|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin PEDAQOGİKA VƏ PSİXOLOGİYA
Fakültəsinin - Yaş və pedaqoji psixologiya Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin PEDAQOGİKA VƏ
PSİXOLOGİYA Fakültəsi - Yaş və pedaqoji psixologiya Kafedrasının Web Səhifəsində salamlayaraq
hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
PEDAQOGİKA VƏ PSİXOLOGİYA Fakültəsi - Yaş və pedaqoji psixologiya Kafedrasının Web Səhifəsi
Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları
psychology_agestructure@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra
bilərsiniz.
PEDAQOGİKA VƏ PSİXOLOGİYA Fakültəsi - Yaş və pedaqoji psixologiya Kafedrasının Web Səhifəsi
Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər,
tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
PEDAQOGİKA VƏ PSİXOLOGİYA Fakültəsi - Yaş və pedaqoji psixologiya Kafedrasının Müdiri,
psixologiya elmləri doktoru, prof. Ə.T.Baxşəliyev
|
|
|
|
|
UNİVERSİTETİN PEDAQOGİKA VƏ PSİXOLOGİYA FAKÜLTƏSİ -
Yaş və pedaqoji psixologiya Kafedrası
Kafedra 1974-cü ildə yaradılmışdır.
1974-cü ildən 1988-ci ilə kimi kafedraya dos. Z.M.Mehdizadə, 1988-ci ildən hal-hazıra
kimi psixologiya elmləri doktoru, prof. Ə.T.Baxşəliyev başçılıq edir.
Ə.Əlizadə, Z.Mehdizadə, Q.Əzimov, İ.Fərəcov, S.Tağıyeva, E.Quliyev, Z.Orucov, Ə.Abdullayev
kafedranın ilk əməkdaşları olmuşlar. Bu dövrdə Ə.Əlizadə doktorluq, Q.Əzimov, Z.Orucov
isə namizədlik dissertasiyaları müdafiə etmişlər.
Yaş və pedaqoji psixologiya kafedrasında iki istiqamət üzrə bir neçə problem ətrafında
elmi-tədqiqat işləri aparılır. Kafedrada 1 aspirant (M.Əliyev), 3 nəfər dissertant
(S.Heydərova, K.Həsənquliyeva, S.Rzayeva) elmi araşdırmalarını davam etdirir. 2
nəfər (M.Dəmirov, M.Abdullayeva) kafedranın köməyi ilə namizədlik dissertasiyası
müdafiə etmişdir.
Prof. Ə.T.Baxşəliyevin «Azərbaycanda psixoloji fikrin inkişafı» (1991), «XX əsrdə
Azərbaycanda psixoloji fikrin inkişafı» (I, II, III hissə, 1995, 1996), «Azərbaycan
psixolgiyası XX yüzillikdə (2005), prof. Q.Əzimovun «Yaş və pedaqoji psixologiyanın
müasir problemləri», dos. E.M.Quliyevin «Pedoqoji psixologiyanın tədrisinə dair»
(1998) adlı əsərləri nəşr olunmuşdur. Ə.T.Baxşəliyev 1995-ci ildə doktorluq dissertasiyasını
müdafiə etmişdir.
Hazırda kafedrada 14 nəfər: prof. Ə.T.Baxşəliyev (kafedra müdiri), prof. Q.E.Əzimov,
dos. N.A.Cavadov, dos. E.M.Quliyev, N.Şəkərova, S.Tağıyeva, S.Ələkbərova, K.Mehdiyeva,
H.Gözəlova, Z.Səlimova, laborantlar S.Lalayeva, N.Əliyeva, Ş.Kazımova, S.İsgəndərova
fəaliyyət göstərir.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|