Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksFizika >> Elektrik və Optika Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİZİKA FAKÜLTƏSİ - Elektrik və Optika Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika Fakültəsinin - Elektrik və Optika Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika Fakültəsi - Elektrik və Optika Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Fizika Fakültəsi - Elektrik və Optika Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları physics_electrician@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Fizika Fakültəsi - Elektrik və Optika Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Fizika Fakültəsi - Elektrik və Optika Kafedrasının Müdiri,
prof. M.İ.Murquzov
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİZİKA FAKÜLTƏSİ - Elektrik və Optika Kafedrası 
Kafedra 1976-cı ildən müstəqil fəaliyyət göstərir.
Kafedraya 1982-ci ilə qədər dos. A. A. Məmmədov və prof. K. P.Məmmədov rəhbərlik etmişdir.
Hazırda kafedraya (1982-ci ildən sonra) prof. M.İ.Murquzov rəhbərlik edir. O, 1981-ci ildə V.Kansukas adına Vilnus Dövlət Universitetində «Lantanoidlərin iştirakı ilə mürəkkəb yarımkeçiricilərdə valent elektronların vəziyyəti» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ilk dəfə atomların fərdi xüsusiyyətlərini nəzərə almaqla lantanoidlərin iştirakı ilə alınmış mürəkkəb yarımkeçiricilərə ən müasir nəzəri konfiqurasiya modelini tətbiq edərək maddənin elektron quruluşu ilə xassəsi arasında bir sıra yeni qanunauyğunluqlar aşkar etmişdir.
Onun 250-dən çox elmi tədqqiqat işi, dərslik, dərs vəsaiti, monoqrafiya və metodik vəsaitləri çap olunmuşdur. Prof. M.İ.Murquzov dəfələrlə beynəlxalq elmi konfranslarda məruzələr oxumuşdur. Prof. M.İ.Murquzov kadr hazırlığına da xüsusi diqqət yetirmişdir. Belə ki, onun rəhbərliyi ilə 8 nəfər – M.Quliyev, O.Həsənov, H.Həsənov, A.Ələkbərov, C.Hüseynov, S.Musayeva, G.Novruzova, X.Adıgözəlova namizədlik dissertasiyası müdafiə etmişdir. T.A.Cəfərov isə namizədlik dissertasiyası üzərində işləyir.
Prof. M.İ.Murquzov təhsil sahəsində aparılan islahatların həyata keçirilməsində yaxından iştirak edir. Onun rəhbərliyi və müəllifliyi ilə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün «Fizika», XI siniflər üçün «Astronomiya» dərslikləri, həmin dərsliklərə uyğun «İş dəftəri», «Fizikadan məsələlər». VII-XI siniflər», «Fizikadan laboratoriya praktikumu» yazılmış, ümumtəhsil məktəbləri üçün «Fizika-astronomiya» fənlərinin dövlət standartı, fənn proqramı və fənnin müasir konsepsiyası hazırlanmışdır. Prof. M.İ.Murquzov ali məktəb tələbələri üçün yazılmış «Atom fizikası» (2000), Atom fizikasından laboratoriya praktikumu» (2002, A.S.Ələkbərovla), «Ümumi fizika kursundan məsələlər: Atom və nüvə fizikası» (2005. C.İ.Hüseynov və T.A.Cəfərovla), «Fiziki elektronikadan laboratoriya praktikumu» (2004, A.S.Ələkbərov və C.M.Səfərovla) kitabların, magistr hazırlığı üçün «Yarımkeçiricilər fizikası», «Optik hadisələr fizikası» (2005) proqramlarının müəllifidir.
Prof. M.İ.Murquzov elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ictimai əsaslarla Təhsil Şurasının sədr müavini, Respublika Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının «Fizika» bölməsinin sədri, məktəblilərin fizika fənni üzrə Respublika Olimpiadasının münsiflər heyətinin sədri, Tələbə qəbulu üzrə Dövlət Komissiyasında fizika fənni üzrə ekspert komissiyasının sədri, təhsil sektorunun inkişafı layihəsi çərçivəsində ümumtəhsil məktəbləri üçün fizika fənninin kurrikulumunu hazırlayan işçi qrupun sədri kimi geniş fəaliyyət göstərir.
Elmi, pedaqoji, ictimai fəaliyyətləri nəzərə alınaraq 2005-ci ildə prof. M.İ.Murquzova Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin fərmanı ilə «Əməkdar müəllim» fəxri adı verilmişdir. Kafedranın inkişafında prof. P.Məmmədov, prof. Ə.Rüstəmov, prof. M.M.Əliyev, prof. B.A.Haqverdiyev, dos. X.Y.Xəlilov, V.M.Nağıyev, Y.Q.Yusifov və başqalarının səmərəli xidmətləri olmuşdur.
Hazırda kafedranın əməkdaşları prof. Q.Y.Səfərəliyev, prof. V.İ.Nəsirov, dosentlər: V.V.Yusifov, İ.Ş.Dadaşov, M.M.Xəlilov, Ə.A.Ələkbərov, R.F.Məmmədova, Ə.N.Quliyev, baş müəllimlər: C.İ.Hüseynov, A.Ə.Əliyev, C.M.Səfərov, müəllimlər: O.M.Həsənov, X.A.Adıgözəlova «Lantanoidlərin iştirakı ilə yarımkeçirici materialların alınması və elektrofiziki xassələrinin tətqiqi» sahəsində elmi tədqiqat işi aparırlar.
Prof. Q.İ.Səfərəliyev 1984-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda «Aşqarlanmış qalium sürmədə elektron və foton prossesləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda yarımkeçiricilər və dielektriklər fizikası sahəsində elmi işlərini davam etdirir .
Prof. V.İ.Nəsirov 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onun 100-ə yaxın elmi məqaləsi və dərs vəsaitləri nəşr olunmuşdur. Hal-hazırda V.Nəsirov «Kristallarda polimorf çevrilmə zamanı yeni yaranan fazaların böyümə morfologiyası» sahəsində tədqiqat aparır.
Kafedranın nəzdində 5 tədris (elektrik, optika, atom və nüvə fizikası, yarımkeçiricilər, rentgenquruluş təhlil ) və 1 problem laboratoriyası (nadir torpaq metallar materiallar fizikası) fəaliyyət göstərir.
Kafedra əməkdaşlarının bir sıra elmi və metodik kitabları nəşr olunmuşdur. M.İ.Murquzov «Kvant fizikasından mühazirələr» (1988), M.İ.Murquzov və V.V.Yusifov «Elektrik bəhsi» (1989), M.İ.Murquzov, Ə. N. Quliyev, İ.Ş.Dadaşov və Q.İ.Səfərəliyev «Yarımkeçiricilərin elektrik xassələrinin təyininə aid laboratoriya praktikumu» (1996), K.P.Məmmədov və X.Xəlilov «Optika» (3 hissəli,1981), B.A.Haqverdiyev, M. M.Əliyev «Fiziki prinsiplər» (1987), B.A.Haqverdiyev, B.B.Quliyev «Fiziki effektlər» (1988), B.A.Haqverdiyev, A.S.Ələkbərov, F.A.Axundov «Elektromaqnizimdən mühazirələr» (1996), M.M.Əliyev «Fizika» (Elementar dərs vəsaiti,1986), V.İ.Nəsirovun «Kristalloqrafiyanın elementləri» (E.Ə.Eyvazovla birlikdə), «Bərk cisimlər fizikasının məsələlərlə şərhi» (E.Ə.Eyvazov və Y.Abbasovla birlikdə, 1999), «Elektrik» (2002) və başqa əsərlər bu qəbildəndir.
Hal-hazırda kafedrada 15 nəfər (3 elmlər doktoru, professor, 6 elmlər namizədi, dosent, 4 elmlər namizədi, baş müəllim, 2 elmlər namizədi, müəllim) – professorlar: M.İ.Murquzov (kafedra müdüri, dekan), V.İ.Nəsirov, Q.İ.Səfərəliyev, dosetnlər: V.V.Yusifov, İ.Ş.Dadaşov, R.F.Məmmədova, M.M.Xəlilov, A.S.Ələkbərov, Ə.N.Quliyev, baş müəllimlər: C.İ.Hüseynov, A.Ə.Əliyev, C.M.Səfərov, Ş.S.İsmayılov və müəllimlər: X.A.Adıgözəlova və O.M.Həsənov çalışırlar.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  FİZİKA FAKÜLTƏSİ - Elektrik və Optika Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksFizika >> Elektrik və Optika Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center