Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksFilologiya >> Azərbaycan və Dünya Ədəbiyyatı Tarixi Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Azərbaycan və Dünya Ədəbiyyatı Tarixi Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin - Azərbaycan və Dünya Ədəbiyyatı Tarixi Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi - Azərbaycan və Dünya Ədəbiyyatı Tarixi Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Filologiya Fakültəsi - Azərbaycan və Dünya Ədəbiyyatı Tarixi Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları philology_world@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Filologiya Fakültəsi - Azərbaycan və Dünya Ədəbiyyatı Tarixi Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Filologiya Fakültəsi - Azərbaycan və Dünya Ədəbiyyatı Tarixi Kafedrasının Müdiri,
Prof. Himalay Qasımov
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Azərbaycan və Dünya Ədəbiyyatı Tarixi Kafedrası 
Kafedranın yaranması universitetimizin bir təhsil ocağı kimi fəaliyyətə başladığı dövrə təsadüf edir.
Universitetin ictimai – lisaniyyət şöbəsinin tərkibində dil-ədəbiyyat bölməsi, sonralar dil-ədəbiyyat, ədəbiyyat, ədəbiyyat-incəsənət, Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbiyyatı tarixi adı ilə fəaliyyət göstərib, bu gün Azərbaycan və dünya ədəbiyyatı tarixi adı ilə fəaliyyət göstərən kafedraya ilk öncə görkəmli ədib, pedaqoq Abdulla Şaiq Talıbzadə rəhbərlik etmişdir.
1924-cü ildə B.Çobanzadə, İ.Hikmət, C.Əfəndizadə, Y.V.Çəmənzəminli kafedrada işə dəvət olundu.
30-cu illərdə kafedraya yeni qüvvələrin gəlişi başlandı. Ə.Nazim, M.Rəfili, H.Nəzərli və M.S.Əfəndiyevin Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasında çalışmaları təlim-tərbiyənin keyfiyyətinin yüksəlməsinə təkan verdi. Sonralar Ə.Sultanlı, M.Quluzadə, H.Əfəndiyev, M.Əlizadə, Ə.Qarabağlı da kafedraya cəlb olundular. H.Araslı, M.Cəlal, C.Xəndan universitetin ilk aspirantları olaraq kafedraya yeni nəfəs gətirdilər.
Ə.Nazim 30-cu illərin əvvəllərindən ədəbiyyat tarixi kafedrasının müdiri olmuş və ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi fənlərindən mühazirələr oxumuşdur.
M.Rəfilinin də elmi-pedaqoji fəaliyyətinin mühüm bir hissəsi ADPU ilə bağlı olmuşdur. Prof. M.Rəfili kafedra müdiri kimi ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmişdir. İ.Şıxlı və M.Həyətzadə Ə.Sultanlının rəhbərliyi altında xarici ölkələr ədəbiyyatı ixtisası üzrə mütəxəssis kimi yetişmişlər.
Dos.Ə.Hüseynov 23 il filologiya fakültəsində rus ədəbiyyatından mühazirələr oxumuş, fitri istedadı, şəxsi qabiliyyəti ilə respublika ictimaiyyətinin xüsusi marağında olmuşdur. Onun «Sənət yanğısı» əsəri bu gün də elmi dəyərini qoruyub saxlayır.
Akademik H.Araslının elmi-pedaqoji fəaliyyətinin böyük bir hissəsi – 1933-1941-ci illər dövrü bu kafedra ilə bağlı olub.
Azərbaycan ədəbiyyatı kafedrasına müxtəlif illərdə B.Çobanzadə, Əli Nazim, Məmmədsadıq Əfəndiyev, Cəfər Xəndan, M.Rəfili, F.Qasımzadə, M.Məmmədov, P.Əfəndiyev, A.Hacıyev rəhbərlik etmişlər.
Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrası elmi fəaliyyətini bu gün «Azərbaycan ədəbiyyatının aktual problemləri»nin tədqiqi istiqamətində qurubdur. Kafedrada Azərbaycan ədəbiyyatı tarixinin XIX əsr, XX əsr və müasir dövrü müvafiq proqramlar, dərslik və dərs vəsaitləri əsasında tədris olunur. Bundan əlavə «Türk və Şərq xalqlarının ədəbiyyatı», «Şərqi slavyan xalqlarının ədəbiyyatı», «Avropa ədəbiyyatı» (yeni dövr), «Ədəbi tənqidin tarixi», «Ədəbiyyatşünaslığın əsasları» və «Ən yeni Azərbaycan ədəbiyyatı» fənləri də kafedra əməkdaşlarının hazırladıqları proqramlar əsasında tədris olunur. Bu tədris fənləri də dərslik və dərs vəsaitləri ilə təmin olunmuşdur.
Prof. Himalay Qasımov 2003-cü ildən Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasına müdir vəzifəsinə seçilmişdir.
O, «Ədəbiyyat nəzəriyyəsindən mühazirələr» (B., 1981), «Bədiiliyin meyarı» (B., 1990), «Müasir Azərbaycan romanı: janrın poetika və tipologiyası» (B., 1994), «Müasir Azərbaycan romanının qaynaqları» (B., 1994), «Azərbaycan şeirinin poetikası» (B., 1996), «Müasir Azərbaycan ədəbiyyatında yaradıcılıq meylləri» (B., 1998), «Şəhriyarın lirikası və etiqadı» (B., 1999), «Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri» (Bakı, 2004), «Şəhriyar poetikası» (2006, həmmüəlliflə), «Səməd Vurğunun poetik dünyası» (2006) kimi dərs vəsaiti və monoqrafiyaların; prof. Abbas Hacıyev «Tiflis ədəbi mühiti» (B., 1980), «Mirzə İbrahimov» (B., 1982), «Tiflis Azərbaycan teatrı» (1984), «Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq» (B., 1986), «Ədəbiyyatşünaslığın əsasları» (B., 1988), «Sənətkarın yaradıcılıq fərdiliyi» (B., 1990), «Bədii əsərin strukturu» (B., 1992), «Ədəbi növlər və janrlar» (B., 1994), «Ədəbiyyat nəzəriyyəsi» (B., 1996), «Ədəbiyyatşünaslığın əsasları» (B., 1999), «Tiflis ədəbi mühiti» (rus dilində, B., 1965), «Mirzə İbrahimovun yaradıcılıq yolu» (rus dilində, B., 1970), «Ədəbiyyatşünaslığın əsasları» (yeni nəşr, B., 2005) adlı kitab, dərslik və dərs vəsaitlərinin müəllifidir. 15-dək namizədlik dissertasiyasına rəhbərlik etmişdir.
Prof. M.Mustafayevin «Q.Zakir şeirinin sənətkarlığı» (1983), «XIX əsr Azərbaycan satirik şeir nümunələri» (1983), «XIX əsr Azərbaycan şeirində lirika» (1988), «XIX əsr Azərbaycan realist şeiri» (1993), «Q.Zakirin poetik dünyası» (2004); fil.elm.doktoru, dos. E.Quliyevin «M.Şəhriyar. Gəldim sizi görməyə» (1992), «S.Tahir. Lirika» (1992), «M.Şəhriyar. Heydərbabaya salam» ( 2004), «Türk xalqları ədəbiyyatı» (1998), «Mirzə İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri» (1997), «Türkiyə türk ədəbiyyatı» (2003), «Şəhriyar poeziyası və milli təkamül» (2004), dos. R.Əhmədovun «İsmayıl Şıxlı» (1982), «Məmməd Arif» (1986), «Azərbaycan dramaturgiyası yeni mərhələdə» (1994), «S.Vurğunun dramaturgiyası» (1988), «Sənət və həyat» (2005), dos. T.Cavadovun «Pedaqoji mühit və uşaq ədəbiyyatı» (1992), «Faciəli talelər» (1998), «Müasir Azərbaycan romanının poetikası» (2005); dos. M.Nağıyevin «Azərbaycan maarifçi realist nəsri və rus ədəbiyyatı» (1994), «Ç.Aytmatovun yaradıcılığı» (1996) kitabları öz dəyəri ilə seçilir.
Hazırda kafedranın elmi potensialını 11 əməkdaş: 3 elmlər doktoru, professor; 1 elmlər namizədi, professor; 3 elmlər namizədi dosent; 1 elmlər namizədi, baş müəllim; 2 elmlər namizədi, müəllim; 1 müəllim təmsil edir: professorlar: H.Ə.Qasımov, A.M.Hacıyev, M.Q.Mustafayev, E.H.Quliyev, dosentlər: R.M.Əhmədov, T.S.Cavadov, M.M.Nağıyev, elmlər namizədi, baş müəllim: M.H.Nəcəfov, elmlər namizədi, müəllim: N.A.Məmmədova, T.Y.Rəhimli, müəllim: T.M.Əzimova.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ - Azərbaycan və Dünya Ədəbiyyatı Tarixi Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksFilologiya >> Azərbaycan və Dünya Ədəbiyyatı Tarixi Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center