|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika Fakültəsinin -
Fizikanın Tədrisi Metodikası Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika Fakültəsi
- Fizikanın Tədrisi Metodikası Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza
- "XOŞ GƏLDİNİZ!" deyirəm.
Fizika Fakültəsi - Fizikanın Tədrisi Metodikası Kafedrasının Web Səhifəsi Sizin
xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları
physics_methodology@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Fizika Fakültəsi - Fizikanın Tədrisi Metodikası Kafedrasının Web Səhifəsi Azərbaycanın
ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş
oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Fizika Fakültəsi - Fizikanın Tədrisi Metodikası Kafedrasının Müdiri,
dos. R.R.Abdurazaqov
|
|
|
|
|
UNİVERSİTETİN FİZİKA FAKÜLTƏSİ - Fizikanın Tədrisi
Metodikası Kafedrası
Kafedra 1946-cı ildə fizika-riyaziyyat fakültəsinin nəzdində yaradılmışdır.
Kafedraya əvvəlcə prof. B.Ə.Ağayev, 1951-55-ci illərdə isə dos. B.A.Şəfizadə rəhbərlik
etmişdir.
1955-ci ildən fizikanın tədrisi metodikası (FTM) kafedrası müstəqil fəaliyyətə başlamışdır.
1970-ci ilə qədər kafedraya dos. B.A.Şəfizadə rəhbərlik etmişdir. Bu dövrdə kafedrada
iki tədris laboratoriyası- məktəb eksperimenti və təlimin texniki vasitələri laboratoriyaları
təşkil edilir. Kafedrada müəllim kadrlarının hazırlanması sahəsində aparılan təlim-tərbiyə
işləri ilə yanaşı, gənc metodist-alimlərin hazırlanmasında da böyük müvəffəqiyyətlər
əldə edilmişdir.
B.Ş.Sultanov, T.Q.Xasməmmədov, Z.N.Osmanov, Ə.İ.Əhmədov, S.Ş.İmanov, L.Axundov,
Z.İ.Qaralov, İ.Q.Bənənyarlı, T.S.Vahidov və başqaları orta məktəbdə fizikanın tədrisi
metodikasının aktual problemləri üzrə tədqiqat aparmış, dissertasiyalar müdafiə
etməklə pedaqoji elmlər namizədi alimlik dərəcələri almışlar.
1971-73-cü illərdə FTM kafedrasına dos. T.Q.Xasməmmədov rəhbərlik etmişdir. Bu dövrdə
S.Ş.İmanov doktorluq, Ə.Ə.Axundov, F.M.Rəştiyev, Ş.H.Əlizadə və başqaları namizədlik
dissertasiyaları müdafiə etmişlər.
1973-75-ci illərdə, kafedraya əvvəlcə, dos. F.M.Rəştiyev, sonra isə dos B.Ş.Sultanov
rəhbəlik etmişlər. 1975-ci ildən 2004-cü ilə qədər isə SSRİ PEA-nın müxbir üzvü,
Rusiya Təhsil Akademiyaıının əcnəbi üzvü, əməkdar elm xadimi, prof. S.Ş.İmanov rəhbərlik
etmişdir. Onun rəhbərliyi altında K.M.Həsənov, X.İ.Padarov, R.R.Abdurazaqov, D.Z.Əliyeva,
N.M.Məsimov, Ə.M.Kərimov, Ş.M.Əhədov namizədlik dissertasiyası müdafiə etmişlər.
Prof. S.Ş.İmanov keçmiş SSRİ-də tanınmış metodist alim kimi bir çox xarici ölkə
aspirant və dissertantlarına elmi rəhbər və opponent olmuşdur.
FTM kafedrasının dosenti Ş. H. Əlizadə doktorluq dissertasiyası müdafiə etmişdir.
Fakültədə yüksək keyfiyyətli gənc müəllim kadrlarının hazırlanmasında kafedranın
dosenti B.M.Mirzəyev, baş müəllimlər Z.F.Hacıyeva, Z.Ə.Rəhmanova, F.Ə.Namazova,
M.S.Muradova və müəllim S.X.Cəlilova, tədris köməkçi heyəti – Y.C.Ələkbərova, N.P.Almərdanova,
G.Z.Vəlibəyova, T.M.Hacıyev, G.Ə.Əfəndiyeva və b.-nın da mühüm xidmətləri vardır.
2004-cü ildən kafedraya dos. R.R.Abdurazaqov rəhbərlik edir. Bu dövrdə kafedrada
yeni müasir laboratoriya – tədrisdə yeni informasiya texnologiyaları laboratoriyası
yaradıldı, bütün kabinet və laboratoriyalar təmir olundu. Tədris proqramları yeniləşdirilir
və təkmilləşdirilir.
Son illərdə kafedra əməkdaşları tərəfindən respublikanın fizika müəllimləri üçün
fənnin ən vacib məsələlərinə dair elmi-metodik göstəriş və tövsiyələr hazırlamış,
fizikadan çətin mənimsənilən mövzuların tədrisi metodikası, fənlərarası əlaqələrin
təkmilləşdirilməsi, fizikadan məsələ həlli praktikumu, təlimin və yeni informasiya
texnologiya vasitələrindən istifadənin səmərəli yollarının araşdırılması, məktəb
eksperimentinin sistemi və təkmilləşdirilməsi, sinifdənxaric və məktəbdənkənar tədbirlərin
təşkili metodikası ilə bağlı müxtəlif səpkili tədqiqatlar aparılmış, dərs vəsaitləri,
metodik məqalələr və elmi əsərlər nəşr olunmuşdur.
Bunlara nümunə olaraq aşağıdakıları göstərmək olar: «Canlanan səslər (1971)», «Fono,
foto, kino (1972)», «Məktəbdə təlimin texniki vasitələri (1979)», «Fizika tədrisi
metodikası. Ümumi məsələlər (1982)», «Orta məktəbdə fizika tədrisi metodlarının
seçilmə prinsipi və təsnifi (1987)», «Fizikadan tədris məşğələlərinin təşkili (1991)»,
«Orta məktəbdə fizikanın tədrisi metodikası. Ümumi məsələlər (2004)» (S.İmanov),
«Pedaqoji institutlarda məktəb fizika eksperimentinin aparılması metodika və texnikası»
(I-V hissələr, B.Sultanov, Ş.Əliyev, F.Rəştiyev. 1984-1991), «Fizika tarixindən
xronoloji məlumatlar (1994)», «Fiziki əmsal və sabitlər (1997)», «Elm tarixinə dair
oçerklər (2006)» (T.Vahidov), «Orta ixtisas məktəblərində tədris nəzarətedici və
öyrədici texniki vasitələrindən istifadə edilməsinə dair (1987)», «Televiziya və
təsvir maqnitafonlarından tədris prosesində istifadənin elmi-pedaqoji əsaslarına
dair metodiki göstərişlər (1987)» (İ.İsmayılov, Ş.Əliyev), «Fizikadan məsələ həlli
praktikumuna dair» (B.Mirzəyev, İ.İsmayılov, N.Məsimov. 1994), «Fizikadan məsələlərin
həllində EHM-dən istifadə» (B.Mirzəyev, K.Cəfərov və b., 1994), «Gənclərin ekoloji
tərbiyəsi (1989)», «Ekoloji tərbiyənin aktual məsələləri (1991)», «Uşaqların ekoloji
tərbiyəsi (1993)» (N.Məsimov, H.Abdullayev və b.), «Fizikadan məsələ həlli praktikumu.
Mexanika. (1994)», «Fizikadan məsələ həlli praktikumu. Molekulyar fizika. (1998)»
(R.Abdurazaqov, K.Həsənov, A.Allahverdiyev, D.Əliyeva, Ə.Kərimov, N.Məsimov, X.Padarov),
«Məktəb fizika eksperimentinin sistemi və onun təkmilləşdirilməsi problemləri (2001)»
(Ş.Əlizadə) və s. Kafedranın dosenti Ş.Əlizadə məktəb fizika eksperimentinin sistemini
təkmilləşdirmək məqsədilə 19 yeni cihaz hazırlamış və 11 cihazı təkmilləşdirmişdir.
Kafedranın dosenti R.R.Abdurazaqov prof. M.İ.Murquzovun rəhbərliyi altında 2002-2006-cı
illərdə respublikanın orta məktəblərinin 7-11-ci sinif şagirdləri üçün yazılmış
«Fizika», XI siniflər üçün «Astronomiya» dərslikləri, onlara uyğun «İş dəftərləri»,
habelə «Fizikadan məsələlər. 7-8 siniflər» dərs vəsaitlərinin, ümumtəhsil məktəbləri
üçün fizika-astronomiya fənləri üçün hazırlanan dövlət standartı və proqramlarının
müəlliflərindən biridir. Kafedranın dosenti X.Padarov «Fizika 11 (2005)» dərsliyinin
hazırlanmasında iştirak etmişdir.
Hazırda kafedrada 15 nəfər (1 pedaqoji elmlər doktoru, professor, 1 pedaqoji elmlər
doktoru, dosent, 10 pedaqoji elmlər namizədi, dosent, 1 pedaqoji elmlər namizədi,
müəllim və üç müəllim) – prof S.İmanov, dosentlər: R.R.Abdurazaqov (kafedra müdiri),
F.M.Rəştiyev, Ş.H.Əlizadə, İ.N.İsmayılov, B.M.Mirzəyev, X.İ.Padarov, N.M.Məsimov,
Ə.M.Kərimov, D.Z.Əliyeva, baş müəllimlər Z.F.Hacıyeva, F.Ə.Namazova, M.S.Muradova
və müəllim S.X.Cəlilova çalışırlar.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|