışlar. Kafedranın başlıca vəzifələrindən biri – elmi-pedaqoji və metodiki
biliklərin, təcrübələrin nəticələrinin, açıq dərslərin müzakirələrinin nəticələrini
və metodika sahəsində yeniliklərinin kafedra əməkdaşlarına çatdırılması və qabaqcıl
təcrübənin öyrənilməsidir.
Kafedranın pedaqoji kadrlarının hər beş ildən bir ixtisasartırma kurslarını keçmələri
onların peşə ustalıqlarının, elmi biliklərini və məlumat informasiyalarının zənginləşməsində
zəruri amildir.
Pedaqoji kadrların ixtisaslarının artırılmasının əsas komponentlərinə müasir didaktikanın
aktual problemləri, pedaqoji psixologiyanın, müasir pedaqoji texnologiyanın, rus
dilinin tədrisi və metodikasına aid yeniliklər və elmi -tədqiqat işinin aparılması,
mədəni səviyyənin, ekoloji mədəniyyətin artırılması və s. daxildir.
Kafedraya uzun illərdir prof. T.N.Əliyeva rəhbərlik etmişdir. O, «Rus dili (Azərbaycan
məktəblərinin IV sinfi üçün ) dərsliyinin müəlliflərindən biri, «Səkkizillik Azərbaycan
məktəblərində rusca tələffüz təlimi» (1969), «Rus dilindən vəsait» ( I hissə, 1978,
II hissə 1986), 1979-cu il SSRİ ali məktəbləri üçün rus dili dərsliyinin həmmüəllifi,
«Rus dilinin praktik kursu» (qeyri rus ali məktəblərin milli qrupları üçün) (Moskva
1988) müəllifi və Pedaqoji Universitetin bakalavr təhsili üçün rus dili proqramının
(1998) tərtibçisidir. Həmçinin rus dili üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Metodik Şurasının üzvü, «Azərbaycan məktəbində rus dili və ədəbiyyatı və elmi qeydlər»
jurnallarının redaksiya heyətinin üzvü, 1980-1990 illərdə Rus dili və ədəbiyyatı
müəllimlərinin Beynəlxalq Assosiasiyasının üzvü olmuşdur.
Kafedrada aparıcı müəssisə kimi 40 namizədlik və 5 doktorluq dissertasiyası müzakirə
edilmişdir.
Hal-hazırda kafedrada 25 nəfər professor-müəllim çalışır: O.Calalova, H.Vəliyeva,
N.Sadıqova, İ.Babayeva, A.Quliyeva, İ.Məlikova, Ç.Ağayev, G.Primova, S.Mirzəyeva,
S.Əzizova, O.Məmmədova, S.Fərəcova, L.Kolesnikova Larisa, Z.Qasımova, İ.Əliyeva,
Z.Tapdıqova, S.Məmmədova, L.Vəzirova, N.Kazımova, Ş.Köçərli, S.Sadıqova, M.Musayeva,
O.Mustafayeva, X.Çələbiyeva.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|