|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika Fakültəsinin Web
Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika Fakültəsinin
Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Fizika Fakültəsinin Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi
düşündürən məsələləri, sualları physics@aspu.az elektron poçt ünvanı
ilə bizə çatdıra bilərsiniz.
Fizika Fakültəsinin Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan
tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Fizika Fakültəsinin Dekanı,
prof. M.İ.Murquzov
|
|
|
|
|
Ali Pedaqoji İnstitut yaradılarkən burada fəaliyyət göstərən üç şöbədən
biri fizika-riyaziyyat idi.
İlk illər şöbənin fizika bölməsində dos. R. M. Məlikov, N. Q. Berq və başqaları
çalışırdılar. Respublikamızda fizika ixtisası üzrə ilk ali təhsilli mütəxəssislər
burada hazırlanmışdır.
Keçən əsrin 30-cu illərində şöbələr eyni adlı fakültəyə çevriləndə prof. A. Q. Abbaszadə
fizika-riyaziyyat fakültəsinin dekanı təyin olunmuşdu.
Fizika - riyaziyyat fakültəsi 1968/69- cu dərs ilində iki müstəqil fakültəyə – fizika
və riyaziyyat fakültələrinə ayrıldı. Fizika fakültəsinə müxtəlif illərdə dos.T.K.Xasməmmədov
(1968-1971), dos. Ə.H.Əhmədov (1971-1975), prof Ə. M. Kərimov (1975-1981), prof.
K.D.Hüseynov (1981-1984), dos. M.M.Əliyev (1984-1987), prof. E.Ə.Eyvazov (1988-1989),
prof. İ.H.Cəfərov (1989-1995) rəhbərlik etmişlər. Bu vəzifədə 1996-cı ildən prof.
M.İ.Murquzov çalışır.
Fizika fakültəsində 8 elmlər doktoru , 46 elmlər namizədi, onlarla aspirant, dissertant
və magistr bərk cisimlər fizikası, yarımkeçiricilər və dielektriklər fizikası, mayelər
və istilik fizikası, elementar zərrəciklər və nüvə fizikası, kristalloqrafiya, astrofizika
və fizikanın tədrisi metodikasının müasir problemləri sahəsində elmi-tətqiqat işləri
aparır.
Fakültə müstəqil fəaliyyətə başlayandan 3000-dən çox yüksək ixtisaslı kadr hazırlanmış.
100-ə yaxın məzun Respublikanın müxtəlif ali məktəblərində və AEMA-nın Elmi-Tədqiqat
İnstitutlarında elmlər doktoru (H.Abdullayev, L.Vəliyev, A.Mehrabov, Z.Qaralov və
b.) və elmlər namizədi fəaliyyət göstərir. Bunlara misal olaraq göstərmək olar.
Hazırda fakültədə 450 nəfər bakalavr və 18 nəfər magistr pilləsində təhsil alır.
Fakültə bir sıra elm və təhsil ocaqları – MDU, MDPU, Ukrayina EA-nın Materialşünaslıq
Problemləri İstitutu, İstanbul Universiteti, Azərbaycan Respubilkası MEA-nın Fizika,
Kimya problemləri və Radiasiya problemləri İnstitutları və BDU ilə əməkdaşlıq edir.
Fakültədə 4 kafedra (Mexanika və Molekulyar fizika, elektrik və optika, nəzəri fizika
və astronomiya, fizikanın tədrisi metodikası) və bir elmi-tədqiqat laboratoriyası
(nadir torpaq metal materialları fizikası) fəaliyyət göstərir.
Yaradıcı Kollektiv
|
|
|
|
|
Mexanika və molekulyar fizika Kafedrası
"Mechanics
and Molecular Physics Department Page"
Elektrik və Optika Kafedrası
"Electrician
and Optics Department Page"
Nəzəri Fizika Kafedrası
"Theoretic
Physics Department Page"
Fizikanın Tədrisi Metodikası Kafedrası
"Methodology
Physics Department Page"
Əməkdaşlar
"Personals
Page"
Elmi Əsərlər və Məqalələr
"Publications
Page"
Məzunlar
"Graduates
Page"
|
|
|
|
|
|
|
|
|