Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksFizika >> Nəzəri Fizika Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİZİKA FAKÜLTƏSİ - Nəzəri Fizika Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika Fakültəsinin - Nəzəri Fizika Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika Fakültəsi - Nəzəri Fizika Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Fizika Fakültəsi - Nəzəri Fizika Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları physics_theoretic@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Fizika Fakültəsi - Nəzəri Fizika Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Fizika Fakültəsi - Nəzəri Fizika Kafedrasının Müdiri,
prof. İ.H.Cəfərov
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN FİZİKA FAKÜLTƏSİ - Mexanika və molekulyar fizika Kafedrası 
Kafedra «Nəzəri fizika və astronomiya» adı ilə 1977-ci ildə yaradılmışdır.
Kafedrada nüvə və elementar zərrəciklər fizikası, ulduzlar fizikası, bərk cisimlər fizikası, nəzəri mexanika üzrə elmi-tədqiqat işləri aparılır.
Kafedraya müxtəlif vaxtlarda dos. R.Ş.Yəhyayev, prof. Q.İ.Səfərəliyev və dos. Y.M.Qasımzadə rəhbərlik etmişlər.
1996-cı ildən nəzəri fizika kafedrasının müdiri fizika-riyaziyyat elmləri doktoru, prof. İ.H.Cəfərovdur. O, elementar zərrəciklər və onların qarşılıqlı təsirləri sahəsində tanınmış nəzəriyyəçi fizikdir. Elementar zərrəciklərin elektromaqnit və zəif qarşılıqlı təsirlərinin bir sıra vahid modellərini irəli sürmüş, bu qarşılıqlı təsirlərlə şərtlənən çoxlu sayda prosesin effektiv kəsiklərini hesablamışdır.
İ.Cəfərov xaricdə və respublikada nəşr olunan 150-yə qədər elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 7 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə olunmuşdur. Müxtəlif illərdə onun elmi nəticələri keçmiş SSRİ EA-sı və Azərbaycan EA-nın ən mühüm nailiyyətləri sırasına daxil edilmişdir.
Dos. İ.Abutalıbovun nüvə sahəsində elektronun tormozlanma şüalanması və elektron-pozitron cütünün yaranması, eləcə də maqnit momentinin keçid şüalanması sahəsində nəticələri təqdirəlayiqdir.
Dos. Ü.S.Paşabəyova M.Bornun bərk cisimlərin izotrop halları üçün nəzəriyyəsini anizotrop kristallar üçün ümumiləşdirmiş, ikioxlu kristallar üçün əks olma və udulma spektrlərini müəyyənləşdirmiş və alınan nəticələri çoxoxlu kristallar halına tətbiq etmişdir.
Ə.H.Babayev (AMEA-nın müxbir üzvü R.E.Hüseynov və mərhum S.M.Əzimovla birlikdə) Günəş alışmalarının optik qalınlığını, elektron temperaturunu və emissiyasının ölçüsünü stasionarlıq, ionlaşma tarazlığı və Saxa-Bolsman tənliklərindən istifadə etməklə eyni vaxtda öyrənməyə imkan verən kompleks üsul təklif etmişdir.
Məlumdur ki, leptonların elektrozəif qarşılıqlı təsirlərinin vahid Vaynberq-Salam modeli ikikomponentli neytrino sxemi üzrə qurulmuşdur. Bu nəzəriyyəyə müvafiq olaraq, prof. İ.Cəfərov leptonların dördkomponentli neytrino sxemi üzrə vahid elektrozəif qarşılıqlı təsir nəzəriyyəsini yaratmışdır.
Maraqlıdır ki, bu nəzəriyyə elə yeni, incə effektlərə gətirir ki, onların təcrübədə öyrənilməsi bu gün də həll edilməmiş qalan vacib bir məsələnin həllinə işıq salardı: təbiətdə nreytrino sxemlərindən hansı – ikikomponentli yoxsa dördkomponentli sxem – həqiqətən realdır (görkəmli nəzəriyyəçi fizik akademik B.Pontekorvo İ.Cəfərovun bu nəzəriyyəsini dördkomponentli neytrino sxemi üzrə pioner nəzəriyyə kimi yüksək qiymətləndirmişdir).
Kafedra əməkdaşları tələbələrin təhsilinə köməklik məqsədilə bir sıra dərslik və dərs vəsaitləri nəşr etdirmişlər: prof. İ.H.Cəfərov «Kvant fizikasına giriş», «Kvant mexanikası» (R.Yəhyayevlə birlikdə), «Neytrino» (akademik N.Quliyevlə birlikdə), dos. Ü.S.Paşabəyova «Statistik fizikadan məsələ və suallar» (R.Yəhyayev və Z.Vəliyevlə birlikdə), «Statistik paylanmalar və onların bəzi tətbiqləri» (E.Eyvazov və İ.Əliyevlə birlikdə), dos. İ.M.Abutalıbov «Nisbilik nəzəriyyəsinin elementləri» (R.Yəhyayev və Y.Qasımzadə ilə birlikdə), baş müəllim Ə.H.Babayev «Praktiki astrofizikanın əsasları» (S.Əzimovla birlikdə), dos. M.Ü.İsmayılov «Analitik mexanikadan mühazirələr», «Dinamikanın əsas teoremləri», dos. F.Q.Zeynalov «Kurs və diplom işlərinin icra metodikası» və s.
Hazırda kafedrada 7 nəfər: 1 elmlər doktoru, prof. İ.H.Cəfərov (kafedra müdiri), 4 elmlər namizədi, dos. M.Ü.İsmayılov, Ü.S.Paşabəyova, İ.M.Abutalıbov, F.Q.Zeynalov, 1 elmlər namizədi, baş müəllim – A.Ə.Nəbiyev və 1 nəfər baş müəllim – Ə.H.Babayev fəaliyyət göstərir.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  FİZİKA FAKÜLTƏSİ - Mexanika və molekulyar fizika Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksFizika >> Nəzəri Fizika Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center